Elməddin Behbud: “Aİ-nin rəhbərliyi Azərbaycanın da toplantıda bərabərhüquqlu şəkildə iştirakını təmin etməlidir”
A A A
11/23/2018
Oxunma sayısı : 9396


XİN “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktını araşdırır

Elməddin Behbud: “Konsensusun əldə olunmasına yönələn fəaliyyətin birtərəfli olaraq Azərbaycanın əlehinə yönləndirilməsi Şərq tərəfdaşlığının Azərbaycana qarşı şər formatına dönməsi təhlükəsini yaratmış olur”

“Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Bizimyol.info saytına bildiriblər. Nazirlik bildirib ki, bu ilin dekabr ayında Tbilisidə təşkil ediləcək Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmaması ilə məsələ Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırılır.
Açıqlamada o da qeyd olunur ki, məsələ ilə bağlı kütləvi informasiya vasitələrinin suallarını, eyni zamanda, Avropa İttifaqının Bakıdakı nümayəndəliyinə və tədbirə ev sahibliyi edəcək Gürcüstanın ölkəmizdəki səfirliyinə ünvanlaması məqsədəuyğun hesab edilir.

“Ehtimal ki, N.Paşinyan ona verilmiş bu platformadan öz ölkəsində demokratik dəyərlərin qələbəsinin elanı üçün istifadə edəcək”

Məsələ ilə bağlı məlumat yayan virtualaz.org saytında Brüsseldəki diplomatik mənbələrə istinadən bildirirlər ki, Avropa İttifaqı Azərbaycan hökumətinə dəvət göndərməyib. Qərara alınıb ki, rəsmi Bakının iştirakı Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi formatında məhdudlaşdırılsın. Bundan başqa, Azərbaycan diplomatı iclasda müşahidəçi statusunda iştirak edəcək.
Şərq Tərəfdaşlığı Aİ-nin altı postsovet ölkəsi-Azərbaycan, Ermənistan, Belarus, Ukrayna, Moldova və Gürcüstanla Avropa İttifaqının inteqrasiya əlaqələrinin inkişafı üçün yaradılmış xüsusi layihə olmasına baxmayaraq, Tiflisdə “Şərq Tərəfdaşlığı” himayəsi altında keçiriləcək tədbirə Azərbaycan hökumətinin nümayəndələri dəvət edilməyib.
“Baxmayaraq ki, “”Şərq Tərəfdaşlığı”nda dəyişikliklər vaxtı: biz öhdəsindən gəlirikmi?” mövzusunda müzakirələrdə Ukrayna baş nazirinin müavini İvannı Klimpuş-Sintsadzenin, Moldova baş nazirinin müavini Yuri Lyankenin, Belarus xarici işlər nazirinin müavini Oleq Kravçenkonun və Ermənistan xarici işlər naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Zohrab Mnatsakanyanın çıxışları nəzərdə tutulub.

Diplomatik mənbələrin təsdiq etdiyinə görə, iclasda fəxri qonaq kimi Ermənistan hökumətinin başçısı Nikol Paşinyan iştirak edəcək. Avropa İttifaqı erməni baş nazirini 11 dekabr müzakirələrində iştirak etməyə dəvət edib. Maraqlıdır ki, erməni baş nazirinin Məclisin işinə cəlb edilməsi Ermənistanda parlament seçkilərinin başa çatmasından sonrakı növbəti günə düşür və ehtimal ki, N.Paşinyan ona verilmiş bu platformadan öz ölkəsində demokratik dəyərlərin qələbəsinin elanı üçün istifadə edəcək.
Ancaq Brüssel diplomatlarının sözlərinə görə, “Şərq Tərəfdaşlığı”nın mübahisəli diskussiya meydançasında Azərbaycan hökuməti nümayəndələrinin yoxluğu, Paşinyanın güman edilən qalibiyyət marşı ilə heç cür bağlı ola bilməz. Ehtimal ki, söhbət Məclis iştirakçılarının mühakiməsinə veriləcək Yekun bəyannamə layihəsindən gedir. Bəyannamə layihəsində Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması Rusiyanın “işğalçılıq siyasəti” kontekstində ifadə edilir, amma orada Avropa ictimaiyyətinin Azərbaycanın bütövlüyünə və Qarabağ münaqişəsinin nəticələrinə münasibətini ifadə edən eyni fikir yoxdur.
Xatırladaq ki, Məclisin əvvəlki illərdəki yekun sənədlərində “Şərq Tərəfdaşlığı” layihəsində iştirak edən bütün dövlətlərin ərazi bütövlüyünə mütləq dəstək ifadə edilirdi.

Azərbaycan hökumətindəki mənbələrin xəbərinə görə, rəsmi Bakı Avropa Birliyi və rəsmi Tiflislə dialoqa girməyi və yaranmış vəziyyət ətrafında təhqiqata başlamağı planlaşdırır. Bu aşkar qalmaqallı və fitnəkar vəziyyətin rəsmi Bakının strateji müttəfiqi-dost Gürcüstan ərazində yaranması Azərbaycan hökumətində təəccüb doğurur.

