“İrəli”nin keçirdiyi intellektual yarışların qalibləri müəyyənləşib
A A A
11/06/2018
Oxunma sayısı : 12545

"Azərbaycanın İntellektual Birİncisi" layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Cebhe.info xəbər verir ki, layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi" layihəsi həyata keçirilir.

04.11.18 tarixində "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin Abşeron iqtisadi rayonu üzrə zona turnirinin açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib və daha sonra Sumqayıt şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər üzrə müdir müavini Fərman Kazımov, "İrəli" İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıblar. Rəsmi hissə bitdikdən sonra Abşeron, Xızı, Sumqayıt şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Abşeron iqtisadi rayonu üzrə zona turniri keçirilib.

4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə "Vətəni tanı" intellektual oyununda Sumqayıt, "Axtar-tap", "Xəmsə", "Nə? Harada? Nə zaman? intellektual oyunlarında Abşeron rayonunun gənc intellektualları qalib olublar. Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70-dən artıq rayondan 1500 gənc iştirak edir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. Layihə çərçivəsində regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan MR, Bakı şəhər və rayonlarında inşa olunan Gənclər Evi və Gənclər Mərkəzində keçirilir. Layihə 2 mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanır. "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Gənclər Fondunun maliyyə dəstəyi ilə Astara gənclərinə start-up bacarıqları ilə bağlı təlim keçirilib - 23 / 01 / 2019 05:38
Mini Futbol üzrə Qazax rayon turnirinə start verildi - 22 / 01 / 2019 20:59
QHT sədri rəis təyin olundu - 22 / 01 / 2019 14:05
“Mehman bundan əvvəl də prezidentə müraciətlər edib” - Əliməmməd Nuriyev - 22 / 01 / 2019 08:44
Mehmanın cinayət işinə xitam verildi - RƏSMİ - 22 / 01 / 2019 07:41
Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək - AZAY QULİYEV - 22 / 01 / 2019 07:35
"Prezident İlham Əliyev bu adamların arzularını gözündə qoydu" - QHT sədri - 22 / 01 / 2019 05:39
QHT sədri: Hökumət üzvü bəyanat və açıqlamalarında ehtiyatlı olmalıdır - 21 / 01 / 2019 19:51
Web Portal design, development and maintenance proposal - 21 / 01 / 2019 19:17
Layihə çərçivəsində Mini Futbol üzrə Qazax rayon turnirinə start verildi - 21 / 01 / 2019 19:06
Azərbaycan Prezidenti məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib - 21 / 01 / 2019 16:45
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezident İlham Əliyevə müraciət edib - 21 / 01 / 2019 16:45
Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb - 21 / 01 / 2019 16:45
Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı - 21 / 01 / 2019 08:55
QHT sədrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifə verildi -EKSKLÜZİV - 21 / 01 / 2019 08:43
Əlillik dərəcəsini qanunsuz alan 1055 nəfər: Onlardan pul necə geri alınacaq? – AÇIQLAMA - 19 / 01 / 2019 18:08
Beynəlxalq Qadın Klubunun üzvləri şəhidlər xiyabanını ziyarət etdi - 19 / 01 / 2019 18:05
Sahib Məmmədov: Bu qətnamənin heç bir ciddi hüquqi əhəmiyyəti yoxdur - VİDEO - 18 / 01 / 2019 21:16
Avropa Parlamentinin Mehman qətnaməsinin sirri - VİDEO - 18 / 01 / 2019 19:39
20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq - 18 / 01 / 2019 19:22
Qənirə Paşayeva MM-in Səhiyyə Komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib - 18 / 01 / 2019 18:43
Qənirə Paşayeva Milli Məclisdə vərəmlə mübarizə ilə bağlı ictimai dinləmələrin keçirilməsini təklif etdi - 18 / 01 / 2019 18:03
Sənin “BucketList”-in varmı? - 18 / 01 / 2019 17:45
ARB24-in "Gündəm" verlişində Şuranın yeni elektron xidmətləri haqqında danışılıb - VIDEO - 18 / 01 / 2019 17:35
Ağdam rayonunda xeyriyyə tədbiri keçirildi - 18 / 01 / 2019 14:27
“Qətnamənin qəbulunda “5-ci kolon”un öz maraqları var” - Sahib Məmmədov - 18 / 01 / 2019 10:01
Elməddin Behbud: ... Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq - 18 / 01 / 2019 10:01
Avropa Parlamentinin riyakarlıq və qərəz simasızlığı – Sorosdan Harmsa qədər… - 17 / 01 / 2019 17:45
“Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin ilk təlimi keçirilib - 17 / 01 / 2019 17:36
Kollec tələbələrinə sosial fəaliyyət və könüllüklə əlaqədar məlumat verilib - 17 / 01 / 2019 17:13