Əliməmməd Nuriyev: “Aclığı dayandırıb, tam qidalanır, əsas narazılığı...”
A A A
01/08/2019
Oxunma sayısı : 897

Hüquq müdafiəçiləri Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı, Sahib Məmmədov 1 saylı istintaq təcridxanasında saxlanılan bloger Mehman Hüseynovla görüşüblər.

QHT.az xəbər verir ki, Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında görüş barədə ətraflı məlumat verib.

Ə.Nuriyev qeyd edib ki, Mehman Hüseynov bir müddət əvvəl aclıq aksiyası keçirsə də, hazırda tam şəkildə qidalanır:

“O artıq qida qəbul edir, bu istiqamətdə hər hansı problemi yoxdur. Biz onunla bir saat müddətində geniş şəkildə müzakirə apardıq”.

Hüquq müdafiəçisi bildirib ki, blogeri narahat edən məsələ sonradan ona açılan cinayət işilə bağlıdır:

“Biz onun kamerasında da olduq. 4 nəfərlik kamerada özündən savayı iki nəfərlə qalır. Kamera yoldaşları ilə də heç bir problemi, narazılığı yoxdur”.

 

Ə.Nuriyev deyib ki, müzakirə edilən bəzi məsələlər konfedensial xarakter daşıdığından cəmiyyətə açıqlanmır:

“Mehman xüsusi olaraq ona qarşı sonradan qaldırılan cinayət işini ədalətli hesab etmir. Onun bu şikayətilə bağlı müvafiq orqanlara müraciətlərimiz olacaq. Mehman işin obyektiv araşdırılmasını xahiş edir. Biz də hesab edirik ki, iş obyektiv araşdırılmalıdır. Ümid edirik ki, bütün proseslərə qanun çərçivəsində qiymət veriləcək”.

 

Hüquq müdafiəçisi Mehman Hüseynovun əzgin təəssürat yaradan xarici görkəmilə bağlı bunları deyib:

“Bilirsiniz, nə qədər yaxşı şərait olursa olsun, insan təcridaxanda mülki həyatdakı kimi olmur. Şəraitlə bağlı heç bir şikayəti yoxdur. Həkim də səhhətinə nəzarət edir.

Səhhətində bir problemi var, o da hələ azadlıqda olarkən yaranıbmış. Mehman azadlıqda olduğu müddətdə ayağında damar genişlənməsi olub. Sırf bununla bağlı narahatlığı var. Əvvəl ona əməlliyyat təklif edilsə də, imtina edib. Deyir ki, azadlığa çıxdıqdan sonra özü müalicəsilə məşğul olacaq”.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Pentensiar Xidmətin yayadığı məlumata görə, dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən hadisə yeri müayinə olunub  və aidiyyəti üzrə araşdırma aparılır. Prokurorluqdan verilmiş məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.

Bu qərardan sonra isə bloger aclıq aksiyasına başlamışdı. 


Gülşən RAUFQIZI

MODERN.az


ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10