Şuranın elektron resursları monitorinq edildi- nəticələr yüksəkdir
A A A
10/23/2018
Oxunma sayısı : 18288
Elektron idarəçiliyə keçid vətəndaşlara daha operativ xidmətlərin göstərilməsi məqsədi daşıyır. Bu yolla istənilən vətəndaş müvafiq dövlət qurumunun rəsmi internet portalına daxil olaraq ona lazım olan informasiyanı rahatca əldə edə bilər. Bu gün artıq demək olar, bütün dövlət qurumlarının, büdcədən maliyyələşən təşkilatların internet portalı mövcuddur. Eyni zamanda həmin qurumların rəsmi sosial şəbəkə hesabları da fəaliyyət göstərir. Bu qurumlar həm də sosial şəbəkə hesabları ilə informasiyalarını ictimaiyyətlə paylaşırlar. 
Azadinform.az saytı uzun müddətdir ki, rəsmi qurumların, dövlət komitələrinin elektron resursları və sosial şəbəkələrdə fəaliyyətləri ilə bağlı monitorinq aparır. Bu haqda saytda 4 silsilə yazı verilib. Bu dəfə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və daha 5 qurumun elektron resursları monitorinq edilib. Sayt Şuranın fəaliyyəti haqda bunları qeyd edib:
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınınrəsmi internet səhifəsinə (e-qht.az), (cssn.gov.az) daxil olduqda açılan başlıqlar qurumun fəaliyyət istiqamətləri barədə bütün məlumatları vermiş olur. Belə ki, hər iki səhifədə “Müsabiqə elanı” və həmin elanların arxivi bölməsi yerləşdirilib. e-qht.az internet ünvanı bütünlüklə Şuranın elektron xidmətlərinə həsr olunub. Burada “E-ərizə”, “E-hesabat”, “E-növbə” və “E-müraciət” xidmətləri müraciət etmək istəyən hər kəs üçün açıqdır.
“Xəbərlər” bölməsi aylar üzrə yenilənir. cssn.gov.az-da Şuranın qəbul günləri qeyd edilib. Şuranın nəşrləri barədə xüsusi bölmələr yaradılıb.
 
Bundan başqa, Şuranın İnformasiya Portalı da (qhtxeber.az) fəaliyyət göstərir. Portalda “Elanlar” və “Xəbərlər” bölməsi yenilənib. Hər üçündə ünvan və əlaqə vasitələri qeyd olunub. e-qht.az yalnız Azərbaycan dilində, digər iki sayt isə 3 dildə - Azərbaycan, Rus və İngilis dillərində fəaliyyət göstərir. Saytdakı məlumatlar hər 3 dildə yenilənir.
 
Şuranın “Facebook”, “Twitter” və “Youtube”da sosial hesabları var. Ən aktiv fəaliyyəti “Facebook”da göstərir. QHT-lərin və Şuranın filmləri “Youtube” hesabında yerləşdirilir. Şura sədri Azay Quliyev, qurumun icra katibi Fərasət Qurbanov və mətbuat xidmətinin rəhbəri Elməddin Behbud şəxsi “Facebook” və “Twitter” hesablarından qurumla bağlı bütün yenilikləri sosial platforma iştirakçıları ilə paylaşırlar. 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə HƏ dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 15:28
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17
“Alman faşizminə qalib gələn xalqımızın erməni faşizminə də qalib gələcəyinə əminəm” - 14 / 02 / 2019 12:04