100 İLİN MİSSİYASI –Azərbaycan ədliyyəsinin inkişafı və islahatlar təcrübəsi
A A A
11/26/2018
Oxunma sayısı : 7315


Əliməmməd Nuriyev
Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü,
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti


Bu il 22 noyabrda Azərbaycan dövlətçilik tarixi, dövləti üçün xüsusi əhəmiyyət kəsb edən Azərbaycan ədliyyəsinin 100 ilik yubileyini qeyd etdik. Bir əsrlik inkişafın yekunu olaraq bu gün qürurla müasir standart və çağrışlara cavab verən, innovasiya və islahatlara açıq, eyni zamanda 100 ilin ənənələrinə, peşəkarlığa söykənən, dövlətçilik maraqlarının qorunması, insan hüquq və azadlıqlaırnın etibarlı müdafiəsi missiyasını uğurla yerinə yetirən effektiv ədliyyə sisteminin fəaliyyətindən danışırıq.

Demokratik, hüquqi dövlət quruculuğu prosesində təkmil, səlahiyyətləndirilmiş, güclü ədliyyə sistemi məxsusi yer tutur. Ədliyyə sistemi dövlət idarəçiliyndə, cəmiyyətdə ictimai münasibətlərin tənzimlənməsində, vətəndaşların hüquq və azadlıqlarının qorunması, eyni zamanda dövlətçilik təməllərinin möhkəmləndirilməsində vacib rola malikdir. Effketiv ədliyyə sistemi ölkəmizdə hüquq institutlarının formalaşması, inkişafı və təkmilləşməsi kimi mühüm missiyanı yerinə yetirir.

Ədliyyə sistemi və orqanlarının bu mühüm keyfiyyətləri və dövlətçilik üçün əhəmiyyəti 100 əvvəl Azərbaycan Xalq Cümhuriyyəti qurucuları tərəfindən də aydın dərk olunurdu. Cümhuriyyət yarandıqdan sonra qısa mövcudluğu dövründə, hüquq sisteminin inkişafı üzrə görülən işlər xüsusilə qeyd olunmalıdır. Təsadüfi deyil ki, Ədliyyə Nazirliyi ölkənin yaradılması ilə bir gündə – 1918-ci il may ayının 28- də təsis edilmişdi. Bu mənada Azərbaycan ədliyyəsinin tarixi məhz Cümhuriyyətin yaranması ilə başlanır. Təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdu. 1918-ci ilin noyabr ayının 22-də Nazirliyin Əsasnaməsi təsdiq edilərək, onun funksiya və səlahiyyətləri, həmçinin ştatları müəyyənləşdirilmişdi.

Cümhuriyyətin 2-ci hökumətinin tərkibində Baş nazir Fətəli xan Xoyski həm də ədliyyə naziri vəzifəsini icra edirdi. Cümhuriyyət parlamentinin 26 dekabr 1918-ci il tarixli iclasında hökumətin qəbul etdiyi deklarasiyada qeyd edilirdi ki, ədliyyə hökumətin diqqət mərkəzində olan mühüm sahələrdən biridir. Ədliyyə Nazirliyinin yaradılması barədə qərar qəbul olunarkən Fətəli xan Xoyski o vaxt öz çıxışında deyirdi: “Bilirsiniz ki, ədliyyə nəzarəti olmalıdır. Bu olmasa, heç bir dövlətin işi yürüməz. Ədliyyəsi olmayan məmləkətdə tərəqqi olmaz, məmləkət irəliləməz”.

F.X.Xoyski üç cümlə ilə ədliyyə sisteminin önəmini çox aydın şəkildə diqqətə çatdıra bilmişdi. 100 il keçdikdən sonra da böyük dövlət xadiminin fikirləri aktuallığını saxlayır və hər bir cəmiyyətin inkişafında səmərəli ədliyyə sistemi mühüm institusiya kimi çıxış edir. Xüsusən hazırda Azərbaycanda həyata keçirilən islahatların normativ-hüquqi təminatı, cəmiyyətin harmonik inkişafı üçün qanunvericiliyin təkmilləşdirilməsi, hüquq məkanının formalaşdırılması, ədalət mühakiməsi sisteminin müasirləşdirilməsi ədliyyə orqanlarının effektiv fəaliyyətindən xeyli dərəcədə asılıdır.

Bu gün hörmətli cənab nazir Fikrət Məmmədovun rəhbərliyi Ədliyyə Nazirliyi, bütövlükdə ədliyyə sistemi qeyd edilən bu vəzifələrin öhdəsindən çox bacarıqla gəlir, daim islahatları və təkmilləşməni müşahidə edirik. Ədliyyə Nazirliyinin tarixi məhz islahatlar, uğurlu innovasiyalar təcrübəsidir.

