Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib
A A A
12/11/2018
Oxunma sayısı : 3730

|

11 dekabr 2018-ci ildə Respublik Veteranlar Təşkilatının inzibati binasında Respublik Veteranlar Təşkilatının VIII Plenumu  keçirilmişdir.

Tədbir iştitakçıları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlanmışdır.

VIII Plenumu giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov açmışdır. Plenumda RVT Rəyasət Hüyətinin üzvləri, Mərkəzi Aparatın işçiləri, şəhər və rayon veteran təşkilatlarının sədrləri, İkinci dünya, Əfqanıstan, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranları olmaqla ___ nəfər üzvdən ___ nəfəri Plenumda iştirak etmişdir.

Çıxışlardan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, eləcə də Təşkilatın ötən plenumdan sonra dünyasını dəyişmiş Rəyasət Heyəti üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Təşkilatın 2018-ci il ərzindəki fəaliyyəti ilə bağlı məruzə ilə çıxış etmişdir. O demişdir: “Bu il bütün Azərbaycan, eləcə də Respublika Veteranlar Təşkilatı üçün sözün tam mənasında uğurlu il olmuşdur. Biz cari ildə çoxsaylı və mühüm tədbirlər keçirmiş, veteran hərakatının yüksəlişi, gənclərin vətənpərvərlik tərbiyəsi, veteranların sosial müdafiəsinin gücləndirilməsi, onların ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakı istiqamətində uğurlu fəaliyyət göstərmişik.

Əlbəttə, bütün bunlar da, ümumən Azərbaycanda veteranlarla bağlı dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin mühüm rolu vardır. Hər il İkinci dünya müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın həcminin artırılması, eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzalanan fərman və sərəncamlar bu qayğının bariz təzahürləridir. Respublika Veteranlar Təşkilatı göstərilən qayğını yüksək qiymətləndirir və ona layiqincə cavab vermək üçün fəaliyyətinin səmərəliliyini ildən-ilə artırır.

2018-ci ildə Təşkilat tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin, Silahlı Qüvvələrin yaradılmasının, Bakının daşnak-bolşevik qaragüruhundan azad olunmasının, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illik, ümummilli lider Heydər Əliyevin 95 illik yubileylərinin keçirilməsi planlaşdırılmışdı. Bu yubileylərin hamısı həqiqətən də, yüksək səviyyədə keçirilmiş, ictimaiyyətdə böyük rezonans doğurmuşdur. Bu tədbirlərin nəinki ölkə, beynəlxalq səviyyədə keçirilməsi üçün də işlər görülmüşdür. RVT Rəyasət Heyətinin üzvləri Türkiyənin Əksişəhər şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak etmişlər.

Veteranlarımız 2018-ci il aprel ayının ölkədə keçirilən Prezident seçkilərində fəal iştirak etmiş və özlərinin layiqli namizdləri hesab etdikləri cənab İlham Əliyevi bir nəfər kimi dəstəkləmişlər.

İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 73 illiyi əlaqədar həm Mərkəzi Aparatda, həm də yerlərdə tədbirlər keçirilmiş, veteranlarla dövlət orqanlarında, ictimai təşkilatlarda, xüsusilə ali və orta təhsil ocaqlarında silsilə görüşlər baş tutmuşdur.  Mayın 9-da faşizm üzərində Qələbənin bayram edilməsi günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev veteranlarla görüşmüş, veteranlara dövlət başçısının adından böyük ziyafət verilmiş, onların qaldırdıqları məsələlər həllini tapmışdır.

9 mayda Respublika Veteranlar Təşkilatında Müdafiə Nazirliyinin köməyi ilə 80 nəfər veterana xidmət üçün səyyar mətbəx qurulmuş və veteranlar Hərbi orkestrin ifa etdiyi müharibə vətən, qələbə, sevgi haqqında mahnıların sədaları altında bayram tədbiri keçirmişlər. Qələbənin 73-cü ildönümündə “Azərbaycan Veteranı” qəzetinin xüsusi nömrəsi buraxılmışdır. Yeri gəlmişkən, “Azərbaycan Veteranı” qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin 100 illik yubileylərinə də xüsusi buraxılış həsr etmişdir.

Hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, yeni nəslin Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları məqsədi ilə keçirilən tədbirlər ölkənin bütün rayon və şəhərlərini əhatə etmişdir. Bu tədbirlərdə Təşkilatın rəhbərliyi və əməkdaşları, rayon veteran təşkilatlarının sədrləri, tədbirin təşkil oluduğu ərazidə yaşayan fəal veteranlar, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ümumiyyətlə, tədbirlərimiz həm coğrafiya, həm də mövzu və auditoriya baxımından kifayət qədər geniş və zəngin olmuşdur.

16 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatının təşkilatçılığı ilə DTX-nın Şəhriyar adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyi keçirilmişdir. 17 oktyabr 2018-ci ildə isə 30 illik yubileyi çərçivəsində  Bakı şəhərində, “Park-İnn” hotelində dünyanın 17 ölkəsindən yüksək səviyyəli qonaqların, o cümlədən Dünya Veteranları Federasiyasının prezidenti, cənab Dan-Viggo Bergtunun, Azərbaycan Respublikasının dövlət orqanları, Parlament üzvləri, akademik və hərbi dairələri, ictimai təşkilatlarının, veteranların iştirakı ilə “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq konfransın iştirakçılarının Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Sahil Babyevlə və Müdafiə Nazirliyində rəsmi görüşləri baş tutmuşdur.

İl ərzində RVT-yə veteran və veteran ailələri nümayəndələrindən rəsmi surətdə 200-dən çox məktub, ərizə və müraciətlər daxil olmuşdur. Həmin məktub, ərizə və müraciətlər əsasında veteranların sosial-hüquqi müdafiəsinin təmin olunması, problemlərinin həlli məqsədi ilə 120 veteran barəsində müxtəlif dövlət orqanlarına rəsmi məktublar, sorğular göndərilmişdir. Həmin məktubların məzmununa gəlincə, bu mənzillə, işlə təminat, mənzil təmiri, xüsusi avtomaşın alınmasından başlamış, şəhid statusunun  bərpası, pensiyaların yenidən hesablanması, müharibə veteranı vəsiqəsinin verilməsi, mükafatlandırılma, borcun siliməsi, məhkəmə qərarlarının icrasına qədər ən müxtəlif sahələri əhatə etmişdir.

Eləcə də, il ərzində telefon vasitəsi ilə 120-yə yaxın müxtəlif zümrədən olan veteranın müraciət və xahişi araşdırılmış, zəruri hallarda onlar Təşkilatda qəbul edilmişlər. 100 nəfərdən artıq veterana hüquqi yardım göstərilmişdir. Həmçinin, maddi yardım edilməsi barədə müxtəlif dövlət orqanlarına müraciət etmiş 60 veteran barəsində həmin orqanlara məlumat verilmiş, itkin düşmüş müharibə iştirakçılarının axtarışı ilə məşğül olunmuşdur.

Əlillik dərəcəsi olan müharibə veteranlarıları fərdi minik avtomaşını ilə təmin edilib. Veteranlar ildə bir dəfə hərtərəfli tibbi müayinədən keçirilir. Bu il Müxtəlif kateqoriyadan olan 3400 nəfər veteran Mərdəkanda fəaliyyət göstərən Veteranlar Xəstəxanasında müalicə almışdır. Son üç ildə və cari il ərzində respublika Protez Ortopedik Bərpa Mərkəzi tərəfindən 1460 nəfər müharibə əlilinə protez ortopedik məlumat və realibitasiya vasitələri, o cümlədən 144 ədəd əlil arabası verilib. Ancaq təəssüf ki, veteranların sanatoriya-kurort-putyovkası ilə təmin edilməsi sahəsində vəziyyət ürəkaçan deyil. 2018-ci il ərzində 15 nəfər veteran sanatoriya-kurort-putyovkası ilə təmin edilibdir.

