İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib
A A A
12/10/2018
Oxunma sayısı : 4098

|

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə 10 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İstanbul Universitetində konfrans və“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi“İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasınınnümayişi keçirilib. 

Tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Təqdimat mərasimində Azərbaycan Milli Məclisinin deputatı Şahin İsmayılov, “Virtual Qarabağ” İnformasiya – Kommunukasiya Trxnologiyaları Mərkəzinin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikasının Türkiyə Respublikasınnın İstanbul şəhərindəki vitse-konsulu Ramin Hacızadə, sənədli filmin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, “İslahatçı Gənclər” ictimai Birliyinin sədri Fərid Şahbazlı, İstanbul Universiteti Tarix Bölümü Başqan Yardımçısı Prof. Dr. Fatih Sancaktar, İstanbul Universiteti Tarix Bölümü Öyrətim Üyəsi Prof. Dr. Hilal Bal və başqaları iştirak ediblər.

İstanbul Universitesi Edebiyat Fakültesi Kurul salonunda baş tutan nümayiş öncəsində çıxış edən İstanbul Universiteti Tarix Bölümü Başqan Yardımçısı, Prof. Dr. Fatih Sancaktar Türkiyə və Azərbaycanın qardaşlığının sarsılmaz olduğunu, Ermənistanın soyqırım iddialarına və Azərbaycana hərbi təcavüzünə qarşı Türkiyə və Azərbaycanın birgə fəaliyyətlərin əhəmiyyətini vurğulayıb.  Natiq “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin ermənilərin uzun illər yaydıqları yalanları ifşa etdiyini, tarixi həqiqətlərin çatdırılmasında önəmli rol oynayacağənı qeyd edib.

Azərbaycan Milli Məclisinin deputatı Şahin İsmayılov çıxışında Türkiyə və Azərbaycan arasında qardaşlıq bağlarının çox əsrlik tarixi olduğunu bildirib.Ş.İsmayıov vurğulayıb ki, iki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin inkişaf etməsi hər iki xalqın və dövlətin diqqət mərkəzindədi.
Millət vəkili həmçinin erməni yalanlarının bütün dünyada ifşa edilməsi istiqamətində hər iki ölkənin müvafiq qurumlarının, ictimaiyyət nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının və gənclər təşkilatlarının səylərini birləşdirməli olduğunu diqqətə çatdırıb.

“Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları mərkəzinin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev100 il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqına bəxş etdiyi dəyərləri, təqdim olunan “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin məzmunu və xüsusiyyətləri haqqında İstanbul Universiteti müəllim, professor və tələbə heyətinə ətraflı məlumat verib.Bildirib ki, Azərbaycan, ingilis, rus, türk dillərində istehsal olunan “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filmi erməni yalanlarını ifşa etmək, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması, bu şəhərin türk – müsəlman irsinin tamamilə məhv edilməsi  haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.

İstanbul Universiteti Tarix Bölümü Öğretim Üyesi Prof. Dr. Halil Bal daçıxışında uzun illərdən bəri Ermənistan rəsmi dairələrinin və diaspora təşkilatlarının dünya ictimaiyyətini aldatdıqlarını bildirərək, bu cür hallara qarşı birgə mübarizənin zəruriliyini önə sürüb.

Sənədli filmin senari müəllifi,  tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadeyib ki, bu gün İrəvanda bir məsciddən savayı, yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb, Ermənistan rəhbərliyi tərəfindən yer üzündən silinib. İrəvandan Azərbaycan türklərinin köçürülməsi, ermənilərin işğalçılıq siyasəti haqqında izləyicilərə ətraflı məlumat verdi.

Sonra “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filmi türk dilində nümayiş olunub. Sənədli film İstanbul Universiteti tələbələri, professor, müəllim heyəti tərəfindən maraqla qarşılanıb.Filmdə İrəvan şəhərinin salınması, şəhərdə türk – müsəlman hakimiyyəti, İrəvan qalası, məscidləri, meydanları, karvansaraları, ticarət köşkləri, hamamları, bağları, İrəvanın Çar Rusiyası tərəfindən işğalı və demoqrafik vəziyyəti, İrəvanda Azərbaycan türklərinin mədəni irsinin məhv edilməsi, İrəvandan Azərbaycan türklərinin köçürülməsi, müasir İrəvanda Azərbaycan mədəni irsi haqqında tutarlı tarixi faktlar və təsvirlərlə bəhs edilir. 
Film türk dililə yanaşı, Azərbaycan, ingilis və rus dillərində istehsal olunaraq nümayiş etdirilib. Filmin ərsəyə gəlməsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə əməkdaşlıq olunub.

Filmin ideya müəllifi və layihənin rəhbəri Nurəddin Mehdiyev, baş məsləhətçiAMEA  A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA- nın həqiqi üzvü Yaqub Mahmudov, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, qurluşçu rejissoru Teymur Nəcəfzadədir. 

Xatırladırıq ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011 – ci il tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015 – ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılmışdır. Mərkəz Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu günə qədər Qarabağa və tarixi torpaqlarımıza dair maraqlı məhsullarla çıxış etməkdədəir.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10