“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib
A A A
12/06/2018
Oxunma sayısı : 4173

|

Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının 15-ci ildönümü ilə bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, “Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib.

AZƏRTAC xəbər verir ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən tədbirin iştirakçıları və qonaqlar “Heydər Əliyev muzey-lektoriyası”nı ziyarət edərək, Ümummilli Liderimizin Vətənə və xalqa həsr olunmuş mənalı ömrünün müxtəlif anlarını əks etdirən ekspozisiya ilə tanış olublar.

Sonra Ulu Öndərin və şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himnimiz oxunub.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşduğu vaxtdan 15 il ötür. Lakin Azərbaycan xalqının tarixində və taleyində müstəsna rolu və xidmətləri olmuş bu böyük siyasi və dövlət xadimi, hələ sağlığında canlı əfsanəyə çevrilmiş əbədiyaşar Ali Baş Komandanımız canından əziz bildiyi, uğrunda fədakarlıqlar göstərdiyi Azərbaycanı və qədirbilən xalqımızı cismən tərk etsə də, bu dahi şəxsiyyət xatirələrdə, ürəklərdə yaşayır. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca Heydər Əliyevin xatirəsi də əbədi yaşayacaq.

Qeyd olunub ki, ötən 15 il ərzində xalqımız, eləcə də onun ayrılmaz hissəsi olan Ordumuzun şəxsi heyəti Heydər Əliyev ideyalarına həmişə sadiq olub, onun yolu ilə daha parlaq gələcəyə doğru inamlı addımlar atıb. Ümummilli Liderimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanımızın daha da inkişafına, tərəqqisinə, regionun ən güclü dövlətlərindən birinə çevrilməsinə nail olub.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Ulu Öndər ilə görüşlərini yada salıb, xatirə tədbirləri aylığının əhəmiyyətindən danışıb. R.Əliyev birlik, birləşmə, hərbi hissələrdə və xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək silsilə tədbirlər barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, aylıq çərçivəsində Heydər Əliyevin adı ilə bağlı ünvanlara şəxsi heyətin ekskursiyaları təşkil olunacaq, dahi rəhbərin silahdaşları ilə görüşlər keçiriləcək, əbədiyaşar liderimizin Fəxri xiyabandakı məzarı, Heydər Əliyev muzey və mərkəzləri ziyarət olunacaq. Həmçinin “Heydər Əliyev irsini öyrənirik” mövzusunda silsilə məşğələlər çərçivəsində məruzə və mühazirələr oxunacaq, filmlərin kütləvi nümayişi və Ulu Öndərə həsr olunmuş əsərlərdən ibarət proqramlar təşkil ediləcək. Ümumiyyətlə, “Heydər Əliyev ideyalarına sadiqik” devizi altında keçirilən xatirə tədbirləri aylığı Ulu Öndərə əsgəri ehtiramın və Heydər Əliyev ideyalarının əbədiyaşarlığının nümayişinə çevriləcək.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ulu Öndərimizin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini minnətdarlıq hissi ilə xatırlayıb. A.Rəhimzadə Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrünün Heydər Əliyevin möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb. O, bütün ömrünü Azərbaycan dövlətinin qorunmasına, möhkəmləndirilməsinə və inkişafına həsr etmiş, tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyevin XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təşkilatçısı olduğunu deyib.

A.Rəhimzadə diqqətə çatdırıb ki, Heydər Əliyevin dünya siyasət xəzinəsinə daxil olmuş altmış illik titanik fəaliyyəti Azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı müstəqil dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynayıb. Heydər Əliyev bu gün də yaşayır, gələcəkdə də yaşayacaq. Dahi rəhbərin ideyalarına həmişə sadiq olan xalqımız, eləcə də Ordumuzun şəxsi heyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha xoşbəxt, firavan gələcəyə doğru inamla irəliləyəcək.

Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Rəşad Kərimov Ulu Öndərimizin əbədiyyətə qovuşduğu 15 il ərzində Ümummilli Liderimizin xatirəsinin həmişə əziz tutulduğunu, həm ölkəmizdə, həm də Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda adının əbədiləşdirildiyini qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli Sərəncamı əsasında yaradılan Heydər Əliyev Mərkəzi memarlıq üslubuna görə nadir mədəniyyət ocağıdır. Mərkəzdə xalqımızın böyük oğlu Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli iş aparılır. Burada fəaliyyət göstərən “Azərbaycan inciləri”, “Mini Azərbaycan”, “Azərbaycana xoş gəlmisiniz” və digər sərgi zallarını, xüsusən də zəngin Heydər Əliyev muzeyini hər il yüz minlərlə yerli və əcnəbi vətəndaş ziyarət edir. Burada həm respublika, həm də beynəlxalq əhəmiyyətli mötəbər tədbirlər həyata keçirilir. Dizayn və tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən Heydər Əliyev muzeyində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri əks etdirilir. Burada Heydər Əliyevin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik dövründə həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir, Ümummilli Liderin şəxsi əşyaları tamaşaçıların böyük marağına səbəb olur.

