General KƏRİM KƏRİMOV fenomeninin sirri
A A A
11/13/2018
Oxunma sayısı : 8676

Səməd Vəkilov

Müvəkkil Hüquq Mərkəzinin sədri


Otuz ilə yaxın Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə SSRİ Dövlət Komissiyasının sədri (1966-1991) vəzifəsini tutmuş, Azərbaycanın milli iftixarı, kosmosun əfsanəsi adlandırılan artireliya general-leytenantı Kərim Kərimovun yüz illik yubileyi Azərbaycanda və Rusiyada qeyd edilməkdədir. Həyatını sirrlər dolu bir ömürə sığdıran məxfi general yalnız SSRİ süquta uğradıqdan sonra geniş ictimaiətə tanınmışdır.General Kərim Kərimov kimdir? Azərbaycan Cumhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovun nəvəsi olmaqla bərabər məşhur milyonçu və mesenatlar Hacı Zeynalabdin Tağıyevlə və Murtuza Muxtarovla qohumluq əlaqələri olan bir şəxs SSRİ-nin ən məxfi və strateji sahəsinə rəhbərlik edən dövlət komissiyasının rəhbəri vəzifəsinə uzun illər rəhbərlik etmısi  maraq doğurmaya bilməzdi.Hər kəsə məlumdur ki, SSRİ səviyyəsində türk soylu millətlərdən yalnız barmaqla sayılacaq səviyyədə mühüm post tutan şəxslər olmuşdur. Bu çıxslərdən biri də məhz məxfi general Kərim Kərimov idi. Kərim Kərimovun sirri nədə idi? Nədən o sıçrayışla vəzifə pillələrində irəliləyirdi?

Bioqrafiyasına nəzər salaq:

General Kərim Abbasəli oğlu Kərimov 14 noyabr 1917-ci il tarixdə Bakı şəhərində ziyalı ailəsində anadan olub. İlk təhsilini Təzə-Pir Məscidinin nəzdində mədrəsədə aldıqdan sonra, orta təhsilini Bakıda 8 saylı (hazırda General Kərim Kərimovun adını daşıyır) orta məktəbdə almışdır.O, 1934-cü il tarixdə orta məktəbi bitirir. Sonra -1936-cı ilin avqustunda Moskvaya gedir  və  Novoçerkaskdakı Sənaye İnstitutunun  “Elektromexanika” fakültəsinə qəbul olur.

Evlənməsinə babsı Əsadulla bəy Əhmədov xeyir dua verir.

Birinci kursda oxuduğu zaman artıq orta məktəbdə on il birlikdə təhsil aldığı və orta məktəb illərindən sevdiyi Zərifə xanım Hənəfiyeva ilə ailə qurur. Atası Abbasəli Kərimov bu evliliyə qarşı olsa da, ailədə nüfuz sahibi olan Cümhuriyyət Parlamentinin deputatı olmuş babası Əsadulla bəy Əhmədov bu evliliyə xeyir dua verir. Bu evlilikdən general Kərim Kərimovun  22 yanvar 1937-ci il tarixdə qızı dünyaya gəlir. Qızına anası   Sürayyə xanımın  şərəfinə onun adını qoyur.Ancaq bir müddət sonra ailə vəziyyəti ilə bağlı gələcəyin dahisi 1939-cu ildə Bakıda Sənaye İnsitituna köçürülür. Həyat yoldaşı isə Sənaye İnsititunun  kimya fakültəsində təhsilini başa vurur. ( Z.Hənəfiyeva Moskava Dövlət Universitetində kimya fənindən dərs deyib) Lakin tale yenidən  Kərim Kərimovun həyatını Rusiyaya bağlayır.Belə ki,o, 1942-ci ildə Dzerjinski adına Artilleriya Akademiyasına göndərilir. Qeyri-adi istedadını və biliyini nəzərə alaraq Kərim Kərimov birbaşa akademiyanın IV kursuna daxil olur və 1943-cü ildə akademiyanı topçu-mühəndis ixtisası üzrə bitirir. O,təhsil aldığı müddətdə  “Katyuşa B 13” adı ilə tanınan yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanır. Silahın təkmilləşdirilməsi barəsində bir neçə səmərəlşdirici təklif irəli sürən Kərim Kərimov həmin vaxtdan həyatını raket texnikası ilə bağlamış, bu texnikanın inkişafı naminə elmı və fiziki potensialını əsirgəməmişdir.

Baykonurun təməli qoyulan gündən Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən olan Kərim Kərimov kosmodromda çalışmağa başlayıb. O, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdi.

     Tanış olduğum sənədlərə əsasən fəxrlə qeyd edim ki,kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilmısində Kərim Kərimovun  böyük rolu olub. Bunun nəticəsi kimi ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunmuşdu. 1945-ci ildən böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1961-ci ildə general rütbəsi verilmişdir. 1965-ci ildə Kosmik Vasitələrin  İdarəsinin rəisi,1966-cı ildən isə Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə SSRİ Dövlət Komissiyasının sədri vəzifələrinə təyin edilmişdir.Qeyd edək ki,  general Kərim Kərimovun rəhbərlik etdiyi  komissiyanın  tərkibi 50 nəfərdən ibarət olub.Buraya  SSRİ-nin   Müdafiə naziri ,o cümlədən 7 nazir,digər mühüm  komitə və struktur rəhbərləri  daxil olmuşdur.

