Xidmət müqaviləsi ilə çalışanlar nəyi, necə ödəyəcəklər?
A A A
12/01/2018
Oxunma sayısı : 6932

Qubad İbadoğlu: “Mikrosahibkarlıq meyarları təsdiqlənməyib deyə...”

Vergilər Məcəlləsi və “Sosial sığorta haqqında” qanuna edilən və bir aydan sonra qüvvəyə minəcək dəyişikliklər cəmiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Xüsusilə sadələşmiş vergi ödəyicisi olan xırda sahibkarla, VÖİN əsasında xidmət göstərən fiziki şəxslərlə bağlı dəyişikliklər maraq doğurur.

Bu dəyişiklikləri şərh edən iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirir ki, bu sahədə dəyişikliklərin düzgün izahatı üçün ilk növbədə bilmək lazımdır ki, iqtisadiyyatda çalışanlar 2 statusda fəaliyyət göstərir və fərqlənirlər: “Birinci qrup muzdla işləyənlərdir ki, onlarla işəgötürənlər arasında münasibətlər əmək müqavilələri ilə tənzimlənir. İkinci qrup xidmət müqaviləsi əsasında çalışanlardır ki, onları da özlüyündə 2 qrupda təsnifləşdirmək olar: Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə işləyənlər və ya mülki-hüquqi xidmət müqaviləsi ilə, VÖEN-siz çalışanlar. Nəhayət, dəyişikliklər vergi və sosial sığorta ödənişləri baxımından fərqlənir. 

Mülki hüquqi xarakterli müqavilələrlə xidmət göstərənlərlə, yəni VÖEN-i olmayanlarla bağlı qaydalar dəyişməyib. Onlara ödənilən məbləğdən ödəmə mənbəyində əvvəlki kimi 25 faiz tutulacaq.

Sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar (VÖEN-i olanlar) üzrə məcburi dövlət sosial sığorta ayırmalarında dəyişiklik nəzərdə tutulur. Belə ki, onlar üçün sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olacaq. Bu da o deməkdir ki, VÖEN-i olub tikinti və ticarətdə çalışanlar ayda 65 manat, digər sahələrdə çalışanlar isə (məsələn, QHT sektoru, konsaltinq xidməti və sair) ayda 32.50 manat sosial sığorta haqqı ödəyəcəklər”. 

İqtisadçı-alimin sözlərinə görə, VÖEN-lə işləyənlərin hansı verginin ödəyicisi olması məsələsi dəyişikliklərin maraqlı, eyni zamanda hələki tam aydınlaşmamış tərəflərindəndir: “Əvvəla qeyd edim ki, onlar artıq sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. Dəyişikliklər qüvvəyə mindikdən sonra sadələşdirilmiş vergi ödəyicilərinin dairəsi xeyli məhdudlaşacaq. Artıq yalnız əhaliyə (VÖEN-i olmayanlara) məhsul təqdim edən pərakəndə ticarət, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımaları həyata keçirənlər, sabit vergi ödəyiciləri (ev qulluqçuları, bağban, bərbər, dərzi, restoranda ofisiant və sair), ictimai iaşə (dövriyyə 200 min manatdan yuxarı, 8 faizlə) və sair sadələşdirilmiş vergi ödəyicisi ola biləcəklər. Xidmət müqaviləsi ilə işləyənlər çox güman ki, dövriyyələri kiçik olduğundan mikro sahibkarlıq subyektlərinə aid olunacaqlar. Düzü, bu barədə konkret danışmaq çətindir, çünki hələ Nazirlər Kabineti mikro sahibkarlıq subyektləri üçün meyarları təsdiq etməyib. Əgər xidmət müqaviləsi ilə işləyənlər mikro sahibkarlıq subyekti sayılsa, o zaman onlara gəlirlərinin 75 faizi həcmində güzəşt şamil olunacaq, yalnız gəlirlərinin 25 faizindən 20 faiz vergi ödəyəcəklər”.

DÜNYA,
Musavat.com

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Rufiz Qonaqov Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb - 17 / 12 / 2018 09:03
“Qarabağ Qaziləri” İB-nin İdarə Heyəti toplandı: - Yeni sədr mart ayında seçiləcək - 17 / 12 / 2018 07:25
Narkomaniyaya qarşı mübarizədə QHT-lərin rolu - 17 / 12 / 2018 05:48
QHT sədrinin oğurlanmış velosipedi tapıldı - 16 / 12 / 2018 15:58
Sənin də döşünü kəssəydilər... - 16 / 12 / 2018 13:03
Siyəzən gəncləri cümhuriyyətin 100 illiyini qeyd etdi - 15 / 12 / 2018 17:53
USAID Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrini genişləndirməyə üstünlük verir - 15 / 12 / 2018 16:44
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsi çərçivəsində tədbir keçirilib - 14 / 12 / 2018 21:41
Bu gün Şura üzvünün doğum günüdür - Təbrik - 14 / 12 / 2018 21:05
“Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 13 / 12 / 2018 17:19
Azərbaycan İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb - 13 / 12 / 2018 15:37
Appeal to Arsenal fans: Don’t applaud the murderer of two-year-old Zahra - 13 / 12 / 2018 15:26
“Arsenal” azarkeşlərinə müraciət: 2 yaşlı Zəhramızın qatilinə əl çalmayın! - 13 / 12 / 2018 15:22
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20