Hazırda ölkənin ədliyyə sistemində bütün istiqamətlər üzrə müasirləşmə, yeniləşmə və qabaqcıl təcrübənin tətbiqini müşahidə edirik. Hazırda atılan addımlar yaxın və orta perspektivdə ədliyyə orqanlarının daha yüksək inkişaf səviyyəsinə çatmasını, səmərəli fəaliyyətini şərtləndirəcək. Ədliyyə sistemində son illər aparılan islahatların miqyası doğrudan çox böyükdür və hansı həcmdə iş görüldüyü, zəhmət resurs sərf olunduğu barədə təəssürat yaradır. Bunlardan aşağıdakıları xüsusi qeyd etmək olar:

Qanunvericiliyin təkmilləşdirilməsi, vahid hüquq məkanının formalaşdırılması

Vahid hüquq məkanının təmin ediməsi kimi mühüm vəzifə əsasən Ədliyyə Nazirliyinin üzərinə düşür. Bu sahədə fəaliyyət hazırlanan normativ-hüquqi və normativ aktların layihələrinin mövcud qanunvericiliyə uyğunluğunun təmin edilməsində və beynəlxalq müqavilə layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğu və onların hüquqi qüvvəsi məsələləri üzrə rəylərin verilməsində, qüvvədə olan normativ hüquqi aktların yeni qəbul olunmuş qanunlara uyğunlaşdırılması barədə təkliflər hazırlamasında ifadə olunur. Son dövrdə hüquq sistemində islahatlarla əlaqədar vahid hüquq məkanın formaladırılması sahəsində Ədliyyə Nazirliyinin fəaliyyətini onun aparıcı istiqamətlərindən biridir. Son 15 ildə nazirlik tərəfindın 32 mindən artıq qanunvericilik layihəsi ekspertizadan keçirilib, 6.500-dən çox layihə hazırlanmış, əhalinin təmənnasız istifadəsinə verilmiş milli qanunvericiliyin elektron bazalarına vətəndaşlar tərəfindən hər il yüz minlərlə, 2018-ci ildə isə artıq bir milyondan çox müraciət edilmişdir.

Müasir ədalət mühakiməsi sisteminin bərqərar olması

Son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələr, o cümlədən regionlarda yeni apellyasiya məhkəmələri yaradılması, hakimlərin sayının artırılması diqqət mərkəzində olmuşdur. Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi məqsədilə qanunvericiliyə 50-dək dəyişiklik edilmiş, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri ilbəil genişləndirilmiş, o cümlədən hakimlərin müstəqilliyinin təmini və fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması həvalə edilmiş, hakimlərin təyinatında, səlahiyyətinə xitam verilməsində Şuranın rolu artırılmışdır.

Azərbaycanda hakimlərin maaşının məbləğini qanunla konkret müəyyən etməklə yanaşı, onun azaldılması qadağan olunmuşdur. Son illər ərzində dövlət büdcəsi hesabına və Dünya Bankı ilə birgə 50-dək məhkəmə üçün müasir bina və komplekslərin layihələri hazırlanmış, 9 məhkəmə binası və 6 məhkəmənin yerləşdiyi 2 məhkəmə kompleksi tikilərək istifadəyə verilmişdir. Hazırda 5 məhkəmə üçün bina və komplekslərin inşası davam etdirilir.

Məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar çərçivəsində “Elektron məhkəmə” informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir. Artıq bu sistemin ayrı-ayrı komponentləri – elektron sənəd dövriyyəsi, işlərin elektron qaydada bölgüsü, elektron idarəetmə və elektron məlumatlandırma proqramları, proseslərin elektron qeydiyyatı tətbiq olunur.

Təsadüfi deyil ki, 2017-ci ildə Azərbaycan Avropa Şurasının ədalət mühakiməsinə dair müsabiqəsində “Məhkəmənin nəbzi: İdarəetmədə inqilab” adlı layihə ilə iştirak etmiş və ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq görülmüşdür.

Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) məhkəmə sisteminin inkişafına görə Azərbaycanı öncül ölkə kimi qiymətləndirmişdir.
2005-ci ildən çoxmərhələli prosedurlarla, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlar keçirilmiş, 3 seçim prosesində 2200-dək hakimliyə namizəd iştirak etmiş və onlardan 235-i bütün mərhələlərdə müvəffəqiyyət qazanaraq hakim vəzifələrinə təyin olunmuşlar.

