Hesabatı gecikdirən QHT-lərə qarşı sərt addımlar atılacaq
A A A
11/28/2018
Oxunma sayısı : 8918


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirilmiş layihələri ilə bağlı hesabatı gecikdirən QHT-lərə qarşı sərt addımlar atacaq. 

QHT.az-ın məlumatına görə, hesabatın təqdim olunma müddəti Şura və QHT arasında imzalanmış qrant müqaviləsində təsbit olunur. 

Hesabatın gecikdirilməsi ilə bağlı aşağıdakı məhdudiyyət tədbirləri tətbiq ediləcək: 

  • 5 iş günündən 15 iş gününədək gecikdirildiyi halda QHT-yə rəsmi xəbərdarlıq ediləcək;
  • 16 iş günündən 30 iş gününədək gecikdirildiyi halda layihənin icrasına ayrılan maliyyə vəsaitinin sonuncu tranşı ödənilməyəcək və QHT Şuranın növbəti qrant müsabiqəsində iştirak hüququndan məhrum ediləcək;
  • 31 iş günündən 60- iş gününədək gecikdirildiyi halda QHT 1 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum ediləcək;
  • 61 iş günündən artıq gecikdirildiyi halda QHT 2 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum ediləcək və ayrılmış vəsaitin qaytarılması üçün müvafiq tədbirlər görüləcək. 

Qeyd edək ki, hazırda Şura ilə QHT arasında imzalanmış qrant müqaviləsinə əsasən ilk tranşda layihənin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin 70 faizi QHT-nin bank hesabına köçürülür.  QHT tərəfindən layihənin icrasına dair maliyyə və təsviri hesabatlar təqdim edildikdən sonra vəsaitin 30 faizi həmin QHT-nin bank hesabına köçürülür. Beləliklə, yeni məhdudlaşdırıcı tədbirlərə əsasən hesabat Şura və QHT arasında imzalanmış qrant müqaviləsində göstərilən müddətdən 16 iş günü gec təqdim olunarsa, QHT layihənin maliyyələşdiriliməsiən ayrılmış vəsaitin 30 faizindən məhrum olacaq, həmin vəsaiti ala bilməyəcək, növbəti qrant müsabiqəsinə də buraxılmayacaq. Hesabat 61 iş günü gecikdirildiyi halda isə QHT layihənin maliyyələşdirilməsi ilə bağıl birinci tranşda bank hesabına köçürülmüş 70 faiz vəsaiti də Şuraya geri qaytarmalı olacaq. Əks halda məsələ hüquqi müstəvidə həll olunmalıdır. Bu halda isə QHT-nin Şura tərəfindən məhkəməyə verilməsi qaçılmaz olacaq. Eyni zamanda həmin QHT 2 il Şuranın müsabiqələrinə qatıla bilməyəcək.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Rufiz Qonaqov Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb - 17 / 12 / 2018 09:03
“Qarabağ Qaziləri” İB-nin İdarə Heyəti toplandı: - Yeni sədr mart ayında seçiləcək - 17 / 12 / 2018 07:25
Narkomaniyaya qarşı mübarizədə QHT-lərin rolu - 17 / 12 / 2018 05:48
QHT sədrinin oğurlanmış velosipedi tapıldı - 16 / 12 / 2018 15:58
Sənin də döşünü kəssəydilər... - 16 / 12 / 2018 13:03
Siyəzən gəncləri cümhuriyyətin 100 illiyini qeyd etdi - 15 / 12 / 2018 17:53
USAID Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrini genişləndirməyə üstünlük verir - 15 / 12 / 2018 16:44
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsi çərçivəsində tədbir keçirilib - 14 / 12 / 2018 21:41
Bu gün Şura üzvünün doğum günüdür - Təbrik - 14 / 12 / 2018 21:05
“Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 13 / 12 / 2018 17:19
Azərbaycan İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb - 13 / 12 / 2018 15:37
Appeal to Arsenal fans: Don’t applaud the murderer of two-year-old Zahra - 13 / 12 / 2018 15:26
“Arsenal” azarkeşlərinə müraciət: 2 yaşlı Zəhramızın qatilinə əl çalmayın! - 13 / 12 / 2018 15:22
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20