Rəşad Kərimov diqqətə çatdırıb ki, Müdafiə Nazirliyinin təşkil etdiyi xatirə tədbirləri aylığı çərçivəsində Heydər Əliyev Mərkəzinin də qapıları Azərbaycan Ordusunun şəxsi heyətinin üzünə həmişəki kimi açıq olacaq və hərbi qulluqçular burada Ümummilli Liderimizin zəngin irsini daha yaxından mənimsəmək imkanı əldə edəcəklər.

Ulu Öndərimizin hələ ötən əsrin 70-ci illərində Azərbaycanın gələcəkdə müstəqilliyini bərpa edəcəyini öncədən duyaraq uzaqgörənliklə yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk kursantlarından və məktəbin ilk bayraqdarı olmuş ehtiyatda olan polkovnik, Azərbaycanın Vətən müharibəsi veteranı Şair Ramaldanov Ulu Öndərlə ilk görüşlərini xatırlayıb və Ordumuzun tarixinə şanlı səhifə kimi yazılmış Horadiz əməliyyatından danışıb. O deyib ki, 1993-cü il noyabrın 2-də Ulu Öndərimizin televiziya və radio vasitəsilə xalqa müraciəti ordu quruculuğunda yeni mərhələnin başlanğıcını qoydu. Əsl Azərbaycan Ordusu məhz bu müraciətdən sonra yaranmağa, formalaşmağa, qüdrətlənməyə başladı. Azərbaycan Silahlı Qüvvələri Füzuli, Tərtər, Ağdam istiqamətlərində bu vaxtadək görünməmiş qəhrəmanlıqlar nümayiş etdirdi. Ali Baş Komandanın ön səngərlərə səfərləri, döyüşçülərlə görüşləri, onların problem və qayğıları ilə yerindəcə tanış olması öz bəhrəsini verdi. Ulu Öndərin xeyir-duası ilə işğal edilmiş əraziləri düşmən tapdağından azad etmək üçün üzərində “Heydər Əliyev uğrunda irəli!” sözləri yazılmış zirehli texnikalarla hücuma keçdik. 1993-cü il dekabrın sonu və 1994-cü ilin ilk yanvar günlərində Ali Baş Komandan Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı uğurla nəticələndi. Horadizdə və işğaldan azad edilən digər yaşayış məntəqələrində həyat yenidən canlanmağa başladı, infrastruktur yaradıldı, qaçqınlar, köçkünlər yurd-yuvalarına qayıtdılar. Son 15 il ərzində isə Prezident İlham Əliyevin Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirməsi 22 ildən sonra Aprel zəfərinin qazanılmasına zəmin yaratdı. Aprel döyüşləri Horadiz zəfərinin davamıdır və əminik ki, işğal altında olan digər torpaqlarımız da tezliklə azad olunacaq, Azərbaycanımızın ərazi bütövlüyü təmin ediləcək.

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə bir qrup veteran çıxışlarında Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, dahi rəhbərin veteran hərəkatına göstərdiyi diqqət və qayğını minnətdarlıqla yada salıblar. Onlar veteranları “Azərbaycanın qızıl fondu” adlandıran Heydər Əliyevin Vətənimizin, xalqımızın, dövlətimizin xilaskarı olduğunu diqqətə çatdırıblar.

Xalq artistləri Niyaməddin Musayev, Zaur Rzayev, Samir Cəfərov və başqaları Ulu Öndərə həsr olunan, eləcə də dahi şəxsiyyətin sevdiyi mahnıları böyük coşqu ilə ifa ediblər.

“Heydər Əliyev ideyalarına sadiqik” xatirə tədbirləri aylığının açılışına həsr olunmuş təntənəli mərasim xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı Cəmşid Naxcıvanski adına Hərbi Liseyin kursantlarının 2003-cü il aprelin 19-da Ulu Öndərin qarşısında ilk dəfə ifa etdikləri “Naxçıvanskilər marşı”nın (sözləri A.Qurbaninin, musiqisi H.Mirməmmədlinindir) oxunması ilə başa çatıb.

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə HƏ dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 15:28
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17
“Alman faşizminə qalib gələn xalqımızın erməni faşizminə də qalib gələcəyinə əminəm” - 14 / 02 / 2019 12:04