Azərbaycanda həyata keçirilən Vərəmlə Mübarizə layihəsinin nəticələrinə həsr olunmuş konfrans keçirilib
A A A
12/18/2018
Oxunma sayısı : 941

|


Bakıda Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin (ŞAMA) Vərəm proqramı (TB REP) çərçivəsində Azərbaycanda həyata keçirilən Vərəmlə Mübarizə layihəsinin nəticələrinə həsr olunmuş yekun konfrans keçirilib.

“Sağlamlığa Xidmət” İctimai Birliyinin təşkilatçılığ ilə keçirilən tədbirdə səhiyyə və ədliyyə nazirliklərinin, vərəmin profilaktikası və müalicəsi üzrə Azərbaycan QHT-lər Koalisiyasının nümayəndələri, vərəmlə mübarizə milli proqramının idarə heyətinin üzvləri, vərəm dispanserlərinin baş həkimləri, xarici ölkələrdən dəvət olunmuş ekspertlər, QHT-lərin təmsilçiləri iştirak ediblər.

Koalisiya üzvü, “Həyat” Humanitar Dəstək İB-nin proqram koordinatoru Zəminə Səfərova qonaqları salamlayaraq vərəmlə mübarizədə son illər görülən işlərdən danışıb.

“Sağlamlığa xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı tədbirdə çıxış edərək “TB REP” proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən vərəmlə mübarizə layihələri barədə məlumat verib. Konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, vərəmin səmərəli profilaktikası və müalicəsi məqsədilə səhiyyə sisteminin təkmilləşdirilməsinə yönəlmiş “TB REP” regional layihəsi 2016-cı ildə başlayaraq üç il müddətinə nəzərdə tutulub. Bildirilib ki, ötən dövr ərzində Azərbaycanın Şəmkir, Masallı, Xaçmaz, Tovuz rayonlarında, eləcə də Sumqayıtda, Bakıda vərəm haqqında biliklərin səviyyəsini artırmaq məqsədilə əhali arasında maarifləndirmə tədbirləri təşkil edilib. Bundan əlavə, vərəmin əlamətləri, ona yoluxma yolları barədə məlumat, habelə tibbi məsləhətlər və müvafiq müalicə alınmasına dair tövsiyələr toplanmış kitabçalar paylanıb.

Elçin Muxtarlı həmçinin rəhbərlik etdiyi təşkilatın Ədliyyə Nazirliyi ilə birgə icra etdiyi azadlığa buraxılmış məhkumların mülki sektorda izlənilməsi proqramının uğurlarından da bəhs edib. Məlumat verilib ki, bu günə qədər bu proqramdan 737 nəfər bəhrələnib, həmin insanların bir hisəsisi tam sağalaraq həyatlarına davam ediblər. Proqram respublikanın bölgələrini əhatə edir, tibb işçilərinin səyi və birgə əməyi sayəsində vərəmlə mübarizə işi bu gün də davam etdirilir.

Daha sonra təşkilatın və QHT koalisiyasnın vərəmlə mübarizə üzrə həyata keçirdiyi maarifləndirmə kampaniyalarını əks etdirən video-çarx nümayiş etdirilib.

Çıxış edən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin müalicə işi şöbəsinin müdiri Füzuli Hüseynov “Sağlamlığa Xidmət” İB ilə əməkdaşlığın nəticələrindən, əldə olunan uğurlardan danışıb.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnsitutunun direktor müavini İradə Axundova son illər aparılan müayinə və müalicə üsulları barədə qonaqlara məlumat verib, vərəmlə mübarizə Koalisiyasının vətəndaş cəmiyyəti olaraq nəaliyyətlərinin təqdirəlayiq olduğunu vurğulayıb.

