“Ölkəmizə qarşı çirkin kampaniya aparılanda hər dəfə 710 təşkilat adından etiraz bəyanatları veririk” – Rauf Zeyni
A A A
01/09/2019
Oxunma sayısı : 447

Son vaxtlar Azərbaycana qarşı insan haqlarının pozulması, söz və mətbuat azadlığının boğulması ilə bağlı bəzi Qərb ölkələri və Avropanın bir sıra təşkilatları ittihamlar irəli sürürlər. Təbii ki, bunlar Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən qarayaxma kampaniyası kimi qiymətləndirilir.

Özü də bu kimi bəyanatların ardı-arası kəsilmir. Ekspertlər isə deyir ki, adlarını insan haqları, hüquq müdafiəçisi qoymuş həmin təşkilatlar Qərb ölkələrindəki, Avropadakı bu cür hüquq pozuntuları olanda göz yumur, Azərbaycana gələndə isə nöqtə boyda çatışmazlıqdan böyük problem yaratmaq üçün canfəşanlıq göstərirlər. Bu isə ən yaxşı halda ikili standart, ən pis halda isə ölkəmizə qarşı şər və böhtan kampaniyasıdır.

Xatirinizdədirsə, bir ay bundan əvvəl Fransada sarı jiletlilər hərəkatının dinc aksiyaları amansızlıqla yatırılıdı. Jurnalistlər polis dəyənəyi “yedilər”. Xəsarət alanlar oldu. Nümayişçilərə qarşı zor tətbiq edildi. Yüzlərlə insan hökumətin hüquq-mühafizə orqanlarına sərt xəbərdarlıqlarından sonra dəmir barmaqlıqlar arasına göndərildi. Amma nə “Freedom House”, nə Avropa Şurası, nə də başqa beynəlxalq təşkilatlar hər hansı bir bəyanat yaymadı. Bir sözlə, adlarını insan hüquq və azadlıqlarının keşikçisi qoymuş bu təşkilatlar rəsmi Parisə “gözün üstə qaşın var” ifadəsini də işlətmədi. Ağzına su alıb oturdu.

Bizim regionda Ermənistanda küçə hərəkatı vaxtı yaşananları xatırlayaq, onlarla jurnalistə qarşı təzyiqlər olmuşdu. Dinc aksiyaçılara, etirazçılara qarşı polis amansızlıq göstərmişdi. Yenə də Avropadakı təşkilatlar bu barədə hər hansı hesabat, bəyanat vermədilər.

Amma Azərbaycana gəldikcə məsələ kökündən dəyişir. Üzdə olan da, öz kölgələrinə gizlənənlər də üzə çıxır. Qarayaxma kampaniyalarının ardı-arası kəsilmir.

Belə bir məqamda ikili standartlarla üz-üzə qalan Azərbaycan yenə də özünə sığınır. Daha doğrusu, öz vətəndaşlarına, vətəndaş cəmiyyətinə. Bəs bizim vətəndaş cəmiyyətlərimiz Qərbdəki anti-Azərbaycan qüvvələri hərəkətə keçəndə şər və böhtan kampaniyalarına qarşı hansı formada reaksiya verir? Adları bəlli olan, olmayan bu “söz və insan azadlığı keşikçilərinə” nə cür etiraz edirlər?

Elə götürək Milli QHT Forumunu, bu qurum ölkəmizə qarşı təzyiqlər baş qaldıranda forumda təmsil olunan vətəndaş cəmiyyəti nümayəndələri, QHT-ləri hansı formada səfərbər edir? Həmin anti-Azərbaycan mərkəzli qüvvələrə, qarayaxma kampaniyası aparanlara qarşı hansı cavab tədbirlərini görür. Milli QHT Forumunun prezidenti Rauf Zeyni hafta.az-a açıqlamasında əvvəlcə bu kimi təşkilatların ölkəmizə qarşı hərəkətə keçməsinin səbəblərindən danışıb. O, deyib ki, son illərdə ölkəmizin əldə etdiyi uğurlar, ordumuzun güclənməsi, düşmən üzərində üstünlüyü bəzi anti-Azərbaycan dairələrində qıcıq doğurmağa başlayıb. Ölkəmizin cənab prezidentin rəhbərliyi ilə qazandığı naliyyətləri gözləri götürmür. Bununla əlaqədar olaraq Azərbaycanın uğurlarına qısqanclıqla yanaşdıqlarını göstərirlər. Bizə qarşı ikili standartlarla yanaşırlar: “Azərbaycanın iqtisadi uğurlarına, beynəlxalq arenada artan nüfuzuna, istiqlaliyyətimizə qarşı təhdid metodları tətbiq etməyə çalışırlar. Ona görə də Avropa İttifaqına da, bəzi beynəlxalq təşkilatlara da bizim qeyri-hökumət təşkilatları tərəfindən həmin ikili standartlara son qoyulması, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması, eləcə də münaqişənin ədalətli həlli ilə bağlı ardıcıl olaraq bəyanatlar göndərilib. Bütün bu proseslər diqqətimizdə, nəzərimizdədir. Bizim qeyri-hökumət təşkilatlarımız bu məsələlərlə bağlı adekvat bəyanatlar verir”.

