QHT sədri: Antimilli ünsürlərdə xalq, vətən anlayışları yoxdur
A A A
11/30/2018
Oxunma sayısı : 7256

Məlum olduğu kimi, son illər Azərbaycana qarşı xaricdən müxtəlif istiqamətlərdə qarayaxma kampaniyaları aparılır. Bu qarayaxmalar bu gün də davam etməkdədir.

Artıq bir neçə gündür ki, xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri bir-birinə qarşı ifşaedici açıqlamalar verirlər. Açıqlamalar göstərir ki, özlərini “demokratiya carçısı” və “ədalət tərəfdarı” kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edənlər əslində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərərək sifarişlər yerinə yetiriblər. Onların əsas məqsədi daha çox qrant almaq və mənimsəmək olub. Şübhəsiz ki, bu məqsədlərə xidmət edənlər sadəcə xain və düşmən dəyirmanına su tökən ünsürlərdir.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən QHT sədri, internet-media eksperti Səbuhi Abbasov söylədi ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası təxminən 10 ildir ki, sürətlənib və təşkilatlanıb: “Bu, onunla əlaqədardır ki, Azərbaycanın həyata keçirdiyi geosiyasi, iqtisadi layihələrə görə ölkəmizin gücü son 10 ildə çoxlarının təsəvvür etmədiyi dərəcədə artıb. Bu inkişaf da təbii ki, bir çox beynəlxalq qurumları, təşkilatları narahat etməyə başlayıb. Dünyada, xüsusən də Yaxın Şərqdə baş verən proseslərin şahidi olduq ki, inkişaf edən, buna meyilli olan, ümumiyyətlə düzgün iqtisadi siyasət yürüdən ölkələr birbaşa hədəf seçilir. Həmin ölkələrin iqtisadi gücünün sarsıdılması üçün məqsədli şəkildə müəyyən siyasət aparılır. Azərbaycanda da sosial, siyasi və iqtisadi sahələrdə dinamik şəkildə inkişaf müşahidə olunmaqdadır. Bu da təbii ki, müəyyən qüvvələri narahat edir. Bu mənada Azərbaycana qarşı aparılan çirkli oyunlar bir neçə istiqamətlərdə davam etdirildi”.

S.Abbasov söylədi ki, Azərbaycanın torpaqlarının 20 faizi işğal olunub və ölkəmiz Ermənistanla müharibə şəraitindədir: “Məlumdur ki, dünyada erməni lobbisi adı altında çox böyük bir terror təşkilatı mövcuddur. Bu terror təşkilatının çox ciddi maliyyə qaynaqları var. Bu maliyyə qaynaqları vasitəsilə müəyyən maraqları, prosesləri həyata keçirmək üçün erməni lobbisi adlanan terror təşkilatından məqsədli şəkildə istifadə edirlər. Erməni lobbisi müxtəlif vaxtlarda xaricdə fəaliyyət göstərən təşkilatlar, mühacir kimi yaşayan bəzi azərbaycanlıları çox asan şəkildə öz təsir dairələrinə sala bilirlər və onlara kifayət qədər böyük maliyyə vəsaitləri ayıraraq onlardan ölkəmizə qarşı istifadə edirlər”.

Onun sözlərinə görə, Azərbaycana qarşı aparılan oyunlarda həm erməni lobbisi, eyni zamanda, erməni olmayan antiazərbaycan qüvvələr kifayət qədər fəallıq nümayiş etdirirlər: “Biz hətta Birinci Avropa Oyunlarından əvvəl bu proseslərlə bağlı açıq mesajlar vermişik. Çox təəssüflər olsun ki, bir neçə azərbaycanlı həmin qüvvələrin təsir dairəsinə düşdülər və kifayət qədər maliyyə vəsaitləri aldılar. Zamanı gəldikdə, biz həmin maliyyə mənbələri haqqında da məlumatlar vermişdik.  Məhəmməd Mirzəli, Tural Sadıqlı, Orduxan Teymurxan və digər antimilli ünsürlərdə xalq, millət, vətən anlayışı yoxdur. İndi artıq pul tükənib, donorlar dayanıb. Bunlara inanan insanlar isə yenə də sınır, ruhdan düşürlər “.

Cavid Əkbərov, “İki sahil”

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17
“Alman faşizminə qalib gələn xalqımızın erməni faşizminə də qalib gələcəyinə əminəm” - 14 / 02 / 2019 12:04
“Müasir Azərbaycan Qadını - 4” layihəsinin açılış mərasimi keçirildi. - 14 / 02 / 2019 11:34
Azərbaycan Televiziyasının 63 ili - 14 / 02 / 2019 06:18