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi

Dövlət başçısının 10.02.2017-ci il tarixli sərəncamı bu sahədə ədliyyə və məhkəmə sistemi üçün “yol xəritəsi” olmuşdur. Sərəncama uyğun olaraq Cinayət Məcəlləsində dəyişikliklər edilərək bir sıra əməllər dekriminallaşdırılmış, yeni qanunun təsiri altına düşən 5.700-ə yaxın məhkumun cəzası yüngülləşdirilmiş, o cümlədən 1.700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunmuşdur. Sərəncamın icrası nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı 25 faiz azalmış, həmçinin məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının sayı enmişdir. Eyni zamanda, həbs qətimkan tədbirinə dair prokurorlar tərəfindən məhkəmələrə verilmiş təqdimatların sayı təxminən 22 faiz, həbsdə saxlama müddətinin uzadılması barədə müraciətlərin sayı isə 37 faiz azalmışdır.

Alternativ cəzaların icrasına effektiv nəzarətin təşkili məqsədilə Nazirlikdə yeni Probasiya xidməti yaradılmış, cinayət qanunvericiliyinə dəyişikliklər edilərək yeni cəza növü – azadlığın məhdudlaşdırılması cəzası müəyyən olunmuşdur. Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş, məhkumları fasiləsiz izləməyə və operativ əlaqə qurmağa imkan verən Elektron monitorinq mərkəzi yaradılmış, mərkəzin imkanları və “elektron qolbağ”ın funksiyaları barədə geniş ictimai təqdimatlar keçirilmişdir. İstifadəsinə bir neçə aydır başlanılmış bu elektron nəzarət vasitələri artıq 500 şəxsə tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir.


Vətəndaşlara və biznesə xidmətlərin göstərilməsi

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat və qeydiyyat orqanları tərəfindən 5 milyona yaxın əməliyyat aparılmış və verilən sənədlərin 40 faizdən çoxu məhz ədliyyə qurumlarının payına düşmüşdür. Hazırda nazirlik tərəfindən 14 informasiya resursu, o cümlədən elektron notariat, əhalinin və qüvvədən düşmüş sənədlərin, habelə hüquqi aktların dövlət reyestrləri, elektron məhkəmə, elektron icra və digər informasiya sistemləri yaradılmışdır. Həmin resurslar müxtəlif dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya olunaraq hər gün on minlərlə sənəd üzrə məlumat mübadiləsi keçirilir. Eyni zamanda, nazirlik tərəfindən fiziki və hüquqi şəxslərə 31 növ elektron xidmət göstərilir, bu xidmətlərdən istifadələrin sayı 11 milyonu ötmüşdür.

Beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətlərdə rast gəlinən bu informasiya sistemlərinin tətbiqi nəticəsində ədliyyə orqanlarının fəaliyyətində şəffaflıq, insanların müraciət etmə, o cümlədən elektron yazışma imkanları genişləndirilmiş, vətəndaş-məmur təmasları azaldılmışdır.

Ədliyyə sahəsində islahatların davam etdirilməsi daim diqqət mərkəzində saxlanılaraq fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan ədliyyəsinin inkişafına dair yeni Dövlət Proqramı hazırlanmışdır.

Ədliyyə Nazirliyinin yaratdığı ən yaxşı təcrübələr

2003-cü illə müqayisədə penitensiar müəssisələrdə vərəmdən ölənlərin sayı 16 dəfə azalmışdır. Beynəlxalq Qırmızı Xaç Komitəsi və Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə Azərbaycanın nailiyyətlərinin yayılmasını tövsiyə etmiş, Nazirliyin Vərəm üzrə Təlim Mərkəzinə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən beynəlxalq status verilmiş, 20 dövlətdən 230-dək nümayəndə Bakıya səfərlər edərək müsbət təcrübəmizdən bəhrələnmiş, bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellərin tətbiqinə başlanılmışdır.

Hava və dəniz limanlarında, dəmiryolu vağzallarında quraşdırılacaq xüsusi ədliyyə köşkləri vasitəsilə ilk dəfə olaraq, notariat sənədlərinin tərtib olunaraq əldə edilməsi üçün tədbirilər həyata keçirilir. Səyyar elektron xidmətlər göstərilməsi üçün xüsusi çantalar hazırlanmışdır. Bu sahədə Azərbaycanın müsbət təcrübəsinin öyrənilməsi üçün müraciətlər edilir.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işi təkmilləşdirilib, Əhalinin Dövlət Reyestri avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılaraq 75 il ərzində toplanmış 15 milyondan çox akt qeydi nəhəng iş sayəsində elektron formata keçirilərək bu sistemə daxil edilmişdir. Bu da dünya təcrübəsində ilklərdən sayıla bilər.

