Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib
A A A
11/13/2018
Oxunma sayısı : 10987

|

13 noyabr 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov açmışdır.

Tədbirdə, Azərbaycan Respublikası Prezi­dent Adminstrasiyasının, Müdafiə Nazirliyinin, digər dövlət orqanlarının təmsilçiləri, Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri, İkinci dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər təşkilatının və medianın nümayəndələri iştirak etmişlər.

Tədbir başlanmazdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səslənmiş, İkinci dünya müharibəsində həlak olmuş azərbaycanlıların, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Sonra tədbir iştirakçıları Bakı Slavyan Universitetinin müəllim və tələbələrinin hazırladıqları, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin həyatı və döyüş yolunu əks etdirən videoçarxa baxmışlar.

Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov tədbiri açaraq, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin qəhrəmanlığı, ümumiyyətlə İkinci dünya müharibəsində Azərbaycanın iştirakı barədə danışaraq  demişdir: “Bu günki tədbirimiz Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr edilmişdir. Bilirsiniz ki, bu yubileyin dövlət səviyyəsində geniş qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq sərəncam imzalamışdır. Bu sərəncam ölkə rəybərliyi tərəfindən Mehdi Hüseynzadənin, ümumən İkinci dünya müharibəsində qəhrəmanlıq göstərmiş azərbaycanlıların fəaliyyətinə necə yüksək dəyər verilməsinin növbəti sübutudur.”.

Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov demişdir: “Bu günkü tədbirimiz Sovet İttifaqı Qəhrəmanı, Mixaylo ləqəbi ilə dünyada tanınan Mehdi Hənifə oğlu Hüseynzadənin 100 illik yubileyi çərçivəsində keçirilir. Mehdi Hüseynzadənin adı Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi həkk olunmuşdurr. O, nəinki ölkəmizdə Avropada, mən deyərdim bütün dünyada faşizmə qarşı cəsarətlə, dəyanətlə mübarizə aparmış insan kimi tanınır. Mehdi Hüseynzadə yüz il əvvəl dekabr ayının 22-də Bakının Novxanı kəndində anadan olmuşdur. Qəhrəman Azərbaycan oğlu döyüş zamanı əsir düşsə də, həbs düşərgəsindən qaçaraq partizan dəstəsinə qoşulmuşdur. Mehdi Hüseynzadə YuqoslaviyaTriestİtaliya partizanlarının sırasında alman faşizminə qarşı fəal mübarizə aparmış, kəşfiyyat-təxribat qrupun rəhbəri kimi çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdir.

Müharibə xəbərini Şüvəlandakı bağlarında alan Mehdi dərhal şəhərə qayıdaraq avqustun 9-da cəbhəyə getmişdir. Tiflis hərbi-piyada məktəbini bitirən Mehdi Hüseynzadə şiddətli döyüşlərin getdiyi Stalinqrad döyüşündə iştirak edir. Həmin ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmada ağır yaralanan Mehdi əsir düşür. 1944-cü ilin əvvəlində Mehdi Hüseynzadə bir qrup yoldaşı ilə İtaliyadakı düşərgədən qaçır və Yuqoslaviya Xalq Azadlıq Ordusunun Sloven Sahilyanı 9-cu korpusunda fəaliyyət göstərən partizanlara qoşulur. Burada İvan Qradnik adına 3-cü Sloveniya xalq-azadlıq briqadası 4-cü batalyonunda yaradılan azərbaycanlılardan ibarət rus bölüyünün komandiri Cavad Həkimli, komissarı Mehdi Hüseynzadə idi.

Mehdi Hüseynzadənin Sizlərə məşhur “Uzaq sahillərdə” filmindən və kitablardan yaxşı məlum olan qəhrəmanlıqları məhz bu dövrdən etibarən başlanmış həlak olduğu 1944-cü ilin noyabr ayının 2-dək davam etmişdir. Təsadüfi deyil ki, Mehdi Hüseynzadə haqqında Azərbaycanlı müəlliflərlə yanaşı, keçmiş SSRİ, Avropa ölkələrinin tarixçiləri, jurnalistləri də dəyərli əsərlər yazıblar. Onun iki nəhəng diversiya aktı (2-22 aprel, 1944-cü il) haqqında məlumatlar “1941-1945-ci illərin xalq azadlıq müharibəsi xronologiyası”na daxil edilmişdir.

Mehdi Hüseynzadə tapşırıqdan Çenovan yaşayış məntəqəsində yerləşən 9-cu korpusun qərargahına qayıdarkən Vitovlye kəndində qəhrəmancasına həlak olmuşdur. Onun nəşi yerli əhali tərəfindən dəfn edilmişdir.

