Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib: Bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb
A A A
01/04/2019
Oxunma sayısı : 732
Dekabrın 27-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin kollegiya iclasında Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

QHT.az xəbər verir ki, kollegiyada çıxış edən nazir müstəsna əhəmiyyətə malik olan Dövlət Proqramının möhtərəm Prezidentimizin ədliyyə sisteminə böyük diqqət və qayğısının növbəti təzahürü olduğunu vurğulayıb, proqramın bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan ədliyyəsinin gələcək inkişafında "yol xəritəsi" olmaqla ədliyyə orqanlarının və məhkəmələrin işinin müasir tələblərə uyğun təşkilinə, əhaliyə yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, bu orqanlara müraciət imkanlarının asanlaşmasına və vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edəcəyini qeyd edib.

İclasda Dövlət Proqramı ilə Ədliyyə Nazirliyinin üzərinə qoyulan vəzifələrin, o cümlədən işin müasirləşdirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, innovativ texnologiyaların və elektron sistemlərin geniş tətbiqi, şəffaflığın artırılması ilə bağlı və digər tədbirlərin vaxtında və mütəşəkkil icrasının təşkilinə dair konkret tapşırıqlar verilib.

Kollegiyada nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlər müzakirə olunub.

Bildirilib ki, dövlət başçısının "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdiyi 2018-ci il cümhuriyyətimizin, həmçinin Azərbaycan ədliyyəsinin 100 illiyi ilə əlamətdar olub. Bu münasibətlə nazirlik tərəfindən silsilə tədbirlər təşkil olunub, o cümlədən "Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu" mövzusunda beynəlxalq konfrans keçirilib, ədliyyənin tarixi və müasir fəaliyyətindən bəhs edən "Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda" adlı xüsusi kitab və film, digər nəşrlər və maarifləndirici vasitələr hazırlanıb.

İclasda ədliyyə fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə bağlı görülən tədbirlər qeyd olunaraq dövlət başçısının qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş "Notariat haqqında" Qanuna edilən əsaslı dəyişikliklərin daha müasir texnologiyaların və innovasiyaların tətbiqinə geniş imkan yaratdığı vurğulanıb. Bu məqsədlə səyyar notariat çantası, elektron ədliyyə köşkü və mobil notariat qovluğu hazırlanıb və dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin açılışı zamanı ölkə Prezidentinə nümayiş etdirilib.

Kollegiyada dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülmüş işlərə toxunularaq azadlıqdan məhrumetməyə alternativ, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron qolbaqların tətbiqi daim genişləndirilərək, artıq 500-dən çox məhkuma tətbiq edildiyi, ictimai işlər növündə cəzanın icrasında müsbət dönüşə nail olunduğu və təsirli nəzarətin həyata keçirildiyi vurğulanıb.

Həmçinin, mübahisələrin məhkəmədənkənar alternativ həlli üsulu olan mediasiya institutunun yaradılması üzrə görülən tədbirlər, o cümlədən bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq, qanunvericiliyə bununla bağlı dəyişikliklərin edilməsinə dair layihələrin hazırlanması barədə məlumat verilib, habelə məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, o cümlədən normativ bazanın təkmilləşdirilməsi məqsədilə bu sahəni tənzimləyən İcra Məcəlləsinin layihəsinin hazırlanması diqqətə çatdırılıb.

Eyni zamanda, Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası çərçivəsində ədliyyə fəaliyyətində şəffaflığın təmin edilməsi, ictimai iştirakçılığın tətbiqi, elektron xidmətlərin dairəsinin artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi üzrə görülən işlərdən danışılıb, nazirliyin beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə toxunularaq cari ildə bir sıra xarici dövlətlərin ədliyyə nazirlərinin ölkəmizə səfərlərinin və imzalanmış sənədlərin qarşılıqlı fəaliyyətin inkişafına töhfə verdiyi vurğulanıb.

Bununla yanaşı, kollegiyada qarşıda duran vəzifələr müzakirə olunaraq, növbəti ildə prioritet istiqamətlər üzrə görüləsi tədbirlər müəyyən edilib, o cümlədən "elektron məhkəmə" informasiya sisteminin tətbiqinin sürətləndirilməsi, əhalinin elektron normativ bazalara əlçatanlığının yaxşılaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, cəzaların icrası, tibb və ekspertiza sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlərə dair və digər konkret tapşırıqlar verilib.

Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Sağlamlığa Xidmət”in fəaliyyəti Avropa Koalisiyası tərəfindən ƏN YAXŞI LAYİHƏ adına layiq görülüb - 21 / 02 / 2019 20:03
“Mənəvi dəyərlərimiz gələcəyimizdir” adlı konfrans keçirilib - 21 / 02 / 2019 19:38
Tələbələr arasında “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində seçim turları davam edir - 21 / 02 / 2019 19:35
İpək Yoluna Dəstək Qrupunun toplansında mühüm qərarlar qəbul edilib - 21 / 02 / 2019 19:27
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peyntbol yarışı təşkil olunub - 21 / 02 / 2019 19:27
İsgəndərlinin indi söydüyü şəxsə türmədən şok məktubu - Video - 21 / 02 / 2019 19:20
Dini azadlıq, yoxsa dini təxribat komissiyası? - 20 / 02 / 2019 18:23
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - 20 / 02 / 2019 16:12
"Yardımlı rayonu Porsova kəndində tibb məntəqəsinin tikintisi" layihəsinin imzalama mərasimi keçirilib - 20 / 02 / 2019 16:01
Masallıda Region Gəncləri arasında Biznes Plan Çempionatı keçirilib - 20 / 02 / 2019 14:53
Aqrar inkişaf könüllüləri aqrar jurnalistika ilə bağli layihənin icrasina başlayib - 20 / 02 / 2019 14:43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QHT-ləri müsabiqəyə dəvət edir - 20 / 02 / 2019 14:38
"Səssizliyin Səsi Olaq" layihəsi Gəncə Dövlət Universitetində təqdim olunub - 20 / 02 / 2019 14:33
QHT FIFA-ya müraciət edib: "Xankəndində Avropa Kubokunun keçirilməsi qanunsuzdur - 20 / 02 / 2019 14:22
“Xocalı Şikəstəsi” adlı kitabının təqdimat mərasimi keçiriləcək - 20 / 02 / 2019 14:13
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə YOX dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 17:29
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16