Ədliyyə Nazirliyi tərəfindən Azərbaycanda ictimai iştirakçılıq təcrübəsinin yaradılması, ictimai nəzarət mexanizm və təsisatlarının formalaşmasında əvəzsiz töhvə verilmişdir. Nazirlik yanında 22 sentybar 2006-cı ildən penitensiar xidmətə nəzarət üzrə İctimai Komitə formalaşıb. Komitənin üzvləri azadlıqdan məhrum etmə yerlərinə maneəsiz buraxılması üçün ədliyyə naziri tərəfindən imzalanmış xüsusi vəsiqələrlə təmin olunmaqla, onların ayrı-ayrı cəzaçəkmə müəssisələrinə mütəmadi başçəkmələrinə şərait yaradılır. İctimai Komitə üzvlərinə əvvəlcədən xəbər vermədən azadlıqdan məhrum etmə yerlərində monitorinq aparmaq hüququ verilməsi də qabaqcıl təctübə kimi qeyd edilməlidir.

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin fəaliyyəti ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət təsisatlarının, mexanizmlərinin yaradılması üçün çox böyük təcrübə, bilik və bacarıq yaratmışdır. Sonradan bu təcrübə İctimai Şuraların yaradılması, ictimai iştirakçılıqla bağlı qanunvericiliyin formalaşması, hökumət-vətəndaş cəmiyyəti konsultasiya mexanizmlərinin formalaşmasında böyük fayda verdi.

Yaxın perspektiv üçün hədəflər

Əldə olunan naliyyətlər, həyata keçirilən islahatlar yaxın və orta perspektiv üçün hədəflərə çatılmasına da müvafiq zəminlər yaradıb. Hakim korpusunun sayının artırıması, orta Avropa göstəriciləri səviyyəsində çatdırılması, məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlərin, qabaqcıl təcrübənin tətbiqinin davam etdirilməsi, məhkəmə sisteminə ictimai etimadın artılması bu hədəflərdən biri kimi qeyd oluna bilər.

Yarımçıq qalan cəzaçəkmə müəssisələrinin tikilib başa çatdırılmasının sürətləndirilməsi, yeni tipli cəzaçəkmə müəssisələrinin tikilməsi mühüm vəzifə kimi qarşıda durur. Hökumət səviyyəsində bu məsələlərin həlli üçün yetərli resurslar səfərbər edilməlidir. İctimaiyytəin də bu məsələləri gündəmdə saxlamasında ciddi ehtiyac var.

Penitensiar xidmətdə islahatlar, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması üçün tədbirlər davam etdirilməlidir. Əhalinin hüquqi maarifləndirilməsi, ödənişsiz hüquqi yardım xidməti sisteminin yaradılması da vacib məsələ kimi gündəlikdə durur.

Bütün bu görülən işlər, həyata keçirilən tədbilər bütövlükdə ölkənin ümumi inkişafı kontesktində də çox böyük töhfə verib. Bu baxımdan ölkə rəhbərliyinin ədliyyə orqanlarının fəaliyyətinə xüsusi önəm verməsi qeyd olunmalıdır. Ümummilli lider Heydər Əliyev, möhtərəm prezident İlham Əliyev hər zaman ədliyyə orqanlarının inkişafı üçün mümkün olan bütün dəstəyi göstərib. Yenilik və islahatlara, təkmilləşdirmələrin həyata keçirilməsinə bilavasitə rəhbərlik edərək, nailiyyətlərin əldə olunmasını təmin ediblər. Ölkə rəhbərliyi səviyyəsində hər zaman ədliyyə orqanlarının inkişaf təşəbbüslərinə dəstək verilib. Nəticədə müasir, güclü, ənənələrə söykənərək dinamik inkişafda olan ədliyyə sisteminə malikik.

ŞƏRHLƏR
XƏBƏRLƏR
Rufiz Qonaqov Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb - 17 / 12 / 2018 09:03
“Qarabağ Qaziləri” İB-nin İdarə Heyəti toplandı: - Yeni sədr mart ayında seçiləcək - 17 / 12 / 2018 07:25
Narkomaniyaya qarşı mübarizədə QHT-lərin rolu - 17 / 12 / 2018 05:48
QHT sədrinin oğurlanmış velosipedi tapıldı - 16 / 12 / 2018 15:58
Sənin də döşünü kəssəydilər... - 16 / 12 / 2018 13:03
Siyəzən gəncləri cümhuriyyətin 100 illiyini qeyd etdi - 15 / 12 / 2018 17:53
USAID Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrini genişləndirməyə üstünlük verir - 15 / 12 / 2018 16:44
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsi çərçivəsində tədbir keçirilib - 14 / 12 / 2018 21:41
Bu gün Şura üzvünün doğum günüdür - Təbrik - 14 / 12 / 2018 21:05
“Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 13 / 12 / 2018 17:19
Azərbaycan İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb - 13 / 12 / 2018 15:37
Appeal to Arsenal fans: Don’t applaud the murderer of two-year-old Zahra - 13 / 12 / 2018 15:26
“Arsenal” azarkeşlərinə müraciət: 2 yaşlı Zəhramızın qatilinə əl çalmayın! - 13 / 12 / 2018 15:22
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20