Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb
A A A
11/12/2018
Oxunma sayısı : 10280

|

QHT Şurasının İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri gənc həmkarlarını peşəkar tələblərə əməl etməyə, dövlət maraqları və xalqın milli-mənəvi dəyərlərini qorumağa, fəaliyyətlərini bu prinsiplər əsasında qurmağa çağırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və BDU-nun Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə yaradılan “Gənc jurnalistlər” Klubunda “Tədrisdən təcrübəyə” layihəsi çərçivəsində tələbələrlə görüşüb.

E.Behbud görüşdə Xalq Cümhuriyyətinin qurulması və 70 ildən sonra müstəqilliyin bərpası zamanı mətbuatın maarifləndirici missiya daşıyaraq proseslərin müsbət sonluqla nəticələnməsinə böyük töhfələr verdiyindən söz açıb. QHT Şurasının bölmə rəhbəri bildirib ki, XIX əsrin son onilliklərində təşəkkül tapan maarifçilik hərəkatı məhz mütəfəkkir düşüncəli yazarların qəzetlərdə cahilliyə, əsarətə qarşı yazıları ilə geniş insan kütlələrinə təsir edə bildi. Bu davamlı maarifçilik hərakatı, qələm mübarizəsi nəhayət 1918-ci ildə müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin Azərbaycanda qurulmasına gətirib çıxardı. Bu, jurnalistikanın ən böyük xidmətidir. Mətbuat həmçinin dövlətçiliyin inkişafı naminə bütün sahələrdə başlanan islahatların təbliğatçısına çevrildi. SSRİ dağılandan sonra Azərbaycanın müstəqilliyini bərpa etməsində xalqın genetik yaddaşı mühüm rol oynadı. Tarixi gerçəkliklərin unudulmadan bu günümüzə gəlib çatmasında, insanlarda müstəqil dövlətə sahiblənmək arzusunun yaranmasında jurnalistlərin əməyi danılmazdır.

E.Behbud müasir mətbuatın üzərində senzuranın olmadığını, KİV-in tam müstəqil fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman barəsində də danışıb. Bu fərmanla bütün informasiya yayımı üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamın qüvvədən düşdüyünü deyib.

Natiq onu da vurğulayıb ki, müstəqil mətbuatın inkişafı ilə bağlı Prezident İlham Əliyev fərmanlar, sərəncamlar imzalayır, qərarlar verir, KİV təmsilçilərinə dəyərli tövsiyələr ünvanlayır. Jurnalistlər üçün tikilən ikinci binanın təqdimat mərasimində Prezidentin səsləndiridyi “Jurnalistlər mənim köməkçilərimdir” fikri dövlət başçısının KİV-ə yönələn diqqət və qayğısının bariz nümunəsidir.

QHT Şurasının fəaliyyətindən söz açan E.Behbud təmsil etdiyi qurumun ölkədə ilk milli donor olduğuna diqqət çəkərək, onun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Şuranın donorluq missiyası ilə yanaşı, bütövlükdə dövlətin QHT sektorunda siyasətini həyata keçirən qurum olduğunu deyib. 
E.Behbud bildirib ki, QHT Şurasının yaradılmasında məqsəd cəmiyyətimizdə yeni ictimai münasibətlər modelinin formalaşdırılması, QHT-lərin müasir dövrün çağırışlarına uyğun şəkildə fəaliyyətini qurmasına çalışmaqdır. Həmçinin, vətəndaş təşəbbüslərinin artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatları fəaliyyətinin təşviq edilməsi, onların ictimai əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsi də bu məqsədin tərkib hissəsidir.

Şuranın 10 illik fəaliyyətinin həm daxildə, həm də xaricdə dolğun tanıdılmasına görə jurnalistlərə minnətdar olduqlarını deyən natiq gənc həmkarlarını peşəkar tələblərə əməl etməyə dövlət maraqları və xalqın milli-mənəvi dəyərlərini qorumağa, fəaliyyətlərini bu prinsiplər əsasında qurmağa çağırıb. Tədbirdə Klub üzvləri fikirlərini bildirib, qonağa suallar ünvanlayıblar. Görüş dialoq şəklində davam etdirilib.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Rufiz Qonaqov Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb - 17 / 12 / 2018 09:03
“Qarabağ Qaziləri” İB-nin İdarə Heyəti toplandı: - Yeni sədr mart ayında seçiləcək - 17 / 12 / 2018 07:25
Narkomaniyaya qarşı mübarizədə QHT-lərin rolu - 17 / 12 / 2018 05:48
QHT sədrinin oğurlanmış velosipedi tapıldı - 16 / 12 / 2018 15:58
Sənin də döşünü kəssəydilər... - 16 / 12 / 2018 13:03
Siyəzən gəncləri cümhuriyyətin 100 illiyini qeyd etdi - 15 / 12 / 2018 17:53
USAID Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrini genişləndirməyə üstünlük verir - 15 / 12 / 2018 16:44
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsi çərçivəsində tədbir keçirilib - 14 / 12 / 2018 21:41
Bu gün Şura üzvünün doğum günüdür - Təbrik - 14 / 12 / 2018 21:05
“Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 13 / 12 / 2018 17:19
Azərbaycan İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb - 13 / 12 / 2018 15:37
Appeal to Arsenal fans: Don’t applaud the murderer of two-year-old Zahra - 13 / 12 / 2018 15:26
“Arsenal” azarkeşlərinə müraciət: 2 yaşlı Zəhramızın qatilinə əl çalmayın! - 13 / 12 / 2018 15:22
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20