Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi
A A A
11/12/2018
Oxunma sayısı : 10352

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyədə səfərdə olub və TC Daxili İşlər naziri, cənab Süleyman Soylu ilə görüşüb. Bu haqda Azərbaycan Respublikasının qardaş Türkiyə Cümhuriyyətindəki səfirliyinin Təhsil Müşavirliyinin rəsmi facebook səhifəsində məlumat verilib. Görüşdə heyət rəhbərinin köməkliyi ilə nümayəndə heyətinin tərkibində Təhsil Müşavirmiz Nəcibə xanım Nəsibova da yer alıb və sözügedən görüşdə iştirak edib.

Görüşdə bir çox məsələlər müzakirə olunub, hər iki ölkənin QHT-lərinin gələcək əməkdaşlığını nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb. Bundan başqa, həmin görüşdə daha bir problem- Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün uzun müddət həll olunmamış qalan, TR Miqrasiya Baş İdarəsinin ilə bağlı qarşılaşdıqları problem həllini tapıb.

Məlumatda bildirilir ki, hər zaman tələbələrimizə diqqət göstərən, cənab Azay Quliyev bu dəfə də onların problemlərinə ciddi yanaşaraq, Türkiyədə təhsil alan tələbələrimizin ( 79 vilayətdə 17.000-dən çox tələbə) TC Miqrasiya Baş İdarəsi ilə bağlı qarşılaşdıqları problemləri TC Daxili İşlər naziri cənab Süleyman Soylunun diqqətinə çatdırıb. Görüşün nəticəsində cənab S. Soylu qeyd olunan məsələ ilə bağlı TR Miqrasiya Baş İdarəsinin rəisi cənab Abdullah Ayaza göstəriş verib.

“Azərbaycanın gələcəyi olan gənclərimizə göstərmiş olduğu sevgiyə görə cənab Azay Quliyevə Türkiyədə təhsil alan tələbələrimiz adından təşəkkür edirik”,- deyə qeyd olunan məlumatda tələbələrə qarşılaşdıqları problemlərlə bağlı Müşavirliyə məlumat vermələri istənilib: "Sözü gedən görüşün 13.11.2018-ci il tarixinə razılaşdırıldığını nəzərə alaraq, TR Miqrasiya Baş İdarəsi ilə bağlı olan problemlərinizi təcili olaraq bizə bildirmənizi xahiş edirik (paylaşımın altına yaza bilərsiniz ) Link - https://www.facebook.com/tehsil.musavirliyi/posts/1125671427602661

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə HƏ dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 15:28
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17