Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir
A A A
10/19/2018
Oxunma sayısı : 19289

|

Proses boşanmaların artması və nikahların azalması tendensiyası ilə müşayət olunur

 

Bu fikir  bu gün “Himayədar” Humanitar Tətəqqi İctimai Birliyinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi  Azərbaycanda ailə insitutu: mövcud vəziyyət və çağırışlar  adlı Dəyirmi Masada səslənıb.  Bu tədbir təşkilatın Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müasir Azərbaycan ailəsi qloballaşma və demokratikləşmə prosesində” mövzusunda tədbirlərin təşkili  layihəsi çərçivəsində gerçəkləşdirilib.  


Tədbirdə  ilk olaraq təşkilatın rəhbəri Himayət Rizvanqızı  cıxış edib. O layihənin həyata keçirilməsi ehtiyacından danışarkən  qeyd edib ki, ”Azərbaycanın ənənəvi ailə modelində dəyişikliklər  prosesi gedir, lakin prosesin olumlu və ya olumsuz  tərəfləri,  mövcud tendensiyalar və perspektivlər dərin  ictimai  qiymətləndirilməyə cəlb edilməyib, milli-mənəvi və bəşəri dəyərlərə söykənən modern, demokratik ailə modelinin formalaşması prosesinə yetərincə güclü  ictimai dəstək təşkil olunmayıb. Onun sözlərinə görə, təşkilatın bu layihəsi məhz  bu ehtiyacların müəyyən qədər də olsa ödənilməsinə yönəldilib. H.Rizvanqızı layihənin məqsədlərinin Azərbaycanda ailə insititunun gücləndirilməsinə töhfə vermək, şiddət və problemlər spiralında əsas hüquq və azadlıqların pozulması kimi ağır  problemlərin həllinə yardım etmək; Azərbaycan ailəsinin spesifik xüsusiyyətlərinin mühafizə edilib gələcək nəsillərə ötürülməsini dəstəkləmək və ailə problemlərinin müzakirə platformasını genişləndirmək, sosial məsuliyyət hissinin artırılmasınına yardım etmək” olduğunu  vurğuladı.


Təqdimatdan məlum oldu ki, layihə şərçivəsində Ailə  məsələləri üzrə İnformasiya bazası yaradilib, Bu baza”Məlumatlar və sənədlər arxivi” və “koordinatlar bazası”nı əhatə edir. Yəni  həm bu problemlə bağlı müxtəlif məlumatlar, informasiyalar,  məqalələr, mövcud qanunvericilik  və s.  toplanıb, həm də bu sahədə işləyən bütün dövlət qurumları, QHT, elmi müəssisələr, ayrı-ayrı ekspertlər və digərlərinin koordinatları  cəmləşdirilib. Bundan başqa, “Ailə özəlində kişilər və qadınlar: mən-biz balansı, evlilik, boşanma” və  “Modern/demokratik ailə necə olmalı?” adda 2 İnfoqrafiklər hazırlanıb.Tədbirdə  İnfoqrafiklər nümayiş etdirilib. Təşkilatın bu problemlə bağlı cəmiyyətə ünvanladığı sosial mesajları əks etdirən  elektron bannelərlər də  maraq doğurub.

Tədbirdə maraqlı məqamlardan biri də layihə şərçivəsində hazırlanan www.himayadar.org saytının təqdimatı oldu. Təqdimatdan məlum oldu ki, sayt  layihənin işinin nəticələrini təqdim etməklə bərabər, təşkilatın ümümi fəaliyyəti haqda məlumatları da əks elətdirir, maarıfləndirici informasiyalar baxımından da  çox zəngindir.


Sonra  araşdırmaçı–ekspert  Hüseyn Hümbətov cıxış edərək    “Azərbaycanda ailə insitutu: mövcud vəziyyət və çağırışlar“mövzusunda masabaşı araşdırmasını təqdim edib. O qeyd edib ki, tədqiqatda  Azərbaycanda ailə, nikah və boşanma proseslərinin tarixi aspektlərinə nəzər salınıb, qloballaşma və demokratikləşmə prosesində azərbaycan ailəsinin  durumu, baş verən dəyişikliklər prosesində ortaya çıxan tendensiyalar  araşdırılıb,  nikah və boşanma əmsallarının dinamikası, nikahlara və boşanmalara təsir edən amillər müəyyənləşdirilməyə çalışılıb. Eyni zamanda ailələrdə uşaqların sayının azalması, faktiki nikahların yayılması, erkən nikahlar, məişət və ailə zorakılığı, miqrasiya, əcnəbilərlə nikahlar kimi tendensiyalar qloballaşma və demokratikləşmə prosesinin ailəyə təsiri təzahürləri kimi analizə cəlb olunub. 


Tədqiqat üzə çıxarıb ki, son 25-30 il ərzində əhəmiyyətli ictimai dəyişikliklər yaşayan Azərbaycan da bu dəyişikliklər fonunda ailə institunun transformasiyası və onun bərabərində gələn problemlərlə üzləşən toplumlardan biridir. Yeni ictimai düzən çərçivəsində ənənəvi ailə modelinin bütün xüsusiyyətlərini davam etdirmək mümkün deyil.  Həmçinin ailə təsisatın yenilənməsi də müxtəlif ictimai problemlərə səbəb olmaqdadır. Azərbaycanda ənənəvi ailə modelinin dəyişikliyə uğraması, demokratik cəmiyyətin diqtə etdiyi dəyərlər sisteminin təsiriylə avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi  prosesi gedir və bu prosesin   müxtəlif sadları müşahidə olunur.   Sonda araşdırmanın nəticələri əsasında hazırlanan “Təkliflər  Paketi” təqdim olunub. Qeyd olunub ki, araşdırma hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və  Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinə təqdim olunub.

    


Himayədar Humanitar Tərəqqi ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Təranə Məmmədova: Bizə əzab verən hisslərdən necə qurtula bilərik? - 26 / 04 / 2019 06:55
SƏLİS-in e-vətəndaş proqramı bu dəfə ADU-da təqdim olundu -FOTO - 25 / 04 / 2019 18:04
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər - 25 / 04 / 2019 14:40
“ Kaфказъ и Средняя Азия” foto jurnalının 130 illik yubileyi. - 25 / 04 / 2019 12:00
“Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü keçirdi - 25 / 04 / 2019 11:55
“Nikah müqaviləsi”nin mahiyyəti və verdiyi təminatlar…- - 25 / 04 / 2019 11:40
"Loqos" elmi-publisistik psixoloji jurnalı Şuraya üzv edilib. - 25 / 04 / 2019 10:29
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22