Konfrasda iştirak edən və Türkiyədən dəvət olunmuş İstanbul tibb fakültəsi Ağciyər Xəstəlikləri və Tüberkulyoz üzrə kafedra müdiri, uzman həkim, professor, Türkiye Ulusal Verem Savaş Dernekleri Federasyonu Genel Başkanı Zəki Kılıcaslan Türkiyədə vərəmlə mübarizə təcrübəsindən danışıb. Maraqlı təqdimatla çıxış edən mütəxəsis məlumat verib ki, ötən əsrin əllinci illərinə qədər Türkiyədə də vərəmlə bağlı böyük problem olub. Amma 50-ci illərdən sonra ölkədə vərəmlə mübarizə yönündə ciddi təşkilatlanma yaranıb. Həm dövlət, həm də vətəndaş cəmiyyəti bu sahədə maarifləndirmə kampaniyalarını genişləndirib. Professorun sözlərinə görə, vərəmin yayılması bütün dünyada eyni səbəbdən baş verir:xəstəliyə gec müdaxilə və yarımçıq müalicə. Hazırda Türkiyənin vərəmlə mübarizə ilə bağlı ciddi və sistemli səhiyyə proqramları var ki, bu da xəstəliyin profilaktikasını üstün tutur. Natiq həm də rəhbəri olduğu Türkiyə Ulusal Vərəm Savaşı Dərnəkləri Federasiyasının işi barədə qonaqlara məlumat verib. Türkiyədə hazırda xəstəliyin daha çox qaçqınlar arasında hökm sürdüyünü vurğulayan Zəki Kılıcaslan vərəmlə mübarizədə Azərbaycana da dəstək verəcəklərini, təcrübə mübadiləsi üçün imkan yaradılacağını deyib.

Daha sonra çıxış edən QHT koalisiyası, səhiyyə işçiləri vərəmlə mübarizədə birgə işin vacibliyini qeyd ediblər.
Konfransın yekununda türkiyəli professora QHT Koalisiyası adından milli geyim dəstimiz və diplom təqdim olunub.
Tədbir vərəm stiqmasının aradan qaldırılmasına həsr olumuş “Qışın isti nəfəsi” adlı qısa bədii filmin nümayişi ilə sona çatıb.
Məlumat üçün qeyd edək ki, TB REP layihəsi İİV/QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi və vərəm əleyhinə QHT Koalisiyasının təşəbbüsü ilə həyata keçirilir. Regional layihənin məqsədi Şərqi Avropa və Mərkəzi Asiyada yerləşən 13 ölkədə həyata keçirilən tədbirləri dəstəkləməklə səhiyyə sistemində islahatların genişləndirilməsi və mövcud maneələrin aradan qaldırılması yolu ilə vərəmin profilaktikası və müalicəsi prosesini sürətləndirməkdir.


Sağlamlığa Xidmət ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Sağlamlığa Xidmət”in fəaliyyəti Avropa Koalisiyası tərəfindən ƏN YAXŞI LAYİHƏ adına layiq görülüb - 21 / 02 / 2019 20:03
“Mənəvi dəyərlərimiz gələcəyimizdir” adlı konfrans keçirilib - 21 / 02 / 2019 19:38
Tələbələr arasında “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində seçim turları davam edir - 21 / 02 / 2019 19:35
İpək Yoluna Dəstək Qrupunun toplansında mühüm qərarlar qəbul edilib - 21 / 02 / 2019 19:27
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peyntbol yarışı təşkil olunub - 21 / 02 / 2019 19:27
İsgəndərlinin indi söydüyü şəxsə türmədən şok məktubu - Video - 21 / 02 / 2019 19:20
Dini azadlıq, yoxsa dini təxribat komissiyası? - 20 / 02 / 2019 18:23
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - 20 / 02 / 2019 16:12
"Yardımlı rayonu Porsova kəndində tibb məntəqəsinin tikintisi" layihəsinin imzalama mərasimi keçirilib - 20 / 02 / 2019 16:01
Masallıda Region Gəncləri arasında Biznes Plan Çempionatı keçirilib - 20 / 02 / 2019 14:53
Aqrar inkişaf könüllüləri aqrar jurnalistika ilə bağli layihənin icrasina başlayib - 20 / 02 / 2019 14:43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QHT-ləri müsabiqəyə dəvət edir - 20 / 02 / 2019 14:38
"Səssizliyin Səsi Olaq" layihəsi Gəncə Dövlət Universitetində təqdim olunub - 20 / 02 / 2019 14:33
QHT FIFA-ya müraciət edib: "Xankəndində Avropa Kubokunun keçirilməsi qanunsuzdur - 20 / 02 / 2019 14:22
“Xocalı Şikəstəsi” adlı kitabının təqdimat mərasimi keçiriləcək - 20 / 02 / 2019 14:13
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə YOX dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 17:29
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16