Diabetə birlikdə qalib gələk
A A A
11/13/2018
Oxunma sayısı : 11082

|

Noyabr ayının 12-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinologiya Mərkəzi (REM) və Azərbaycan Diabet Liqasının (ADL) birgə təşkilatçılığı ilə “Holiday İnn” otelində Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirildi. 

“Diabetə birlikdə qalib gələk” və “Diabet və Ailə” devizi altında keçirilən tədbiri giriş sözü ilə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə açaraq dedi: “1991-ci ildən ÜST-nın və BDF-nın təşəbbüsü ilə, eləcə də, 2007-ci ildən etibarən BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, hər il 14 noyabr - Ümumdünya Diabet Günü kimi qeyd olunur. Bugünkü tədbir də dövrümüzün ən geniş yayılmış xəstəliklərindən olan şəkərli diabetə həsr olunub. Tədbirin keçirilməsində məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırmaq, xəstəliyin inkişafının qarşısının alınması yollarını araşdırmaqdır. Ümumiyyətlə, təşkilat olaraq həyata keçirdiyimiz bütün tədbirlərin məqsəd və məramı sağlam cəmiyyət formalaşdırmaqdır. Çünki sağlam cəmiyyət sağlam gələcək deməkdir. Odur ki, aidiyyəti təşkilatlarla birgə hazırladığımız bu tədbir vasitəsilə hər kəsi diabetə birlikdə qalib gəlməyə səsləyirik”.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov diabetin səhiyyə qarşısında duran əsas çağırışlardan biri olduğunu vurğulayaraq, ölkəmizdə bu istiqamətdə görülən işlərdən söz açdı: “Azərbaycanda diabetə qarşı mübarizə məqsədi ilə “2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” icra edilir. Proqram çərçivəsində şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman preparatları və özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi, o cümlədən digər tədbirlər həyata keçirilir. Bir sözlə, qeyd etmək istəyirəm ki, dövlətimiz dövrün, zamanın qaçılmaz xəstəliyi olan diabetli xəstələrə hər cür diqqət və qayğı göstərir. Lakin hər kəs öz sağlamlığının qeydinə qalmalı, davamlı fiziki aktivliklə, sağlam qidalanmaqla bu xəstəliyə qalib gəlməli, onu həyat tərzinə çevirməlidir”. 


Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Babək Salek isə şəkərli diabetin yayılma statistikası haqqında məlumat verərək qeyd etdi ki, Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatlarına əsasən, 2030-cu ildə şəkərli diabetdən vəfat edənlərin sayına görə bu xəstəlik 7-ci yerdə qərarlaşacaq. Şəkərli diabetə tutulmuş insanların sayı gündən-günə artır. Lakin bu o demək deyil ki, diabetli insan normal həyat sürə bilməz. Şəkərli diabeti vaxtında müəyyənləşdirib onunla mübarizə aparsaq, diabetin fəsadları ilə qarşılaşmarıq. Bu gün milli səhiyyəmiz davamlı inkişaf edir. Bütün xəstəliklərin, o cümlədən də şəkərli diabetin insan həyatı üçün təhlükəli olmasının qarşını almaq mümkündür. Bunun üçün diabeti nəzarətdə saxlamaq və saglam həyat tərzi keçirmək kifayətdir. Biz 14 noyabrı bayram kimi qeyd etmirik.Bu günü ona görə təntənəli şəkildə qeyd edirik ki, bu gün insanlara sağlam həyat tərzi keçirməyin zəruriliyini anlatsın.


“Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova ailənin diabet xəstəsi olan şəxs üçün rolu, onların düzgün yanaşmasında pasiyentə əhəmiyyəti, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nurlana Qaraxanova diabetlə mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın zəruriliyi, Azərbaycan Diabet Liqasının ictimaiyyətlə əlaqələndiricisi və idarə heyətinin üzvü Samirə Xəlilova vətəndaş cəmiyyətinin diabeti olan vətəndaşların həyatında rolu haqqında danışdı. 

Tədbirin sonunda Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova “Diabet nəzarətdə, uğur irəlidə” layihəsinin video çarxını təqdim edərək, bu layihənin diabeti olan uşaqlara əhəmiyyətindən, ailənin bu uşaqlara müsbət təsirindən danışdı: “Diabet nəzarətdə, uğur irəlidə!” pilot layihəsi ilk dəfə olaraq Azərbaycan Diabet Liqası İB tərəfindən həyata keçirilir. Layihənin mahiyyəti şəkərli diabet diaqnozu qoyulmuş uşaqlara və onların ailələrinə xəstəliyin düzgün idarə edilməsi fonunda, istənilən uğurun qazanılmasının mümkün olduğunu göstərmək, cəmiyyətimiz üçün sağlam, layiqli övladlar yetişdirməkdir. Uşaqların cəmiyyətə inteqrasiyası ailənın onlara münasibətındən, dəstəyindən bilavasitə asılıdır. Bu il Dünya Diabet Günü məhz “DİABET və AİLƏ”yə həsr edilib.

