Şirvan şəhərində “Talassemiyasız həyat naminə” 3-cü regional simpozium keçirilib-FOTOLAR
A A A
01/14/2019
Oxunma sayısı : 297

|


Yanvarın 12-də Şirvan şəhərində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Talassemiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” 3-cü regional simpozium və ödənişsiz tibbi müayinələr təşkil olunub.

Tədbirdə şəhər icra strukturunun, səhiyyə və təhsil müəssisələrinin işçiləri, ətraf rayonlardan olan talassemiyalı ailələrin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.  

QHT.az AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində aparılan islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı həyata keçirilən tədbirlərin yeni uğurlara yol açdığını bildirib. Talassemiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə layihələr reallaşdırdığını qeyd edən Valeh Hüseynov respublikanın müxtəlif regionlarında maarifləndirici tədbirlərin, ödənişsiz tibbi müayinələrin təşkil olunduğunu, müayinələrin nəticələrindən asılı olaraq müvafiq müalicələrin təyin edildiyini və bunun gələcəkdə də davam edəcəyini deyib.

Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin direktoru Soltan Məmmədov Fondun səhiyyə sahəsində həyata keçirdiyi layihələr, o cümlədən “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində görülən tədbirlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzində tibbi xidmətin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən tədbirlər bu xəstəliyə düçar olanların müalicəsində, eləcə də bu sahədə profilaktik işlərdə əhəmiyyətli rol oynayır, xəstələrə və onların ailələrinə mənəvi baxımdan dəstək olur.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Milli Məclisin deputatı Musa Quliyev səhiyyə qanunvericiliyində son dövrlər aparılan islahatlardan danışıb. O, səhiyyə xidmətlərinin beynəlxalq standartlara çatdırılması istiqamətində dövlət siyasətini və bu sahədə qəbul edilmiş dövlət proqramlarını xüsusi vurğulayıb.

Ətraf rayonlarda fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin iştirak etdiyi simpozium daha sonra elmi sessiyalarda davam edib.

“Talassemiya: müasir yanaşma” mövzusundakı sessiyada talassemiyanın müalicə və diaqnostikası, qarşısının alınması yolları, bu sahədə Mərkəzin təcrübəsi barədə məlumat verilib.

“Talassemiya: diaqnostika və monitorinq” adlı sessiyada isə xəstəliyin laborator və prenatal diaqnozu, infeksion və kardiak ağırlaşmalar, həmçinin psixososial problemlərə dair məruzələr ətrafında müzakirələr aparılıb.

Simpoziumda Talassemiya Mərkəzinin mütəxəssislərinin “Talassemiya və irsi hemoqlobinopatiyalara dair statistik məlumatlar”, “Talassemiya daşıyıcılığı: talassemiyasız həyat naminə nə etməliyik”, “Talassemiya Mərkəzində sümük iliyi transplantasiyasına dair təcrübələr” və digər mövzularda məruzələr dinlənilib.

Eyni zamanda, talassemiyalı xəstələrin müalicə aldığı Şirvan şəhər xəstəxanasına baxış keçirilib, tibb işçiləri ilə təcrübə mübadiləsi aparılıb.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında talassemiya daşıyıcılığını müəyyən etmək məqsədilə ödənişsiz tibbi müayinələr də təşkil olunub. Müayinələr Şirvan şəhəri və ətraf rayonlardan olan 250-dən çox sakini əhatə edib.

Xatırladaq ki, Talassemiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin “Talassemiyasız həyat naminə” devizi altında həyata keçirilən layihəsi çərçivəsində bölgələrdə əhalinin maarifləndirilməsi, eləcə də talassemiya daşıyıcılığının müəyyən olunması üçün vətəndaşların ödənişsiz tibbi müayinələri təşkil edilir.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10