Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir
A A A
12/10/2018
Oxunma sayısı : 4427

|

10 dekabr 2018-ci il tarixində Respublika Veteranlar Təşkilatının Mərkəzi Aparatı əməkdaşlarının, veteranların və ziyalıların iştirak etdiyi anım mərasimi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti və abidə önünə Respublika Veteranlar Təşkilatı adından əklil qoyulması ilə başlandı. Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyanında Əbədi Məşəl kompleksi önünə əklil qoyuldu, Şəhidlərin xatirəsi anıldı.

Anım mərasimi Respublika Veteranlar Təşkilatının inzibati binasının akt zalıda davam etdirilidi. Tədbiri giriş sözü ilə Təşkilkatın sədri, general polkovnik Tofiq Ağahüseynov açdı. Ulu Öndərin və Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda  canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tofiq Ağahüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün əvəzsiz xidmətlərindən söhbət açaraq dedı: “Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq mühüm tarixi  bir dövrü məhz Azərbaycan xalqının ümumilli lideri, ulu öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini  zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur.

Azərbaycanın 1969-cu ildən sonrakı dövrü tarixə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. 1969-1982-ci illərdə  ictimai həyatın  bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir”.

T.Ağahüseynov həmçinin ulu öndərlə bağlı xatirələrini bölüşdü. Onun üçün vətənin və xalqın ən ali məqam olduğunu bildirdi.

Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov çıxışında ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolundan, onun Azərbaycan xalqı qarşısındakı tükənməz xidmətindən danışdı. Cəlil Xəlilov: “Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Heydər Əliyev bu dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.

Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini öz xilaskarına etibar edib. Xalqının təkidli dəvətini qəbul edən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi yazılıb”.

Daha sonra çıxış edən veteranlar ulu öndər Heydər Əliyevin gördüyü işlərdən danışıb, eləcə də, ümümmilli liderlə bağlı xatirələrini bölüşüblər. Veteranlar ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın qazandığı böyük nailiyyətlərdən qürur duyduqlarını bildiriblər.

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Sağlamlığa Xidmət”in fəaliyyəti Avropa Koalisiyası tərəfindən ƏN YAXŞI LAYİHƏ adına layiq görülüb - 21 / 02 / 2019 20:03
“Mənəvi dəyərlərimiz gələcəyimizdir” adlı konfrans keçirilib - 21 / 02 / 2019 19:38
Tələbələr arasında “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində seçim turları davam edir - 21 / 02 / 2019 19:35
İpək Yoluna Dəstək Qrupunun toplansında mühüm qərarlar qəbul edilib - 21 / 02 / 2019 19:27
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peyntbol yarışı təşkil olunub - 21 / 02 / 2019 19:27
İsgəndərlinin indi söydüyü şəxsə türmədən şok məktubu - Video - 21 / 02 / 2019 19:20
Dini azadlıq, yoxsa dini təxribat komissiyası? - 20 / 02 / 2019 18:23
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - 20 / 02 / 2019 16:12
"Yardımlı rayonu Porsova kəndində tibb məntəqəsinin tikintisi" layihəsinin imzalama mərasimi keçirilib - 20 / 02 / 2019 16:01
Masallıda Region Gəncləri arasında Biznes Plan Çempionatı keçirilib - 20 / 02 / 2019 14:53
Aqrar inkişaf könüllüləri aqrar jurnalistika ilə bağli layihənin icrasina başlayib - 20 / 02 / 2019 14:43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QHT-ləri müsabiqəyə dəvət edir - 20 / 02 / 2019 14:38
"Səssizliyin Səsi Olaq" layihəsi Gəncə Dövlət Universitetində təqdim olunub - 20 / 02 / 2019 14:33
QHT FIFA-ya müraciət edib: "Xankəndində Avropa Kubokunun keçirilməsi qanunsuzdur - 20 / 02 / 2019 14:22
“Xocalı Şikəstəsi” adlı kitabının təqdimat mərasimi keçiriləcək - 20 / 02 / 2019 14:13
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə YOX dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 17:29
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16