Layihədə 15 yaşa qədər diabetı olan uşaqlar arasında 3 mərhələdə müsabiqə aparıldı. I mərhələdə Yasamal rayon Heydər Əliyev Mərkəzində uşaqlar test üsulu ilə şəkərli diabet haqqında suallara cavab verdilər. Münsiflər heyətinin üzvləri- 6 saylı UKX-nın endokrinologiya şöbəsinin pediatr endokrinoloqları Zülfiyyə Kazımova, Nabat Ağayeva və ATU-nin pediatr endokrinoloqu Ləman Sultanova uşaqların cavablarını şəffaf şəkildə dəyərləndirdilər. II mərhələdə isə uşaqlar rəsm, musiqi, idman, rəqs və inşa yazı sahəsində öz qabiliyyətlərini nümayiş etdirdilər. 

Respublikamızın əməkdar artisti Tahir Eynullayev, Azərbaycan Rəssamlar İttifaqının üzvü İlqar Əkbərov, vokalist Mətin Rzazadə və “Respublika” qəzetinin əməkdaşı Mehparə Əliyevadan ibarət münsiflər heyəti iştirakçıların yaradıcılıq qabiliyyətlərini qiymətləndirdilər. III mərhələdə isə ballar ümumiləşdirilərək qaliblər müəyyən olundu. Qeyd etmək istəyirəm ki, bu layihədə iştirak edən hər bir uşaq və ailə qalibdir. Çünki, xəstəliyi həyat tərzinə çevirib, onu idarə etmək, həyat eşqi ilə yaşayıb yaratmaq və bundan ehtiyat etmədən açıq şəkildə başqalarına nümunə olmaq, sözün əsl mənasında qalibiyyətdir. Müsabiqədə 50 nəfər iştirak edirdi. Onlardan 2 nəfəri regiondan (Tərtər və Gəncə şəhərindən) olduğu üçün fərqləndirildi. 

Digər 4 nəfər azyaşlı uşaqlar isə müsabiqədən kənar mükafatlandırıldıl. 1-ci yerə Qocayeva Əminə, 2-ci yerə Osmanova Arzu, 3-cü yerə isə Əkbərli Nurlan layiq görüldü. Bütün iştirakçılara sertifikat və hədiyyələr verildi. Ümidvaram ki, günündən, tarixindən asılı olmayaraq belə tədbirlərimizin sayı çox olacaq. Və hər birimiz “Diabetə birlikdə qalib gələk” devizi altinda sıx birləşərək şəkərli diabeti xəstəlik deyil, həyat tərzimizə çevirəcəyik. Son olaraq layihənin ərsəyə gəlməsində, Azərbaycanın kiçik vətəndaşlarının rifahının yüksəlməsi uğrunda əllərindən gələni əsirgəməyən Yasamal Rayonu İcra Hakimiyyəti başçısının müavini Təravət Muradovaya, REM-in rəhbərliyinə, Novonordisk şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Araş Nosratiyə, BakuMall AVM direktoru Fuad Hacıyevə, Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərovaya, Remedi qrup/Azərbaycan şirkətinin rəhbəri Səbuhi Quliyevə, Nobel İlac/Azərbaycan nümayəndəsi Bilal Kalkana, Vəfa İlac/Azərbaycan rəhbərliyinə, Eli Lilly Vostok S.A. şirkətinin rəhbərliyinə, Sanofi/Azərbaycan şirkətinin rəhbərliyinə, Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbərliyinə, ADL-nın könüllülərinə, münsiflər heyətinə xüsusən də hər zaman yanımızda olan, mövcud problemləri və onların həlli yollarını cəmiyyətə çatdırmaqda bizə dəstək verən media nümayəndələrinə dərin minnətdarlığımı bildirirəm”. 

Layihə çərçivəsində müsabiqə iştirakçıları və qaliblər mükafatlandırıldıqdan sonra layihənin gerçəkləşməsində əməyi olan insanlara və təşkilatlara təşəkkürnamələr təqdim edildi. Sonda tədbir iştirakçılarına təşkilatçılar tərəfindən hazırlanmış bukletlər və İSİM tərəfindən çap edilən maarifləndirici materiallar paylanıldı.

respublica-news.az

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17
“Alman faşizminə qalib gələn xalqımızın erməni faşizminə də qalib gələcəyinə əminəm” - 14 / 02 / 2019 12:04
“Müasir Azərbaycan Qadını - 4” layihəsinin açılış mərasimi keçirildi. - 14 / 02 / 2019 11:34
Azərbaycan Televiziyasının 63 ili - 14 / 02 / 2019 06:18