Milli QHT Forumu indiyə qədər ölkəmizə qarşı qarayaxma kampaniyası aparan hansı Qərb təşkilatlarına müraciət ünvanlayıb? – sualına cavab verən təşkilat sədri bildirib ki, Avropa Oyunlarından tutmuş ölkəmizdə beynəlxalq tədbirlər keçirilən ərəfədə həmin anti-Azərbaycan qüvvələri qarayaxma kampaniyasına başlayıbsa, rəhbərlik etdiyi forum onlara qarşı adekvat addımlar atıb: “Milli QHT Forumu həmişə bu məsələdə həssaslıq nümayiş etdirib. Həmin beynəlxalq təşkilatlara etiraz məktubları göndərilib. Azərbaycanda “insan hüquqlarının pozulması”, “birgə toplaşmaq azadlıqlarının olmaması”, “söz azadlığının pozulması” kimi böhtan xarakterli bəyanatlara qarşı “Freedom House” təşkilatından tutmuş, Avropa Şurası, Avropa İttifaqı kimi təşkilatlara rəsmi müraciətlər olunub. Elektron poçtlarına məktublar göndərilib. 30 ildən çoxdur ki, işğalçı Ermənistanın BMT-nin qətnamələrini icra etməməsi ilə bağlı adıçəkilən təşkilata, ABŞ-ın Azərbaycanın başı üzərindən qeyri-qanuni yardımların göstərilməsi ilə bağlı Birləşmiş Ştatlara və digər beynəlxalq təşkilatlara etirazlar etmişik. Bizim etdiyimiz etiraz bəyanatlarının və həmin məktublara göndərilən cavablar da hazırda bizdə saxlanılır. Biz ölkəmizə qarşı aparılan bu çirkin kampaniyalara vətəndaş cəmiyyəti, QHT-lər adından etirazlarımızı bildirmişik. Bu gün də işimizi bu istiqamətdə qurmuşuq. Yenə də etirazlarımızı bildirməkdəyik”.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, təmsil etdiyi qurum ölkəmizə çirkin kampaniya aparanlara qarşı həmişə 710 təşkilat adından etiraz bəyanatları verir: “Hazırda bizim forumun 710 üzvü var. Biz həmişə bəyanatlarımızı həmin 710 təşkilatın adından veririk. Bu bəyanatlar etirazı ünvanladığımız həmin dairələrin elektron poçtlarına da, rəsmi ünvanlarına da göndərilir. Bizim bu bəyanatlar sözsüz ki, onlara öz təsirini göstərirlər. Amma bizim etirazlarımıza rəğmən onlar öz ədalətsiz mövqelərindən əl çəkmək də istəmirlər. Bu faktdır. Ona görə də bizim vətəndaş cəmiyyətimiz, qeyri-hökumət təşkilatlarımız beynəlxalq təşkilatların bu ədalətsiz mövqeyi ilə razılaşa bilməz. Onlar ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləyirlər. Biz də həmin ədalətsizliyə qarşı kəskin etirazımızı bildiririk. Sizin saytınız və qəzetiniz vasitəsi ilə də biz dövlətimizə qarşı çirkin kampaniyalar aparan beynəlxalq təşkilatlara qarşı etirazımızı bildiririk”.

