Azərbaycan Açıq Hökumət Platforması ötən ilə yekun vurub -Yeni üzvlər qəbul edilib
A A A
01/04/2019
Oxunma sayısı : 533

Azərbaycan Açıq Hökumət Platforması 2018-ci ilin yekunlarını müzakirə edib,  2019-cu il üçün qarşıda duran vəzifələr və nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.  Platformaya yeni üzvlər qəbul edilib.

Bu barədə QHT.az-a qurumdan məlumat verilib.

Toplantıda Platformanın koordinatoru Əliməmməd Nuriyev 2018-ci ildə görülən işlər barədə məlumat verib. Gömrük orqanlarının fəaliyyətində, daşınmaz əmlakın  qeydiyyatı sahəsində şəffaflıq və hesabatlılıq məsələlərinə həsr olunan, Əmlak Məsələləri Dövlət Komitəsi  və Gömrük Komitəsi ilə birgə keçirilən tədbirləri xüsusi qeyd edən Ə.Nuriyev bildirib ki, bu təşəbbüslər ictimai iştirakçılığın genişlənməsinə töhfə verib. O, Hesablama Palatası ilə qurumun fəaliyyətini tənzimləyən yeni qanun layihəsinin ictimai müzakirəsinin keçirilməsini də əməkdaşlığın və tərəfdaşlığın müsbət nümunəsi kimi vurğulayıb. Ə.Nuriyev bu baxımdan Avropa İttifaqının dəstəklədiyi  və “Tərəqqi” Sosial Araşdırmalar İB tərəfindən icra olunan layihə çərçivəsində QHT-lərin üzləşdikləri çətinliklərin müzakirəsinə həsr olunan 4 dəyirmi masanın həm vətəndaş cəmiyyəti, həm də müvafiq dövlət qurumları üçün faydalı olduğunu bildirib.

Ə.Nuriyev Azərbaycanın üzvlüyü ilə bağlı  Beynəlxalq Açıq Hökumət Təşəbbüsünün İdarə Heyəti ilə aparılan müzakirələrdə Platformanın iştirakı barədə məlumatları və irəli sürdüyü təklifləri də diqqətə çatdırıb: “Platforma olaraq Azərbaycanın təşəbbüsdə qalmasına çalışırdıq. Bununla əlaqədar, həm  hökumət, həm də Beynəlxalq Açıq Hökumət Təşəbbüsünün İdarə Heyəti ilə müzakirələrdə iştirak etdik. Azərbaycanın üzv kimi qalmaqda davam etməsi və yeni tövsiyyələrin verilməsi barədə  Beynəlxalq Açıq Hökumət Təşəbbüsünün İdarə Heyətinin qərarı  düzgün addım oldu. Beynəlxalq Açıq Hökumət Təşəbbüsünün İdarə Heyətinin bununla bağlı açıqlamasında Platformanın fəaliyyəti yüksək qiymətəndirilib və bu da müsbət məqam kimi vurğulanmalıdır”.

Ə.Nuriyev qeyd edib ki,  2019-cu ildə Platforma Açıq Hökumətin Təşviqinə dair yeni Milli Fəaliyyət Planının hazırlanması və OGP tövsiyyələrinin icrasına fokuslanacaq. Platforma üzvləri 2019-ci il üçün tədbirlər barədə öz fikirlərini açıqlayıblar.

Müzakirələrdən sonra Platformaya yeni üzvlərin qəbulu məsələsinə baxılıb.  Platforma koordinatorunun təqdimatı ilə müraciət edən QHT-lərin sədrləri təşkilatların fəaliyyəti barədə ətraflı məlumat veriblər və sualları cavablandırıblar. Hər bir təşkilatın üzvlüyü ilə bağlı ayrıca səsvermə keçirilib. “Tərəqqi” Sosial Araşdırmalar İB,  “İnformasiya Təşəbbüslərinə Dəstək” İB,  Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İB, “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İB, İqtisadi və Sosial Təşəbbüslərdə Tərəfdaşlıq İB, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda”  İB  Platformaya üzv qəbul ediliblər.

Beləliklə, Azərbaycan Açıq Hökumət Platformaısına üzv QHT-lərin sayı 44-ə çatıb. Hazırda Azərbaycan Açıq Hökumət Platforması  10 dövlət qurumunu, parlament təmsilçisini  və 44 QHT-ni birləşdirir. Yeni üzvləri təbrik edən Platforma koordinatoru bəyan edib ki, Platforma açıqdır və bütün müraciətlərə diqqətlə yanaşılır.

Toplantıda “Tərəqqi” Sosial Araşdırmalar İB-in təklifi ilə  Vergilər Məcəlləsinə dəyişikliklər və bunun QHT-lərin fəaliyyətinə mümkün təsirləri barədə müzakirələr aparılıb.  Platformanın dəvəti ilə Vergilər Nazirliyin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev toplantıya qatılıb. Ə.Quliyev Vergilər Məcəlləsinə dəyişikliklər barədə məlumat verib və sualları cavablandırıb.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Prezident QHT-yə 1 milyon manat ayırdı - Sərəncam - 22 / 02 / 2019 06:38
“Sağlamlığa Xidmət”in fəaliyyəti Avropa Koalisiyası tərəfindən ƏN YAXŞI LAYİHƏ adına layiq görülüb - 21 / 02 / 2019 20:03
“Mənəvi dəyərlərimiz gələcəyimizdir” adlı konfrans keçirilib - 21 / 02 / 2019 19:38
Tələbələr arasında “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində seçim turları davam edir - 21 / 02 / 2019 19:35
İpək Yoluna Dəstək Qrupunun toplansında mühüm qərarlar qəbul edilib - 21 / 02 / 2019 19:27
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peyntbol yarışı təşkil olunub - 21 / 02 / 2019 19:27
İsgəndərlinin indi söydüyü şəxsə türmədən şok məktubu - Video - 21 / 02 / 2019 19:20
Dini azadlıq, yoxsa dini təxribat komissiyası? - 20 / 02 / 2019 18:23
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - 20 / 02 / 2019 16:12
"Yardımlı rayonu Porsova kəndində tibb məntəqəsinin tikintisi" layihəsinin imzalama mərasimi keçirilib - 20 / 02 / 2019 16:01
Masallıda Region Gəncləri arasında Biznes Plan Çempionatı keçirilib - 20 / 02 / 2019 14:53
Aqrar inkişaf könüllüləri aqrar jurnalistika ilə bağli layihənin icrasina başlayib - 20 / 02 / 2019 14:43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QHT-ləri müsabiqəyə dəvət edir - 20 / 02 / 2019 14:38
"Səssizliyin Səsi Olaq" layihəsi Gəncə Dövlət Universitetində təqdim olunub - 20 / 02 / 2019 14:33
QHT FIFA-ya müraciət edib: "Xankəndində Avropa Kubokunun keçirilməsi qanunsuzdur - 20 / 02 / 2019 14:22
“Xocalı Şikəstəsi” adlı kitabının təqdimat mərasimi keçiriləcək - 20 / 02 / 2019 14:13
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə YOX dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 17:29
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48