Mətbuat Şurasında İCLAS: bu saytlara xəbərdarlıq edildi – SİYAHI
A A A
01/15/2019
Oxunma sayısı : 774

|

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

 

QHT.az Modern.az-a istiandən xəbər verir ki,  toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

 

Xəzər rayonu, Binə Bələdiyyəsinin sədri H.Həmidovun “ARAMA”  jurnalına qarşı şikayətini nəzərdən keçirən komissiya üzvləri müəyyən ediblər ki, özünü “ARAMA” jurnalının əməkdaşları kimi qələmə verən şəxslər davranışlarında sui-istifadə hallarına yol verib.

 

Şəxsi xarakterli mübahisələrinin həlli üçün jurnalist adından istifadəyə cəhd göstəriblər.  “ARAMA”  jurnalına MŞ adından ciddi xəbərdarlıq edilib.

 

Bakı şəhər sakini, idmançı Fəridə Əzizovanın “Open.az” saytına qarşı şikayətinin müzakirəsi zamanı müəyyənləşdirilib ki, sayt əməkdaşları Fəridə Əzizova və onun qohumu

Aysel İsgəndərova barədə hazırlayıb yaydıqları xəbərlərdə ciddi xətalara yol veriblər. Belə ki, informasiya qondarma faktlar üzərində qurulub, dəqiqləşdirilmə üçün heç bir cəhd göstərilməyib, qarşı tərəfin rəyi öyrənilməyib.

 

Sayt redaktorunun  mövzu üzrə izahını nəzərə alan Komissiya üzvləri, saytda  təkzib verilməsi, narahatlıq doğuran məqamların aradan qaldırılması üçün müvafiq addımlar atılması yönündə rəy veriblər. 

İclasda Vətəndaş Quliyev Şakir Sabir oğlunun və Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in professor-müəllimlərinin “Tezadlar.az” saytına qarşı şikayətləri də araşdırılıb. Komissiya üzvlərinə ünvanlanmış müraciətdə iddia olunub ki, saytda UNEC barədə qısa müddət ərzində 200-ə yaxın məqalə dərc edilib.

 

İddiada qeyd edilib ki, yayımlanmış məqalələrdə böhtan xarakterli məqamlar yer tutub, qarşı tərəfin rəyi isə öyrənilməyib, balans prinsipi pozulub. 

 

Saytın baş redaktoru Asif Mərzili isə bildirib ki, hazırlanmış məqalələrdə balans prinsipinin qorunmasına, qarşı tərəfin mövqeyinin öyrənilməsinə cəhd göstərilib, amma qarşı tərəfdən cavab almaq mümkün olmayıb. Bununla yanaşı, Komissiya müəyyən edib ki, son vaxtlar “Tezadlar.az” saytı barədə MŞ-yə gələn şikayətlər intensivləşib, şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) əksər  prinsipləri pozulub. Asif Mərzili cavabında bildirib ki, bu şikayətlərin çoxu məqsədli şəkildə maraqlı şəxslər tərəfindən təşkil etdirilib. Komissiya üzvləri mübahisəli məqamların çoxluğunu, həm iddialarda, həm də verilən cavablarda boşluqların olduğunu, dəqiqləşdirilməyə ehtiyacın yarandığını nəzərə alaraq qərara gəliblər ki, qeyd edilən KİV-in fəaliyyətinin və şikayət doğuran materialların geniş araşdırılması üçün “Təzadlar” qəzeti və onun onlayn  versiyası olan “Tezadlar.az” saytı üzrə materiallar MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına, monitorinq qrupuna yönləndirilsin.

 

Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbinin müəllimi Yusifova Gülnar Novruz qızı “Xeberman.com”, “Doqruxeber.com,” “Teref.az”, “Azadqadin.az” və “Xeberaz.az” saytlarına qarşı şikayətinin araşdırılması zamanı sayt təmsilçiləri bildiriblər ki, şikayətçidə narahatlıq doğuran “Beyləqan məktəbində rəzalət” adlı  məqaləni digər KİV-ə istinadən yayıblar. Amma həmin KİV barədə məhkəmə hökmünün çıxarıldığını və məqalədə əks olunan detalların yanlışlığı barədə məlumatı aldıqdan sonra xəbərin yayımına xitam veriblər. Bu baxımdan mübahisə həll edilmiş sayılıb.

 

“Cənnət-M” MMC-nin direktoru Əhmədov Yaşar Misir oğlu və vətəndaş Əliyeva Zəminə Elman qızının “Olke.az” saytına qarşı müraciəti də araşdırılıb.

 

Müəyyən edilib ki, sayt əməkdaları şikayət doğuran materialı məhkəmə sənədləri əsasında hazırlasalar da, əlavə edilən faktlarda və jurnalist şərhində ciddi təhriflərə yol veriblər. Məqalədə adı keçən şəxslərin mövqeyinin öyrənilməməsi nəticəsində balans prinsipi pozulub, obyektivlik gözlənilməyib. Komissiya qarşı tərəfə öz mövqeyini ifadə üçün şərait yaradılması, yanlış faktların aradan qaldırılması yönündə rəy verib.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10