Kəskinləşən Rusiya-Ermənistan münasibətləri, reallıqlar
A A A
12/25/2018
Oxunma sayısı : 1278
      Əkrəm Bəydəmirli

Bu gün Rusiya- Ermənistan münasibətlərinin gərginləşməsi davam etməkdədir. Belə ziddiyyətlərin  daha kəskin formaya düşməsi tamamilə  mümkündür. Bunu şərtləndirən kifayət qədər amilər var. Əslində  ermənilərin  öz ağalarının üzünə ağ olması faktı hər zaman olub. Ruslar  da öz növbəsində  siyasi və strateji  maraqlarını nəzərə alaraq ermənilərə göz yumublar. 

2015-ci ildə Rusiya partriarxı Kiril ermənilərlə bağlı çox maraqlı açıqlama vermişdi: “Kiril Moskva ərtafında yerləşən pravoslav məbədlərin mitropolitləri ilə görüşdə Rusiya imperiyasının tarixini xatırladıb. Rus parvoslav kilsəsinin rəhbəri toplantı iştirakçılarının diqqətini Ermənistanda baş verən son hadisələrə və bu ölkədə artan anti Rusiya əhval-ruhiyyəsinə çəkərək deyib: "Erməni dövlətinin yaranması anından başlayaraq biz pravoslav olmayan bu xalqı müdafiə edirik. Biz hər zaman Ermənistanı Rusiya dövlətinin bir hissəsi saymışıq və azsaylı katolik erməniləri göz bəbəyi kimi qorumuşuq. Bu cür mürəkkəb coğrafi şəraitdə bu dövlət Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə hər şeyin sürətlə dəyişməsinin və bizim etdiyimiz xeyirxahlığın bu cür həyasızcasına unudulmasının şahidiyik. Ermənilər bir şeyi unutmamalıdırlar ki, Rusiya olmadan onların bu torpaqlarda mövcudluğu qeyri mümkündür"

Daha sonra  bəzi rus politoloqları ermənilərlə bağlı  mütəmadi olaraq kəskin açıqlamalar verirdilər. Lakin  belə açıqlamalar  Ermənistana qarşı  ciddi addımların atılacağına,  münasibətlərin pozulacağına gətirib çıxarmırdı.

Bəs, bu gün nə baş verir ki, Rusiya Ermənistanı ciddi cəzalandırmaq istəyir?

 Ermənistanda baş verən hakimiyyət dəyişikliyi, anti Rusiya meylli  N. Paşıınyanın iqtidara gəlişi, parlamentdə hansı yolla olur-olsun səs çoxluğu əldə etməsi və nəhayət işğalçı ölkədə anti  Rusiya əhval ruhiyyəsinin bu qədər güclənməsi Şimal qonuşumuzu düşünməyə vadar edib. Hiss olunur ki, Rusiyanın rəsmi dairələri öz ağalarının üzünə ağ olmalarına görə, erməniləri heç cürə bağışlamaq istəmir.

Şimal qonşumuzun Ermənistanı öz quberniyası kimi görməsi və qəbul etməsi başa düşüləndi. Çünki bu, dövləti qədim türk torpaqlarında  vaxtılə Rusiya yaratmışdı. Rusiya partriarxı Kirilin təbirincə desək “Rusiya olmadan onların bu torpaqlarda mövcudluğu qeyri mümkündür".
Bəs, bu proseslər necə cərəyan edəcək? Doğudanmı Rusiya Ermənistanı  kəskin şəkildə cəzalandıracaq?

Rusiyanın  bütün iqtisadi rıçaqlarını işə salıb Ermənistana kəskin təzyiq  göstərəcəyi  fikri inandırıcı deyil. Çünki o zaman Ermənistan dövlət kimi tam çökə bilər. Bu isə Rusiyanın heçdə marağında deyil. Şimal qonşumuzun Cənubi Qafqazda yeganə forpostu və digər dövlətlərə təzyiq vasitəsi kimi istifadə etdiyi  Ermənistanı çökdürmək yox, onu nəzarətində yarım müstəqil vəziyyətdə saxlamaq istəyi var. Rusiyanın mütəmadi olaraq Ermənistanı nəzarətində saxlamaq üçün qulaqburması verəcəyi şübhəsizdir. Ola bilər müxtəlif vastələrlə Paşinyanı yola salıb öz adamını  rəhbərliyə gətirsin.