İş qabiliyyəti olan, işləmək istəyən veteranların iş yerləri ilə təmin edilməsi, qanunla veteran statusu almalı olan vətəndaşların müraciətrlərinin müsbət həll edilməsi üçün müvafiq orqanlar qarşısında vəsadətlərin qaldırılması istiqamətində də iş aparılmışdır. Ümumiyyətlə, ardıcıl sosial siyasət və veteranların həyat tərzini yaxşılaşdıran ehtibarlı sosial müdafiə tədbirləri təkcə Bakı şəhərini deyil, respublikanın bütün yaşayış məntəqələrini əhatə edir.

Respublika Veteranları Təşkilatı işin təkmilləşdirilməsi, yeni keyfiyyət səviyyəsinə qaldırılması mümkün olmuşdur. Şirvan şəhərində, Goranboy, Akstafa Saatlı, İmişli, Beyləqan, Fizuli rayonlarının veteran təşkilatlarında 2018-ci il üzrə illik planın icra vəziyyəti öyrənilmiş və həmin təşkilatlara metodiki  köməklik göstərilmişdir. Şəki və Lənkəran şəhərlərində RVT sədri tərəfindən həmin zonalar üzrə veteran təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilmiş, yerli təşkilatlara fəaliyyətin daha da genişləndirilməsi ilə bağlı tövsiyələr verilmişdir. RVT nümayəndələri veteranların vəziyyəti ilə tanış olmaq və onlara münasib köməklik göstərmək üçün bu il ölkənin 20-dən çox rayonuna ezam olunmuşlar. Həmçinin, Respublika Veteranlar Təşkilatının rəhbər işçiləri avqust-dekabr aylarında cəbhə bölgəsinə səfər edərək Tərtər, Ağdam, Horadiz, Şəmkir istiqamətlərində N saylı hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirmişlər. Eləcə də, 2018-ci ildə Respublika Hərbi Prokurorluğu ilə birgə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti arasında hüquq qaydalarının qorunması, hərbi nizam-intizamın möhkəmləndirilməsi və hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində müvafiq Tədbirlər Planına uyğun olaraq nümayəndələrmiz əsasən cəbhə zonalarında yerləşən hərbi hissələrdə şəxsi heyət qarşısında müxtəlif mövzularda çıxışlar etmişlər. Belə görüşlərin xüsusilə gənc zabit və əsgərlərimiz üçün böyük təcrübi və mənəvi əhəmiyyəti var. Təhsil Nazirliyinin Bakı şəhər idarəsi ilə imzalanmış Tədbirlər Planınmız da uğurla icra edilmişdir.

Təşkilatın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə xüsusilə MDB dövlətlərinin veteran təşkilatları ilə iş gücləndirilmişdir. MDB dövlələri ilə əməkdaşlıq çərçivəsində bir sıra ölkələrdə, eləcə də Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə 31 may 2018-ci il tarixdə Cenevrə şəhərində Beynəlxalq Sülh Əsgərləri Assosiyasının təşkil etdiyi "Beynəlxalq Sülh Əsgərləri günü" tədbirində iştirak edilmişdir. Həmin tədbirlərdə diqqət Azərbaycanın sülh siyasətinə baxmayaraq, 20 faiz torpaqlarımızın bu gün də Ermənistanın işğalı altında olmasına, Ermənistanın təcavüzkarlıq siyasətini bu gün də açıq və arxayın şəkildə davam etdirməsinə, İkinci dünya müharibəsinin tarixini məqsədli şəkildə saxtalaşdırmasına və s. yönəldilmişdir.

