Ağdamda möhtəşəm “Bayraq yürüşü”
A A A
11/09/2018
Oxunma sayısı : 11779

|

Noyabrın 8-də Müdafiə Nazirliyi, Ağdam Rayon İcra Hakimiyyəti və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ağdam rayonunda Dövlət Bayrağı Günü münasibətilə “Bayraq yürüşü” keçirib. Yürüşdə hərbçilər, Qarabağ müharibəsi veteranları, gənclər, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak ediblər.

Yürüş iştirakçıları Quzanlı qəsəbəsində ulu öndər Heydər Əliyevin abidəsinin və Şəhidlər abidə kompleksinin önünə gül dəstələri qoyublar. Dörd min nəfərdən çox insanın iştirak etdiyi yürüş Quzanlı qəsəbəsinin Heydər Əliyev prospekti ilə Dövlət Bayrağı Meydanına qədər davam edib. Yürüş zamanı hərbi orkestrin ifasında marşlar səsləndirilib.

Dövlət Bayrağı Muzeyinin qarşısındakı parkda davam edən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov əlamətdar gün münasibətilə ağdamlıları təbrik edib, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza ehtiram göstərməyi özünün müqəddəs borcu hesab edir. Ölkəmizin bütün bölgələrində bayraq meydanlarının və muzeylərinin inşa edilməsi xalqımızın dövlət bayrağına olan sevgi və hörmətinin təcəssümüdür.

Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Dünya Azərbaycanlılarının Mədəniyyəti Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov, Rusiya Federasiyası Dövlət Dumasının məsul əməkdaşı Ramin Qasımov, Milli Qəhrəman Samir Xasıyevin anası Gözəl Xasıyeva və başqaları tədbirdə çıxış edərək, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən üçrəngli bayrağımızın 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında yenidən qaldırıldığını bildirib, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına və Azərbaycan bayrağının Qarabağda dalğalanacağına əminliklərini ifadə ediblər.

Sonra N saylı hərbi hissənin əsgərləri döyüş hazırlığı səviyyəsini göstəriblər. Tədbir konsert proqramı ilə davam edib. Rayon məktəbliləri bayrağa həsr olunan şeirlər söyləyib, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının, görkəmli tarzən, Xalq artisti Ramiz Quliyevin və Əməkdar artist Elza Seyidcahanın çıxışları böyük coşqu ilə qarşılanıb.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə HƏ dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 15:28
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17