Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video
A A A
11/13/2018
Oxunma sayısı : 11000
“Bilirsiniz ki, 10 ildir ki, cənab Prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafı, xüsusilə QHT-lərin sərbəst fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb və bunun üçün dövlət büdcəsindən hər il müəyyən məbləğdə vəsait ayrılır. Bu təbii ki, çox müsbət haldır və ictimai sektor dövlətimizin bu qayğısını yüksək qiymətləndirir. Lakin bu gün QHT-lərin ehtiyaclarının milli maraqlarımıza cavab verən formada qarşılamaq üçün dövlətin ayırdığı maliyyə vəsaitinə yenidən baxmağı vacib hesab edirəm”.

QHT.az Trend-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

A.Quliyev bildirib ki, ehtiyacların hər il artmasına baxmayaraq, Şuraya ayrılan vəsaitin həcmi nəinki yüksəlmir, əksinə, vəsaitin ciddi şəkildə azalması müşahidə edilir: “2015-ci ildə Şuraya ayrılan vəsaitin həcmi 6 milyon 600 min manat olduğu halda, gələn ildə daxil olmaqla son 3 ildə Şuraya 5.600.000 manat nəzərdə tutulmuşdur. Yəni bir milyon manat azaldılmışdır. Bu vəsaiti ölkədə rəsmi qeydiyyatdan keçmiş 4 minə yaxın QHT-nin arasında bölsən, vəziyyətin nə qədər çətin olduğunu təsəvvür etmək mümkündür. Ona görə də Şura çox QHTnin əhatə etmək üçün lahihələrin maksimim həcmini azaltmağa və yalnız kiçik qrantlar 7-8 min manatadək verməyə məcbur olur. Baxmayaraq ki, bu milli maraqlarımızı daxildə və xaricdə müdafiə edən çox təcrübəli QHT-lər var ki, onların fəaliyyətinini davam etdirməsi üçün mütləq şəkildə böyük həcmli, ən azı illik 50 min manatadək vəsaitə ehtiyac var.

Şura sədri vurğulayıb ki, dövlətçilik maraqlarını daim qoruyan və xarici qüvvələrin təsir dairəsinə düşməyən QHT-lər əsas etibarilə dövlətin ayırdığı vəsaitdən asılıdır. Vəsaitin azlığı isə ölkənin ictimai həyatında mühüm rol oynayan, beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edən, təcrübəli və milli maraqlarımızı müdafiə edən QHT-lərin fəaliyyətinə mənfi təsir və onların mövqelərinin zəifləməsinə gətirib çıxarır.


Azay Quliyev deyib ki, digər tərəfdən nəzərə almaq lazımdır ki, bu gün dövlətin maraqlarını qoruyan QHT-in dəstəklənməsinə xüsusi ehtiyac var: “Bizi narahat edən digər mühüm məqam ondan ibarətdir ki, QHT sektorunun minumum ehtiyaclarının dövlət tərəfindən qarşılanmaması, bir sıra ictimai təşkilatların qütbləşməsinə, alternativ maliyyə mənbələri axtarmasına, bəzi hallarda isə qanunsuz olaraq xarici donorlardan vəsait əldə etməyə cəhd olunmasına gətirib çıxarır. Bu isə arzuolunmazdır və biz istəməzdik ki, QHT-lərin onların yad təsirlərə məruz qalsın və ya daha çox xarici donorlardan asılı olsun. Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, bu asılılq bəzi hallarda neqativ hallara və təhlüksizliyimiz təhdid edə biləcək situasiyalara gətirib çıxara bilər. Ona görə də istərdim ki, QHT-lərə dəstəyin verilməsi məsələsində bu kopmonent də nəzərə alınsın”.

Deputat bildirib ki, ölkəmizin maraqlarını xaricdə təmsil etmək və müxtəlif layihlər həyata keçirtmək üçün QHT-lərə heç bir dəstək verə bilmirik: “Bundan başqa bu gün 15-dən çox dövlət proqramı və milli fəaliyyət planında bununla əlaqədar Şuranın üzərinə böyük vəzifələr qoyulub. Bu proqramların icrasını tam təmin etmək üçün Şuranın və QHT-lərin institusional imkanlarının artırılması vacibdir. Eyni məsələni regionlarda fəaliyyət göstərən QHT-lərin resurs və təlim mərkəzlərinə də aid etmək olar. Maliyyə nazirliyinə bu təkliflərin detalları haqqında Arayış təqdim olunub. Bütün bunları nəzərə alaraq, 2019-cu ilin dövlət büdcəsindən QHT-lər üçün ayrılan 5600000 (beş milyon altı yüz min) manatın üzərinə 4600000 (dörd milyon altı yüz əlli min) manat əlavə olunaraq 10200000 (on milyon iki yüz min) manata çatdırılmasını təklif edirik”.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17
“Alman faşizminə qalib gələn xalqımızın erməni faşizminə də qalib gələcəyinə əminəm” - 14 / 02 / 2019 12:04
“Müasir Azərbaycan Qadını - 4” layihəsinin açılış mərasimi keçirildi. - 14 / 02 / 2019 11:34
Azərbaycan Televiziyasının 63 ili - 14 / 02 / 2019 06:18