Nəhayət, bizdə olan informasiyaya görə, Məclisin işində Azərbaycanın vətəndaş cəmiyyətinin Qərbyönümlü adlandırılan seqmentinin nümayəndələri iştirak edəcəklər, hansılar ki, böyük ehtimalla, öz sələflərinin işğalçılıq siyasətini davam etdirən ölkənin hökumət başçısını ayaq üstə alqışlayacaqlar”.

Elməddin Behbud: “Aİ-nin rəhbərliyi Azərbaycanla da toplantıda bərabərhüquqlu şəkildə iştirakını təmin etməlidir”

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbua xidmətinin rəhbəri Elməddin Behbud məsələ ilə bağlı Bizimimyol.info saytının sorğusunu cavablandırıb.
“Bildiyimiz kimi Şərq Tərəfdaşlığı Avropa İttifaqının 2009-cu ildə altı postsovet ölkəsi-Azərbaycan, Gürcüstan,Belarus, Ukrayna, Moldova və Ermənistan ilə əlaqələrinin inkişafı üçün yaratdığı xüsusi platformadır.Şərq Tərəfdaşlığı çərçivəsində irəli sürülən bütün təşəbbüslərin əsasını Avropa İttifaqının təcrübəsini mənimsəyərək onun standartlarına yaxınlaşma ideyası təşkil edir. Aİ-nin ŞərqTərəfdaşlığına dair rəsmi sənədinin layihəsində açıq şəkildə bəyan edilir ki, bu tərəfdaşlığın əsasın insan hüquqlarına, demokratiyaya, qanunun aliliyinə hörmət prinsipi təşkil edir. İndi necə ola bilər ki, Şərq Tərəfdaşlığının müstəqilliyini əldə edəndən üzü bu yana hər zaman Azərbaycanın hərtərəfli dəstəyini hiss etdiyi qonşu Gürcüstanın paytaxtında keçiriləcək illik Məclisinin iclasına Azərbaycan hökumətinin nümayəndələri dəvət edilməsin? Əgər yayılan xəbərlər doğrudursa buna təşkilatçı tərəfin aydınlıq gətirməsi vacibdir. Mən ümid edirəm ki, antiazərbaycan dairələrin belə bir planı varsa da Aİ-nin rəhbərliyi Şərq Tərəfdaşlığının ruhuna və prinsiplərinə hörmətlə yanaşaraq bu cür qeyri-adekvat davranışdan imtina etməli və Azərbaycanla da toplantıda bərabərhüquqlu şəkildə iştirakını təmin etməlidir.

Yayılan məlumatda deyilir ki, fəxri qonaq kimi Ermənistan hökumətinin başçısı Nikol Paşinyan toplantıya dəvət edilib. Əgər Nikol Paşinyandan Ermənistanın ŞT-yə daxil olan digər bir dövlətinin ərazisinin 20%-ni işğaldan nə zaman edəcəyini soruşmaq və narkotik qaçaqmalçılığının cazibə mənbəyinə, Cənubi Qafqazın Əfqanıstana çevrilən Dağlıq Qarabağdan hərbi birləşmlərini geri çəkməyi tələb etmək üçün dəvət edirlərsə bunu alqışlamaq lazımdır. Əks halda bu addım münasibətlərin birtərəfli qaydada pozulmasına təhrikdir. Digər bir məsələ isə Aİ-nin Ukrayna, Gürcüstan və Moldova kimi Azərbaycanın da ərazi bütövlüyünüün birmənalı şəkildə dəstəklənməsidir. Yekun sənəddə iğlaçıların kateqoryalaşdırılması, üç dövlətə bir, Azərbaycana isə igər münasibətin göstərilməsi qəbulolunmazdır. Əlbəttə, burada həm də ŞT-nin illik toplantısına qatılacaq vətəndaş cəmiyyəti institutlarının üzərinə də böyük məsuliyyət düşür. Siyasi baxışlarından asılı olmayaraq Azərbaycan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri mövcud platformada milli maraqlarımıza qarşı yönələn istənilən təhdid və hücuma qarşı qətiyyətli münasibət göstərməlidirlər. Onların işğalçı Ermənistan dövlətinin ötən 25-30 il ərzində beynəlxalq hüquq normalarını tapdamasına laqeyd münasibətin hesabını soruşmaları vacibdir. Ortaya sual çıxır, insan hüquq və azadlıqlarının qorunması dedikdə yüz minlərlə məcburi köçkün azərbaycanlının haqlarının təminatını gözardı edən VC nümayəndələrinin Ermənistan və havadarlarından nə qədər fərqi var? Qeyd olunan məsələr üzrə konsensusun əldə olunmasına yönələn fəaliyyətin birtərəfli olaraq Azərbaycanın əlehinə yönləndirilməsi Şərq tərəfdaşlığının Azərbaycana qarşı şər formatına dönməsi təhlükəsini yaratmış olur”.

Rəşad VAQİFOĞLU

bizimyol.info

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə HƏ dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 15:28
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17