Şuranın dəstəyilə hazırlanan “Bəla” film-tamaşasının ictimai nümayişi olub
A A A
11/03/2018
Oxunma sayısı : 14224

|

Nizami Kino Mərkəzində narkomaniyanın doğurduğu faciələrdən bəhs edən “Bəla” film-tamaşasının ictimai nümayişi olub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Dövlət Komissiyasının sədri Əli Həsənov, Milli Məclisin deputatları, Komissiyanın üzvləri, aidiyyəti dövlət orqanlarının məsul şəxsləri, Bakı şəhəri üzrə rayon komissiyalarının sədrləri, o cümlədən ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Əsasən maarifləndirmə funksiyasını yerinə yetirən, narkomaniyanın doğurduğu faciələr barədə aydın təsəvvür yaradan film-tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, o cümlədən Bakı Uşaq Teatrının yaradıcı və texniki heyəti tərəfindən ərsəyə gəlib.

Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Milli Məclisin deputatı Fazil Mustafa tədbirdə çıxış edərək Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlərdən, maarifləndirmə xarakterli olan film-tamaşanın əhəmiyyətindən danışıblar. Ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dövlət səviyyəsində yetirilən diqqət və bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib.

Əli Həsənov dövlətimizin narkotiklərlə mübarizə sahəsində dəyişməz qətiyyətli mövqe göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin hər zaman gənclərə böyük dəyər verərək onları dövlətimizin və millətimizin gələcəyi adlandırıb. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət və həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi səylər nəticəsində Azərbaycanın artıq bütün dünyada tanındığını və mötəbər tədbirlərə ev sahibliyi edərək ölkəmizin nüfuzunun artdığını bildirib.

Narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanlarının əməyini yüksək dəyərləndirib, bu sahədə cəmiyyətin hər bir fərdinin fəal vətəndaş mövqe nümayiş etdirməsini diqqətə çatdırıb.

Əli Həsənov bildirib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla, həmsərhəd və digər dövlətlərlə sıx əməkdaşlıq münasibətləri qurulub. Belə ki, bu il noyabrın 19-23-də Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası keçiriləcək. Bundan əlavə, Beynəlxalq Narkotiklərlə Mübarizə Konfransının (İDEC) qərarına əsasən, Azərbaycan 2019-cu il aprelin 16-18-də Bakıda bu mötəbər qurumun növbəti konfransına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarların qəbul olunması ölkəmizin beynəlxalq təşkilatlar ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyinin göstəricisi olduğunu bildirib.

Yekunda Əli Həsənov dövlətimizin narkotiklərlə mübarizə çərçivəsində istər dövlət qurumlarının, istər ictimai birliklərin, istərsə də vətəndaşların hər birinin təşəbbüsünü müsbət qiymətləndirdiyini və onların həyata keçirilməsi üçün əlindən gələn köməyi etməyə hazır olduğunu xüsusi ilə qeyd edib.

Çıxışlardan sonra əsasən maarifləndirmə funksiyasını yerinə yetirən, narkomaniyanın doğurduğu faciələr barədə aydın təsəvvür yaradan “Bəla” film-tamaşası nümayiş olunub.

Daha sonra Əli Həsənov “Bəla” film-tamaşasının ərsəyə gəlməsində zəhməti olan yaradıcı heyəti, aktyor və aktrisalarla görüşərək onlara minnətdarlığını bildirərək tövsiyələrini verib.

 


ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Gənclər Fondunun maliyyə dəstəyi ilə Astara gənclərinə start-up bacarıqları ilə bağlı təlim keçirilib - 23 / 01 / 2019 05:38
Mini Futbol üzrə Qazax rayon turnirinə start verildi - 22 / 01 / 2019 20:59
QHT sədri rəis təyin olundu - 22 / 01 / 2019 14:05
“Mehman bundan əvvəl də prezidentə müraciətlər edib” - Əliməmməd Nuriyev - 22 / 01 / 2019 08:44
Mehmanın cinayət işinə xitam verildi - RƏSMİ - 22 / 01 / 2019 07:41
Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək - AZAY QULİYEV - 22 / 01 / 2019 07:35
"Prezident İlham Əliyev bu adamların arzularını gözündə qoydu" - QHT sədri - 22 / 01 / 2019 05:39
QHT sədri: Hökumət üzvü bəyanat və açıqlamalarında ehtiyatlı olmalıdır - 21 / 01 / 2019 19:51
Web Portal design, development and maintenance proposal - 21 / 01 / 2019 19:17
Layihə çərçivəsində Mini Futbol üzrə Qazax rayon turnirinə start verildi - 21 / 01 / 2019 19:06
Azərbaycan Prezidenti məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib - 21 / 01 / 2019 16:45
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezident İlham Əliyevə müraciət edib - 21 / 01 / 2019 16:45
Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb - 21 / 01 / 2019 16:45
Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı - 21 / 01 / 2019 08:55
QHT sədrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifə verildi -EKSKLÜZİV - 21 / 01 / 2019 08:43
Əlillik dərəcəsini qanunsuz alan 1055 nəfər: Onlardan pul necə geri alınacaq? – AÇIQLAMA - 19 / 01 / 2019 18:08
Beynəlxalq Qadın Klubunun üzvləri şəhidlər xiyabanını ziyarət etdi - 19 / 01 / 2019 18:05
Sahib Məmmədov: Bu qətnamənin heç bir ciddi hüquqi əhəmiyyəti yoxdur - VİDEO - 18 / 01 / 2019 21:16
Avropa Parlamentinin Mehman qətnaməsinin sirri - VİDEO - 18 / 01 / 2019 19:39
20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq - 18 / 01 / 2019 19:22
Qənirə Paşayeva MM-in Səhiyyə Komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib - 18 / 01 / 2019 18:43
Qənirə Paşayeva Milli Məclisdə vərəmlə mübarizə ilə bağlı ictimai dinləmələrin keçirilməsini təklif etdi - 18 / 01 / 2019 18:03
Sənin “BucketList”-in varmı? - 18 / 01 / 2019 17:45
ARB24-in "Gündəm" verlişində Şuranın yeni elektron xidmətləri haqqında danışılıb - VIDEO - 18 / 01 / 2019 17:35
Ağdam rayonunda xeyriyyə tədbiri keçirildi - 18 / 01 / 2019 14:27
“Qətnamənin qəbulunda “5-ci kolon”un öz maraqları var” - Sahib Məmmədov - 18 / 01 / 2019 10:01
Elməddin Behbud: ... Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq - 18 / 01 / 2019 10:01
Avropa Parlamentinin riyakarlıq və qərəz simasızlığı – Sorosdan Harmsa qədər… - 17 / 01 / 2019 17:45
“Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin ilk təlimi keçirilib - 17 / 01 / 2019 17:36
Kollec tələbələrinə sosial fəaliyyət və könüllüklə əlaqədar məlumat verilib - 17 / 01 / 2019 17:13