Mehdi Hüseynzadənin reallaşdırdığı əməliyyatlardan yalnız birində düşmənin 2 təyyarəsinin, 25 avtomaşınının partladılması döyüşçü, komandir kimi nəyə qadir olduğunu aydın göstərir. Onun rəhbərlik etdiyi kəşfiyyat-təxribat qrupu ilə bacarıqla həyata keçirdiyi uğurlu əməliyyatlar barədə Mehdi Hüseynzadənin həyat və döyüş yolunun tədqiqatçıları yəqin ki, daha geniş danışacaqlar. Mən yalnız bir faktı xüsusi vurğulamaq istəyirəm ki, Mehdi Hüseynzadə qısa, ancaq zəngin fəaliyyətlə dolu ömrü boyu bütün qəlbi ilə sevdiyi Azərbaycana, Vətəninə və xalqına sədaqətlə xidmət göstərib.

Mehdi Hüseynzadənin fəaliyyəti Sovet İttifaqının geniş ictimaiyyətinə yalnız 1956-cı ilin 31 mayında “Krasnaya Zvezda” qəzeti keçmiş Partizan V.Sokolovun xatirələrinə əsaslanan “Partizan igidliyi” məqaləsini dərc etdikdən sonra məlum olmuşdur. Həmin ilin oktyabrında başqa bir keçmiş partizan – Q.A.Jilyayev “Mehdi Hüseynzadə (Mixaylo) haqqında xatirələr” yazdıqdan və əlyazmanı Azərbaycan SSR EA-nın tarix institutuna verdikdən sonra qəhrəman partizanın rəşadəti haqqında əhəmiyyətli miqdarda material toplandı və bununla əlaqədar Azərbaycan KP MK-nın müraciəti ilə leytenant Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya və İtaliya ərazisində etdiyi qəhrəmanlığı təsdiq edən gizli axtarış aparıldı. Nəticədə SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 aprel 1957-ci il tarixli qərarı ilə Mehdi Hüseynzadəyə layiq olduğu Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Ümumiyyətlə İkinci dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə Azərbaycan oğulları nəyə qadir olduqlarını əzmlə nümayiş etdirmişlər. Cəbhəyə yola salınan 700 min azərbaycanlının təqribən yarısı mərdliklə vuruşaraq, həyatları bahasına bəşəriyyəti faşizm taunundan xilas etmişlər. 124 həmvətənimiz aralarında Mehdi Hüseynzadə də olmaqla ən yüksək fəxri ada – Sovet İttifaqı Qəhrəmanı adına, 10 minlərləsi orden, medallara layiq görülmüşlər. Mehdi Hüseynzadənin, Həzi Aslanovun, İsrafil Məmmədovun, Ziya Bünyadovun və onlarla başqa azərbaycanlının adları İkinci dünya müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

Azərbaycan öz qəhrəman oğlu ilə fəxr edir və onun adının əbədiləşdirilməsi üçün ölkə miqyasında görülmüş və gələcəkdə də görüləcək işlər bu minnətdarlığın nəticələridir. Bu gün Azərbaycanın Mehdi Hüseynzadə kimi qəhrəman oğulllara daha böyük ehtiyacı var. Çünki, Azərbaycanın 20 faiz ərazisi təcavüzkar Ermənistan Respublikasının hərbi birləşmələrinin işğalı altındadır. Ölkənin yeniyetməsindən, gəncindən tutmuş ahıl yaşlı insanlarına qədər hər birimiz Vətənin bütövlüyü, ərazilərimizin işğaldan qurtarması üçün hər an hazır olmalıyıq. Doğrudur, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün düşmənin istənilən təxribatının qarşısını vaxtında almağa, torpaqlarımız erməni işğalından qurtarmağa tam qadirdir. 2016-cı il aprelin 2-dən 5-dək cəbhə xəttində baş verənlər Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin gücü, qələbə əzmi nümayiş etdirildi. Ancaq Azərbaycan bu münaqişəni sülh yolu ilə, qan tökülmədən həll etmək istəyir. Bunun mümkün olmayacağı halda, möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında güclü və müasir Azərbaycan ordusunun düşmənə öz yerini göstərəcəyinə əminik. Biz veteranlar buna inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”.

Tədbirdə Azərbaycan Respublikası Prezi­dent Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Mehdi Hüseynzadənin həyat və döyüş yolunu tədqiq etmiş, tarix üzrə fəlsəfə doktoru Məmməd Cəfərli, “Xatirə” kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, jurnalist Ruqiyə Əliyeva və başqaları çıxış edərək Mehdi Hüseynzadənin və İkinci dünya müharibəsində qəhrəmanlıq göstərmiş digər oğullarımızın şücayətindən danışmış, Azərbaycan zabit və əsgərlərinin bu gün öz sələflərinin yolunu şərəflə davam etdirdiyini və yaxın gələcəkdə qəhrəman oğul və qızlarımızın üçrəngli bayrağımızı işğal altındakı ərazilərimizdə dalğalandıracaqlarına inandıqlarını bildirmişlər. 

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17
“Alman faşizminə qalib gələn xalqımızın erməni faşizminə də qalib gələcəyinə əminəm” - 14 / 02 / 2019 12:04
“Müasir Azərbaycan Qadını - 4” layihəsinin açılış mərasimi keçirildi. - 14 / 02 / 2019 11:34
Azərbaycan Televiziyasının 63 ili - 14 / 02 / 2019 06:18