1975-ci ildə “Apollo” və “Union” gəmilərinin rekonstruksiyası və uçuşun hazırlığı ilə əlaqədar iş Kərim Kərimovun məsuliyyətində idi. Yeni yaradılan bu nazirlik kosmik sənayenin bütün müəssisələrini özündə birləşdirdi. Lakin K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S. P. Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə  sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən şəxs kimi məhz Kərim Kərimovu olmasını istəyirdi.Və bu təkid öz nəticəsini vermişdi.Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən uçuş heyətlərinin hesabatlarını qəbul edərək heç vaxt televiziya reportajlarına düşməyən şəxs də Kərim Kərimov idi. 1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyətinə qatılmışdı. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdı. Onların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, sonradan isə çoxmodullu “Mir” stansiyasının adlarını çəkmək olar. Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsi üçün şərait yaratmışdı. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdu. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunmuşdur. Kərim Kərimov 2 dəfə dövlət mükafatı almışdır.  Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir.

General-leytenant Kərim Kərimov 29 mart 2003-cü ildə Moskva şəhərində vəfat etmiş və elə orada da dəfn olunmuşdur.

Məxfi generalın zəngin bioqrafiyasının araşdırdıqda onun fenomenal həyat hekayəsinin əsl sirri aydın olur. Paradoksla olsa da Azərbaycan Cümhuriyyətinin parlament üzvü olmuş Əsədulla bəy Əhmədovun nəvəsi general Kərim Kərimovun  dünyanın super gücü olan SSRİ-nin ən starteji sahəsinə rəhbərlik etməsi maraq doğurur. Onun sıçrayışlı karyera yüksəlişinin səbəbi qeyri-adi istedadı, fenomenal yaddaşı,  təşkilatçılıq bacarığı, yüksək intellekti və çevik təfəkkürü olmuşdur.Əvəz edilməz generalın  bu keyfiyyətləri Cühuriyyətçi ailəsindən olması faktorunun arxa plana  keçməsinə səbəb olmuşdur.

 General Kərim Kərimovun ailə şəcərəsinə yaxın qohumu (dayısı oğlu) Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovun nəvəsi  xüsusi xidmət  polkovniki Oktay Əhmədov işıq salır.  Oktay Əhmədov: ”General Kərim Kərimov hər iki tərəfdən Azərbaycan türküdür, Oğuz soyundandır!” 

              

Xatırladım ki,General Kərim Kərimovun atası Kərimov Abbasəli Hacıbalakərim oğlu 1879-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan türküdür. Azərbaycanın ilk ali təhsilli mühəndislərindəndir Sank Peterburq Mülki Muhəndislər institunda bir müddət təhsil aldıqdan sonra 1912-ci ildə   Peterburq Texnologiya institunu bitirmişdir. (Abbasəli  Kərimovun fəaliyyətinin professor Ədalət Tahirzadə araşdırılmışıdr).

Anası Əhmədova Sürayyə Əsədulla qızı isə Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü,  I Bakı Dümasının deputatı, “Nəşri-maarif” cəmiyyətinin təsisçilərindən biri Əsədulla bəy Əhməd oğlu Əhmədovun qızıdır.Azərbaycan türküdür.

-AXC Parlamentinin deputatı Əsədulla bəy Əhmədov

  1930-cu ildə Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədülla bəy Əhmədovu NKVD tərəfindən  istintaqa verdiyi ifadələrində əfsanəvi general Kərim Kərimovunməhz onun himayəsində yaşadığını bildirmişdir(sitat professor Ədalət Tahirzadənin araşdırmasından götürülmüşdür).

ŞƏRHLƏR
XƏBƏRLƏR
Rufiz Qonaqov Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb - 17 / 12 / 2018 09:03
“Qarabağ Qaziləri” İB-nin İdarə Heyəti toplandı: - Yeni sədr mart ayında seçiləcək - 17 / 12 / 2018 07:25
Narkomaniyaya qarşı mübarizədə QHT-lərin rolu - 17 / 12 / 2018 05:48
QHT sədrinin oğurlanmış velosipedi tapıldı - 16 / 12 / 2018 15:58
Sənin də döşünü kəssəydilər... - 16 / 12 / 2018 13:03
Siyəzən gəncləri cümhuriyyətin 100 illiyini qeyd etdi - 15 / 12 / 2018 17:53
USAID Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrini genişləndirməyə üstünlük verir - 15 / 12 / 2018 16:44
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsi çərçivəsində tədbir keçirilib - 14 / 12 / 2018 21:41
Bu gün Şura üzvünün doğum günüdür - Təbrik - 14 / 12 / 2018 21:05
“Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 13 / 12 / 2018 17:19
Azərbaycan İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb - 13 / 12 / 2018 15:37
Appeal to Arsenal fans: Don’t applaud the murderer of two-year-old Zahra - 13 / 12 / 2018 15:26
“Arsenal” azarkeşlərinə müraciət: 2 yaşlı Zəhramızın qatilinə əl çalmayın! - 13 / 12 / 2018 15:22
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20