Anar Xəlilov: “Cümhuriyyət qurucularının arzuları bu gün reallaşır”
A A A
01/07/2019
Oxunma sayısı : 307
Anar Xəlilov: “Azərbaycan xalqı başda Prezident İlham Əliyev olmaqla Cümhuriyyət tarixini və onun qurucularını heç bir zaman yaddan çıxartmayacaq, güclü dövlət quruculuğu istiqamətində daim çalışacaqdır”

Məlum olduğu kimi, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu. Bununla bağlı olaraq Prezident İlham Əliyev tərəfindən 2018-ci il "Cümhuriyyət İli" elan edilmişdi. Ölkədə və xaricdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə müxtəlif səpkili tədbirlər keçirilib. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Azərbaycanda və xarici ölkələrdə böyük təntənə ilə qeyd edilib: “Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, müstəqil, azad olmamışdır”.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov “Palitra”ya bildirdi ki, ötən ilin bütün dövrü ərzində Prezidentin tapşırığına əsasən Cümhuriyyətlə bağlı çox təntənəli, müxtəlif səpkili tədbirlər keçirildi: “Xüsusilə qeyd etmək lazımdır ki, bu tədbirlər çox sayda xarici ölkələrdə yüksək səviyyədə qeyd edildi və şərqin ilk demokratik ölkəsi dünya ictimaiyyətinə bir daha tanıdıldı. Prezidentin rəhbərliyi altında 28 mayda möhtəşəm tədbirlə 100 illik qeyd olundu. Orada da Prezident tariximizin bu qızıl səhifəsi ilə bağlı çox dəyərli fikirləri öz çıxışında qeyd etdi. Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə də Cümhuriyyət tarixinin öyrənilməsi və daim diqqət mərkəzində saxlanması əsas vəzifələrdən idi. O dövrdə Cümhuriyyətlə bağlı çoxlu sayda dəyərli elmi araşdırma kitabları, sənədli filmlər hazırlanmışdı. Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin də prezidentliyi dövründə Cümhuriyyət tariximiz daim diqqətdə saxlanılmış və bunun bariz nümunəsi, bir daha qeyd edirəm ki, ötən ilin Cümhuriyyət dövrü elan edilməsidir. Xalqa təbrik nitqində də Prezident bir daha Cümhuriyyət dövrünə toxunaraq tariximizin bu qızıl salnaməsi ilə bağlı fikirlərini səsləndirdi. Bəli, Prezidentin qeyd etdiyi kimi, bugünkü Azərbaycan Cümhuriyyətin varisidir. Bu gün məhz Heydər Əliyev siyasətinin nəticəsi olaraq İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan Cümhuriyyətin layiqli varisi olaraq inamla müstəqil olaraq inkişaf edir, güclənir və çiçəklənir”. 

Anar Xəlilov dedi ki, Azərbaycan bu gün öz tarixi ərzində ən güclü mövqelərindən birindədir: “Azərbaycan nəinki müstəqil olaraq inkişaf edir, artıq regionda və dünyada öz siyasi iradəsini ortaya qoyur və dünyanın aparıcı dövlətləri ilə birgə bərabərhüquqlu əməkdaşlıq edir. Avropanın enerji təhlükəsizliyində iştirak edərək öz gücünü göstərir. Vaxtilə xəyal kimi görünən layihələri gerçəkləşdirərək dünyanı heyrətləndirir. Bütün bunlar Prezidentin siyasi iradəsinin məhsuludur. Cümhuriyyət qurucularının da arzuları məhz bu idi ki, bu gün onlar reallaşır. Azərbaycan xalqı başda Prezident İlham Əliyev olmaqla Cümhuriyyət tarixini və onun qurucularını heç bir zaman yaddan çıxartmayacaq, güclü dövlət quruculuğu istiqamətində daim çalışacaqdır. Prezidentə xalqımızı təbrikinə görə və dəyərli fikirləri ilə bağlı öz minnətdarlığımı bildirirəm”. 

Fuad Hüseynzadə
palitranews.az

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10