Hesabat dövründə Təşkilatın orqanı olan “Azərbaycan Veteranı” qəzetinin 23 sayı dərc olunmuş, Təşkilatın “veteran.gov.az” saytının imkanlarından təbliğati işin qurulmasında daha səmərəli istifadə edilmişdir. Tədbirlərimiz və ölkə ictimaiyyətinin Vətən müdafiəçilərinə olan münasibəti haqqında ölkə KİV-lərində, dövlət və müstəqil informasiya agentliklərində geniş məlumatlar verilmiş, “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “525-ci qəzet” və s. qəzetlərdə, AzərTAC, “İnterfaks”, “The first New” məlumat agentliklərində, Azərbaycan TV, İctimai TV, Lider TV, “XəzərTV”, ATV-də, “Mir” tv-də təbliğat işi aparılmışdır. Eləcə də, əməkdaşlarımız “Azərbaycan”, “Respublika”, “525-ci qəzet”, “Novoe vremya”, “Bakinskiy raboçi” və s. qəzetlərdə məqalələrlə çıxış etmiş, müxtəlif televiziyaların hazırladığı verilişlərdə iştirak etmişlər.

Sonra Respublika Veteranlar Təşkilatının illik fəaliyyəti bağlı məsələlərlə əlaqədar, məruzə ətrafında çıxışlara başlanılmış, ilk söz  verilmişdir :

Prezident Aparatının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Naxçıvan Muxtar Respublikasının veteranlar təşkilatının sədri Firudin Süleymanov, Şəki şəhər veteranlar təşkilatının sədri Müstafa Əhmədov, Gəncə şəhər veteranlar təşkilatının sədri Yusif Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının professoru Bəhram Zahidov, Təşkilatın Nəzarət-Təvtiş Komissiyasının sədri Salman Babayev çıxış etmiş, Respublika Veteranlar Təşkilatının illik fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.

Sonra gündəliyin 2-ci məsələsi, RVT-nin 2019-cu ilə aid fəaliyyət planı barədə Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov qısaca məlumat çatdırmış, onun təsqdi olunması ilə bağlı təkliflər səsləndirilmişdir. Plan bəzi təkliflər nəzərə alınmaqla  qəbul olunmuşdur.

Plenum işini başa çatdırmışdır.

 

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Sağlamlığa Xidmət”in fəaliyyəti Avropa Koalisiyası tərəfindən ƏN YAXŞI LAYİHƏ adına layiq görülüb - 21 / 02 / 2019 20:03
“Mənəvi dəyərlərimiz gələcəyimizdir” adlı konfrans keçirilib - 21 / 02 / 2019 19:38
Tələbələr arasında “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində seçim turları davam edir - 21 / 02 / 2019 19:35
İpək Yoluna Dəstək Qrupunun toplansında mühüm qərarlar qəbul edilib - 21 / 02 / 2019 19:27
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peyntbol yarışı təşkil olunub - 21 / 02 / 2019 19:27
İsgəndərlinin indi söydüyü şəxsə türmədən şok məktubu - Video - 21 / 02 / 2019 19:20
Dini azadlıq, yoxsa dini təxribat komissiyası? - 20 / 02 / 2019 18:23
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - 20 / 02 / 2019 16:12
"Yardımlı rayonu Porsova kəndində tibb məntəqəsinin tikintisi" layihəsinin imzalama mərasimi keçirilib - 20 / 02 / 2019 16:01
Masallıda Region Gəncləri arasında Biznes Plan Çempionatı keçirilib - 20 / 02 / 2019 14:53
Aqrar inkişaf könüllüləri aqrar jurnalistika ilə bağli layihənin icrasina başlayib - 20 / 02 / 2019 14:43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QHT-ləri müsabiqəyə dəvət edir - 20 / 02 / 2019 14:38
"Səssizliyin Səsi Olaq" layihəsi Gəncə Dövlət Universitetində təqdim olunub - 20 / 02 / 2019 14:33
QHT FIFA-ya müraciət edib: "Xankəndində Avropa Kubokunun keçirilməsi qanunsuzdur - 20 / 02 / 2019 14:22
“Xocalı Şikəstəsi” adlı kitabının təqdimat mərasimi keçiriləcək - 20 / 02 / 2019 14:13
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə YOX dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 17:29
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16