Qaldıki Avropa dövlətlərinin Ermənistanı Rusiyadan qoruyacağı fikri doğru deyil. Əslində Qərb dövlətlərinə Cənubi Qafqazda Rusiya-Ermənistan toqquşmasından daha çox nisbi sabitlik lazımdır. Bu gün Avropanın özünün yetərincə problemləri qabarmaqdadır. Belə məqamda gəlib Ermənistan kimi yarım müstəqil bir dövlətə görə, Rusiya ilə üz-üzə gəlmək Qərbin marağında deyil. 

 Bəzi avropalı siyasətçilərin müdafiə xarakterli növbətçi ermənipərəst bəyanatlarının səslənməsi gözləniləndir. Müxtəlif  sədəqələrin,  toplanmış pul vəsaitlərinin  ermənilərə  verilməsi mümkündür və bu baş verəcək. Lakin nəhəng şirkətlərin Ermənistana böyük sərmayələr yatıracağı  qeyri mümkündür.  Dünyada mövcud olan nüfuzlu, özünə hörmət qoyan şirkətlərin bu dövlətə böyük sərmayələr ayırması inandırıcı deyil. Çünki ağlı başında olan həmin şirkət sahibləri özlərini Ermənistanının tərəfdaşı kimi hiss etmirlər.

 Ermənistanın xilası yalnız Azərbaycanla və Türkiyə ilə normal iqtisadi əməkdaşlıq şəraitində mümkün ola bilər. Bu da o zaman mümkün olar  ki, ermənilər işğalçılıq siyasətindən, separatizmdən əl çəkib  normal qonşuluq münasibətləri qursunlar. İndiki vaxtda ermənidən belə  münasibəti gözləmək sadəlövlükldür. 

Deməli, biz bütün cəbhələrdə daha çox çalışmalıyıq. Qarabağda erməni özünü rahat hiss etməməlidir. İşğal olunmuş ərazilərə öz övladlarını göndərən erməni anaları düşünməlidirlər ki, öz övladlarını ölümə göndərirlər. Ermənilər işğalın   ağır nəticələrini  gündəlik ağırlaşan güzəranlarında  görməlidirlər. Nəhayət bizim hücüm diplomatiyamız hər  zaman öndə olmalıdır. 

Həmçinin Dağlıq Qarabağda məskən salan, dinc insanların həyatı üçün təhlükə törədən terrorçu qrupların zərərsisləşdirilməsi məqsədilə antiterror əməliyyatlarının həyata keçirilməsi üçün ciddi hüququ əsaslar yaranmaqdadır. Bu isə lokal müharibələri  qaçılmaz edir.
 

ŞƏRHLƏR
XƏBƏRLƏR
“Sağlamlığa Xidmət”in fəaliyyəti Avropa Koalisiyası tərəfindən ƏN YAXŞI LAYİHƏ adına layiq görülüb - 21 / 02 / 2019 20:03
“Mənəvi dəyərlərimiz gələcəyimizdir” adlı konfrans keçirilib - 21 / 02 / 2019 19:38
Tələbələr arasında “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində seçim turları davam edir - 21 / 02 / 2019 19:35
İpək Yoluna Dəstək Qrupunun toplansında mühüm qərarlar qəbul edilib - 21 / 02 / 2019 19:27
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peyntbol yarışı təşkil olunub - 21 / 02 / 2019 19:27
İsgəndərlinin indi söydüyü şəxsə türmədən şok məktubu - Video - 21 / 02 / 2019 19:20
Dini azadlıq, yoxsa dini təxribat komissiyası? - 20 / 02 / 2019 18:23
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - 20 / 02 / 2019 16:12
"Yardımlı rayonu Porsova kəndində tibb məntəqəsinin tikintisi" layihəsinin imzalama mərasimi keçirilib - 20 / 02 / 2019 16:01
Masallıda Region Gəncləri arasında Biznes Plan Çempionatı keçirilib - 20 / 02 / 2019 14:53
Aqrar inkişaf könüllüləri aqrar jurnalistika ilə bağli layihənin icrasina başlayib - 20 / 02 / 2019 14:43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QHT-ləri müsabiqəyə dəvət edir - 20 / 02 / 2019 14:38
"Səssizliyin Səsi Olaq" layihəsi Gəncə Dövlət Universitetində təqdim olunub - 20 / 02 / 2019 14:33
QHT FIFA-ya müraciət edib: "Xankəndində Avropa Kubokunun keçirilməsi qanunsuzdur - 20 / 02 / 2019 14:22
“Xocalı Şikəstəsi” adlı kitabının təqdimat mərasimi keçiriləcək - 20 / 02 / 2019 14:13
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə YOX dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 17:29
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16