Son vaxtlar blogger Mehman Hüseynovla bağlı öz simasını ortaya qoyan bəzi Qərb təşkilatlarını qınayan Rauf Zeyni bildirib ki, o, ötən gün adıçəkilən şəxslə şəxsən görüşüb. Milli QHT Forumunun prezidenti Mehman Hüseynovun heç nədən şikayətçi olmadığını söyləyib:

“Mehman Hüseynovun aclıq aksiyası artıq ötən ildə qalıb. O, dekabrın 26-28-i arası aclıq elan edib. Sonra aclığı dayandırıb. Sudan, süd məhsullarından istifadə etməyə başlayıb. Dünən həm bizimlə, həm də atası ilə görüşüb. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə də görüşüb. Vəziyyəti də yaxşıdır. Bizimlə şəkil də çəkdirdi. Biz yanvarın 8-də bir saatdan artıq onunla görüşdə olduq. Bu haqda məlumatlar da ictimaiyyətə təqdim edilib. Onun bircə tələbi var, o da hüquqlarının pozulacağı təqdirdə hüquqlarının qorunması ilə bağlı idi. Heç nədən narazı deyildi. Hər şey qaydasındadır. Saxlanma şəraitindən narazılığı yoxdur. Vəssalam”.

Bu Milli QHT Formunun rəhbərinin anti-Azərbaycançı qüvvələrə qarşı rəhbəri olduğu təşkilatın gördüyü işlərlə bağlı verdiyi məlumat idi. Amma Milli QHT Forumundan başqa, bu ölkədə Diasporlarla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi var. Bəs onlar bu yöndə hansı işləri görürlər? Mövzunu davam etdirəcəyik. Bu öz yerində.

Təkcə onu deyə bilərik ki, Qərbdəki bəzi təşkilatlar hər dəfə Azərbaycana qarşı kampaniyalara başlayanda bizim Avropadakı diaspor təşkilatlarımız, Qərbdəki diplomatlarımız onlara qarşı sərt tədbirlər görsəydilər, indi bu cür hallarla qarşılaşmazdıq. Yəni, görülən işlər ya qənaətbəxş deyil, ya da ümumiyyətlə görülmür. Hər halda, bu ölkə bizimdir. Onun beynəlxalq aləmdəki nüfuzuna qarşı yönələn qüvvələrlə bağlı sərt mövqe sərgilənməli idi. Bu məsələ tək adıçəkilən təşkilatları deyil, hamımızı, 50 milyonluq Azərbaycan xalqını narahat etməlidir.

hafta.az

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Sağlamlığa Xidmət”in fəaliyyəti Avropa Koalisiyası tərəfindən ƏN YAXŞI LAYİHƏ adına layiq görülüb - 21 / 02 / 2019 20:03
“Mənəvi dəyərlərimiz gələcəyimizdir” adlı konfrans keçirilib - 21 / 02 / 2019 19:38
Tələbələr arasında “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində seçim turları davam edir - 21 / 02 / 2019 19:35
İpək Yoluna Dəstək Qrupunun toplansında mühüm qərarlar qəbul edilib - 21 / 02 / 2019 19:27
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peyntbol yarışı təşkil olunub - 21 / 02 / 2019 19:27
İsgəndərlinin indi söydüyü şəxsə türmədən şok məktubu - Video - 21 / 02 / 2019 19:20
Dini azadlıq, yoxsa dini təxribat komissiyası? - 20 / 02 / 2019 18:23
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - 20 / 02 / 2019 16:12
"Yardımlı rayonu Porsova kəndində tibb məntəqəsinin tikintisi" layihəsinin imzalama mərasimi keçirilib - 20 / 02 / 2019 16:01
Masallıda Region Gəncləri arasında Biznes Plan Çempionatı keçirilib - 20 / 02 / 2019 14:53
Aqrar inkişaf könüllüləri aqrar jurnalistika ilə bağli layihənin icrasina başlayib - 20 / 02 / 2019 14:43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QHT-ləri müsabiqəyə dəvət edir - 20 / 02 / 2019 14:38
"Səssizliyin Səsi Olaq" layihəsi Gəncə Dövlət Universitetində təqdim olunub - 20 / 02 / 2019 14:33
QHT FIFA-ya müraciət edib: "Xankəndində Avropa Kubokunun keçirilməsi qanunsuzdur - 20 / 02 / 2019 14:22
“Xocalı Şikəstəsi” adlı kitabının təqdimat mərasimi keçiriləcək - 20 / 02 / 2019 14:13
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə YOX dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 17:29
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16