Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub
A A A
10/16/2018
Oxunma sayısı : 20266

|

Oktyabrın 15-də Neftçala rayonunda “Kür-Xəzər” xeyriyyə ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçirilib.

Tədbir iştirakçıları, ilk öncə ulu öndər Heydər Əliyevin abidəsini və Milli Qəhrəman Samid İmanovun məzarını ziyarət etmişlər.

Sonra tədbir Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirilib.
Çıxış edən “Kür-Xəzər” xeyriyyə ictimai birliyinin sədri Akif Kərimov bildirib ki, Azərbaycana aprel qələbəsini yaşadanlardan biri olan Samid İmanov Azərbaycan xalqının əbədiyaşar oğludur.

Akif Kərimov deyib ki, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülən şəhid mayor Samid İmanovun yaşasaydı 37 yaşı olacaqdı. Ömür üçün az müddətdə Samid İmanov adını Azərbaycan tarixinə yazmağı bacardı.

Təşkilat rəhbəri qeyd edib ki, bu gün təqdim olunan “Yüksəlişin sirri” sənədli filmi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında “Yüksəlişin sirri” adlı sənədli filminin hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.

Tədbirdə çıxış edən Azərbaycan bayrağı ordenli general İsgəndər Allahverdiyev, Azərbaycan bayrağı ordenli polkovnik Xətayi Baxşıyev, Dünya Azərbaycanlıları Konkresinin sədr müavini Xəzər Emin, AZTV-nin əməkdaşı Elnar Məmmədli və digərləri Samid İmanovun vətənpərvərliyi və qəhrəmanlığı barədə geniş danışaraq , gəncləri məhz belə qəhrəman oğullardan örnək götürməyə çağırıblar.

Sonra “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib.

Qeyd edək ki, filmin ssenari müəllifi tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı İlham Tumas, rejissoru Anar Şuşalı, redaktoru tanınmış jurnalist Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu və məsləhətçisi hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlıdır.
Tədbirdə eyni zamanda Samid İmanova həsr olunmuş "İgidim" marşı da nümayiş olunub. Marşın söz və musiqi müəllifi Gülqədəm Mirzəzadədir.
Filmin Bakı şəhərində də təqdimatının keçirilməsi nəzərdə tutulub.

Kür-Xəzər Xeyriyyə İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Təranə Məmmədova: Bizə əzab verən hisslərdən necə qurtula bilərik? - 26 / 04 / 2019 06:55
SƏLİS-in e-vətəndaş proqramı bu dəfə ADU-da təqdim olundu -FOTO - 25 / 04 / 2019 18:04
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər - 25 / 04 / 2019 14:40
“ Kaфказъ и Средняя Азия” foto jurnalının 130 illik yubileyi. - 25 / 04 / 2019 12:00
“Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü keçirdi - 25 / 04 / 2019 11:55
“Nikah müqaviləsi”nin mahiyyəti və verdiyi təminatlar…- - 25 / 04 / 2019 11:40
"Loqos" elmi-publisistik psixoloji jurnalı Şuraya üzv edilib. - 25 / 04 / 2019 10:29
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22