“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib
A A A
12/05/2018
Oxunma sayısı : 5385

|

Dekabrın 4-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) könüllülərinin birinci ümumrespublika konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransdan əvvəl tədbir iştirakçıları könüllülərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə ölkənin müxtəlif bölgələrini təmsil edən gənclərin rəsm və tikmələri, o cümlədən qədim şəbəkə sənəti üzrə nümunələr və tullantılardan hazırlanmış əsərlər təqdim edilib. Eksponatlar arasında, eyni zamanda, RİİB-in fiziki imkanları məhdud könüllülərinin əl işləri də yer alıb.

Konfrans “Regional İnkişaf” İctimai Birliyinin könüllülük fəaliyyətinə dair videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.

Tədbirdə RİİB-in könüllüləri qazandıqları təcrübə barədə fikirlərini bölüşüb, İctimai Birliyin yeni layihələrini təqdim ediblər.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təsis olunan “Regional İnkişaf” İctimai Birliyinin əsas məqsədi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda layihələr reallaşdırmaq, ictimai nəzarəti həyata keçirmək, ölkədə aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafına yönəlmiş tədbirlərə geniş dəstək göstərməkdir.

RİİB-in nümayəndəsi Cəmil Əliyev bildirib ki, hazırda təşkilatın fəaliyyəti bütün respublika ərazisini əhatə edir və onun 9 regional mərkəzi yaradılıb. İctimai Birliyin fəaliyyətində bölgələr üzrə 500-dək könüllü iştirak edir.

Konfransda Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərin könüllülük hərəkatının formalaşması və genişləndirilməsində rolu barədə çıxış edib. Bildirib ki, Gənclər Fondu və RİİB müxtəlif layihələr çərçivəsində tərəfdaşlıq edirlər. Heydər Əliyev Fondu ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə istər respublikamızda, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi humanitar, mədəni layihələrlə xalqımızın zəngin mədəni irsinin təbliğinə, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasına, ölkədə elm, təhsil və səhiyyənin inkişafına töhfələr verir. Bu mənada “Regional İnkişaf” İctimai Birliyi də regionlarda əhalinin sosial-iqtisadi problemlərinin həll olunmasında, onların bilik və bacarıqlarının artırılmasında, potensialının reallaşdırılmasında çoxsaylı layihələr həyata keçirib.

Qeyd olunub ki, könüllülük sərbəst seçim əsasında ictimai və cəmiyyət maraqları naminə təmənnasız fəaliyyətə xidmət edir. Bu fəaliyyətin hədəfi digər şəxslərin, icma və təşkilatların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilib. Bununla belə, könüllülük fəaliyyəti müddətində könüllülər özləri də müəyyən bilik, təcrübə və bacarıq əldə edirlər. Bu sahədə fəaliyyəti nizamlayan qanunun qəbul edilməsindən ötən doqquz il ərzində ölkəmizdə bir sıra mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının uğurla keçirilməsində könüllülərin böyük xidməti olub.

Sonra RİİB-in fəaliyyətində aktiv iştirak edən könüllülər sertifikatlarla təltif olunublar.

Tədbirin sonunda “Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti oxunub. Müraciətdə qeyd olunur ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2016-cı ilin fevralında təsis edilən “Regional İnkişaf” İctimai Birliyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli layihələr reallaşdırmaq, dövlət tərəfindən aparılan islahatlar, o cümlədən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməkdir. Gənclərin intellektual və yaradıcılıq potensialının üzə çıxarılması və Vətən naminə səfərbər edilməsində könüllü fəaliyyətin rolu danılmazdır. “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri bundan sonra da öz fəaliyyətində humanizm, insansevərlik, xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq regionların sosial-iqtisadi inkişafı, Azərbaycanın tərəqqisi naminə böyük əzmlə çalışacaqlar.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə HƏ dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 15:28
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17