Mirzə Ələkbər Sabir Fondu ötən ildən  yalnız azərbaycan dilində fəaliyyət göstərən “Mirzə Ələkbər Sabir virtual muzeyi”ni ilk dəfə olaraq  ingilis və rus dillərində də işləyib hazırlayaraq geniş ictimaiyyətə təqdim edib. 
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən layihəyə həsr olunmuş bu tədbirdə görkəmli elm, incəsənət və ədəbiyyat nümayəndələri, jurnalistlər, QHT rəhbərləri, gənclər də iştirak edblər.
Tədbiri giriş sözü ilə açan tanınmış teleaparıcı Azər Süleymanlı Sabirin yaradıcılığının, onun  tərəqqi dolu ideyalarının təbliğ olunması,  ölkə sərhədlərindən kənarda  da  tanınması üçün bu layihənin əhəmiyyətini  xüsusi vurğulayıb. 
Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli şairin həm həyatına dair, həm də yaradıcılığını əks etdirən çoxsaylı məlumatların şəxsi kolleksiyalarda, müxtəlif  arxivlərdə, muzeylərdə, kitabxanaların nəzdində sistemləşdirilmədən yer almasının  bu məlumatları əldə etmək istəyənlər üçün böyük problemlər yaratmasından danışıb.  Müxtəlif mənbələrdə pərakəndə halda yer alan verbal, video, audio, unikal foto materiallardan ibarət geniş, dəqiqləşdirilmiş və sistemləşdirilmiş vahid məlumat bazasının hazırlanaraq azərbaycan dili ilə yanaşı, ilk dəfə olaraq ingilis və rus dillərində də təqdim olunması Sabir virtual muzeyinin ölkə hüdudlarından çox-çox kənarda beynəlxalq müstəvidə də araşdırmaçılar, azərbaycansevərlər, sabirsevərlər,  ümumiyyətlə geniş oxucu kütləsinin əlverişli və rahat bir şəkildə istifadəsinə imkanlar yaradacağını diqqətə çatdırıb.
Sevda Tahirli, həmçinin qeyd edib ki, yaradılmış virtual muzey, Avropa siyasi həyatından qaynaqlanmayan, qabaqcıl ali təhsil sahibi olmayan bir periferiya xalq şairinin XX əsrin əvvəllərində daşıyıcısı olduğu proqressiv ideyaların beynəlxalq ictimaiyyətə çatdırılmasına, M.Ə. Sabir yaradıcılığının beynəlxalq aləmdə də tanınmasına, eyni zamanda Azərbaycanın təbliğinə gözəl vasitə olacaq. Sonra  saytın təqdimatı oldu. Saytın tərtibatı ilə məşğul olan  AFB nin üzvü Nurlan Tahirli  saytın istifadəsi barədə  iştirakçıları məlumatlandırıb.
Sonra  saytın təqdimatı olub.
Təqdimatdan sonra AYB-nın üzvü şair Əjdər Ol, əməkdar artist A. Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasıının üzvü Sahib Məmmədov, Milli QHT Forumun  prezindeti  Rauf Zeyni, jurnalist Aida Eyvazova çıxış ediblər.
Tədbirə, həmçinin Rusiya diasporu fəallarından Səadət Qarayeva və Almaniya  diasporu nümayəndəsi Naibə Hacıyeva da “SKYPE” vasitəsilə qoşularaq layihə barədə öz fikirlərini  bildimb və onun əhəmiyyətindən danışıb və virtual muzeyin digər dillərə də tərcüməsinin vacibliyini qeyd ediblər.