“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub
A A A
12/10/2018
Oxunma sayısı : 4464

|

Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun  “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” adlı kitabının təqdimatı olub. Kitabın elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovdur.


Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov əsas prioritetləri ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan və bu gün Prezident İlham Əliyevin siyasi iradəsi ilə balanslaşdırılan enerji siyasətinin uğurlarını qeyd edib. O, “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının Xəzərin hüquqi statusunun müəyyən olunduğu bir vaxtda ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb.

Akademik bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan balanslaşdırılmış enerji siyasəti kursunun həm də enerji təhlükəsizliyi baxımından təhlili məsələləri, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar prosesi, xəzəryanı dövlətlərin münasibətləri, əldə edilən nəticələrin təhlili tədqiqatın başlıca məqsəd və vəzifələri sırasındadır. Elmi-praktiki əhəmiyyətə malik yeni nəşrdə xəzəryanı ölkələrin regional maraqlarının analitik təhlili aparılıb.

Kitabın rəyçilərindən olan Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib ki, elmi-tədqiqat əsərində enerji resurslarının mühüm siyasi çəkiyə malik olduğu göstərilib. Bir zamanlar fövqəldövlət anlayışı nüvə silahına sahib olmaqla müəyyənləşdirilirdi. Bu gün isə bu, enerji resurslarına malik olmaqla təyin olunur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynadığını deyən E.Nəsirov vurğulayıb ki, ölkəmiz köhnə qitə üçün enerji mənbəyidir. Azərbaycanın bu cür önəmli yerə sahib olması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu regional enerji siyasəti ilə bağlıdır. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Xəzər dənizində sülh və əmin-amanlığı möhkəmləndirib.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu gün enerji təhlükəsizliyinin mühüm önəm daşıdığını bildirib. O qeyd edib ki, müəllif kitabda enerji təhlükəsizliyi məsələləri ilə bağlı ayrı-ayrı dövlətlərin enerji siyasətini təhlil edib, problemin nəzəri və təcrübi aspektlərinə xüsusi yer ayırıb. Kitabda dünyada baş verən münaqişələr kontekstində Xəzərin statusu ilə əlaqədar Xəzəryanı dövlətlər arasında əldə edilmiş konsensusun beynəlxalq hüquqi və politoloji əhəmiyyəti uğurla tədqiq edilib, hövzə dövlətləri arasında Azərbaycanın potensial imkanları və onun üstün cəhətləri sistemli şəkildə müqayisə olunub.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib ki, kitabda Xəzər ətrafında gedən siyasi proseslər düzgün təhlil olunub. “Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün strategiyanın nəticəsidir ki, ölkəmiz bu gün müstəqil siyasətə və iqtisadiyyata malikdir”, - deyən komitə sədri Azərbaycanın XXI əsrdə enerji və enerji təhlükəsizliyi məsələləri istiqamətində ən sabit ölkə olacağını, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan böyük layihələrin həm də regionu sabitlik diyarına çevirəcəyini bildirib.

Daha sonra filologiya üzrə elmlər doktoru Rövşən Məmmədov, “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, siyasi elmlər üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov çıxış edərək “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının aktuallığından danışıb, onun geniş oxucu kütləsi, eləcə də ekspertlər üçün vacib əhəmiyyət daşıdığını bildiriblər.

Sonda çıxış edən müəllif Rufiz Qonaqov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, kitab haqqında ətraflı məlumat verib.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Sağlamlığa Xidmət”in fəaliyyəti Avropa Koalisiyası tərəfindən ƏN YAXŞI LAYİHƏ adına layiq görülüb - 21 / 02 / 2019 20:03
“Mənəvi dəyərlərimiz gələcəyimizdir” adlı konfrans keçirilib - 21 / 02 / 2019 19:38
Tələbələr arasında “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində seçim turları davam edir - 21 / 02 / 2019 19:35
İpək Yoluna Dəstək Qrupunun toplansında mühüm qərarlar qəbul edilib - 21 / 02 / 2019 19:27
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peyntbol yarışı təşkil olunub - 21 / 02 / 2019 19:27
İsgəndərlinin indi söydüyü şəxsə türmədən şok məktubu - Video - 21 / 02 / 2019 19:20
Dini azadlıq, yoxsa dini təxribat komissiyası? - 20 / 02 / 2019 18:23
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - 20 / 02 / 2019 16:12
"Yardımlı rayonu Porsova kəndində tibb məntəqəsinin tikintisi" layihəsinin imzalama mərasimi keçirilib - 20 / 02 / 2019 16:01
Masallıda Region Gəncləri arasında Biznes Plan Çempionatı keçirilib - 20 / 02 / 2019 14:53
Aqrar inkişaf könüllüləri aqrar jurnalistika ilə bağli layihənin icrasina başlayib - 20 / 02 / 2019 14:43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QHT-ləri müsabiqəyə dəvət edir - 20 / 02 / 2019 14:38
"Səssizliyin Səsi Olaq" layihəsi Gəncə Dövlət Universitetində təqdim olunub - 20 / 02 / 2019 14:33
QHT FIFA-ya müraciət edib: "Xankəndində Avropa Kubokunun keçirilməsi qanunsuzdur - 20 / 02 / 2019 14:22
“Xocalı Şikəstəsi” adlı kitabının təqdimat mərasimi keçiriləcək - 20 / 02 / 2019 14:13
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə YOX dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 17:29
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16