“Fransada İnsan Hüquqlarına dair İctimai dinləmələr” mövzusunda tədbir keçirilib - FOTOLAR
A A A
01/17/2019
Oxunma sayısı : 1647

|

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Fransada İnsan Hüquqlarına dair İctimai dinləmələr”  mövzusunda ictimai dinləmələr keçirilmişdir.

QHT.az xəbər  verir ki, İçtimai dinləmələrin təşkilatçıları Beynəlxalq İnsan Hüquqlarının Müdafiə Komitəsinin Azərbaycan nümayəndəliyi, Beynəlxalq Dialoq və İnkişaf Alyansı və İçtimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzi olmuşdur. 

Tədbiri giriş sözü ilə açan İçtimai Siyasi Proseslər Və Beynəlxalq Əlaqələr Mərkəzinin sədri Samir Adıgözəlli Fransada İnsan Hüquqlarına dair içtimai müzakirənin təşkil olunması zərurətindən danışdı. 

O, keçən günlərdə Fransada baş vermiş ixtişaşlar zamanı hökumət qüvvələrinin nümayişçilərə qarşı tətbiq etdiyi qeyri-bərabər gücdən və beynəlxalq təşkilatların bu olaylara səssiz yanaşmasından ətraflı olaraq iştirakçılara məlumat verdi. 

Daha sonra BİHMK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Dr.İsmayıl Ağayev çıxış edərək illərdir həm Fransanın həm də Qərb ölkələrinin Azərbaycana qarşı ədalətsiz mövqe göstərdiklərini, bir milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarını gözardı edən beynəlxalq təşkilatları Ermənistanı qınamağa çağırdı. 

Tədbirin təşkilatçılarından olan Beynəlxalq Dialoq və İnkişaf Alyansının rəhbəri Nüşabə Məmmədova çıxış edərək Fransanı Avropa və Xarici İşlər Nazirliyinin sözcüsü tərəfindən verilən bəyənatın əsassız olduğunu, əsil həqiqətdə isə  Fransada  nümayişçilərə qarşı baş verən zorakılıq və şiddət halları haqda faktların beynəlxalq içtimaiyyətə çatdırılmalı və qiymət verilməlidir bildirdi. 

Daha sonra tədbirdə iştirak edən Milli QHT forumunun prezidenti Rauf Zeyni öz çıxışında Azərbaycanın demokratiya dəyərlərinə bağlı olduğunu, İnsan hüquq və azadlıqlarının təmin edildiyini, lakin Fransa və bu kimi dövlətlərin inkişaf etməkdə olan dövlətləri əzmək prinsipi ilə yanaşdığını qeyd etdi. 

Tədbir iştirakçılarından daha sonra əməkdar jurnalist Azər Həsrət, BİHKM-nin Azərbaycan Nümayəndəlinin sədr müavini Elçin Axundzadə, İranlı Mühacirlər cəmiyyətinin sədri Firudin İbrahim, MQF BQD-nin sədri Səbinə Qəhrəmanova, Hüquq eksperti Elçin Quliyev və başqaları çıxış edərək, illərdir Azərbaycanın haqlı mövqeyini müdaifə etmək əvəzinə, İşğalçı Ermənistana dəstək verən Fransanı qınadıqlarını və bu  ölkədə keçən günlərdə baş verən nümayişlər zamanı hökumət qüvvələrinin həyata keçirdiyi şiddət və zorakılığı Fransanın demokratiya sahəsində əsl üzünü ortaya qoyduğunu bildirdilər. İçtimai dinləmərdə Rusiya və Tacikistan səfirliyini nümayəndələri QHT və media təmsilçiləri iştirak etmişdir. 

Tədbir iştirakçıları adından Azərbaycan və İngilis dillərində bəyanat qəbul edilmişdir.


BƏYANAT

Hazırda dünyada baş verən proseslərin xaos şəklində davam etdiyinin şahidi oluruq. Bu proseslər sferasında dünya ictimaiyyətini narahat edən ən vacib faktorlardan biri insan haqlarının pozulmasını və bunun kütləvi hal almasını şərtləndirən, uzun illərdir Azərbaycan xalqının da yaşadığı işğal problemidir. Separatizm və işğal müasir dünyanın ən böyük problemlərindəndir. 

Məhz bu səbəbdən dünyada milyonlarla insan öz dünc yaşamaq hüquqdan məhrum olur, hərbi toqquşmalar nəticəsində öldürülür, qaçqına, məcburi köçkünə çevrilir, əsir və girov götürülürlər. Artıq 30 ildir Azərbaycan, Ermənistanın yaratdığı Dağlıq Qarabağ problemi ilə üz-üzə qalıb. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 20 min Azərbaycan vətəndaşının həyatına son qoyulub, bir milyon iki yüz mindən çox əhali öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda  azərbaycan əhalisinə qarşı soyqırımı törədilib. Hərbi təcavüz nəticəsində Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirib. 1993-cü ildə BMT tərəfindən Ermənistan silahli qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi 4 qətnamə bu günə qədər yerinə yetirilmir.  

Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə, Avropa Şurası, Avropa Birliyi, İKT, ATƏT kimi nüfuzlu beynəlxalq qurumların problemin həlli ilə bağlı çağırışlarına, BMT-nin Ümumdünya İnsan Hüquqları Konvensiyasının şərtlərinə məhəl qoymur. Lakin belə bir şəraitdə Ermənistana qarşı nəinki sanksiyalar tətbiq edilmir, hətta Avropa nümayəndələri, o cümlədən Fransa rəsmiləri və şirkətlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərləri və buradakı fəaliyyətləri birmənalı şəkildə beynəlxalq hüquq normalarını pozur və Azərbaycanın ərazi bütövlüyünə xələl gətirir. Azərbaycan BMT-nin Ümumdünya İnsan Hüquqları Konvensiyasına qoşulub və ölkə ərazisində yaşayan bütün insanların etnik, dini, siyasi, sosial və s. mənsubiyyətlərindən asılı olmayaraq bərabər hüquqları malik olması təsbit və təmin edilib. 

Son günlərdə Azərbaycanda məhkum edilmiş bloger Mehman Hüseynovla bağlı  Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən verilən bəyanat Azərbaycan ictimaiyyətində ciddi narahatçılıq doğurur, eyni zamanda beynəlxalq ictimaiyyəti çaşdırır və əsil həqiqətin nədən ibarət olması haqqında məlumat əldə etmək imkanını məhdudlaşdırır. Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu, əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər. Bununla eyni zamanda baş vermiş Fransada nümayişçilərə qarşı istifadə olunan zorakılıq, qeyri-proporsional şiddət növlərindən istifadə olunması, 4500-dən çox nümayişçinin saxlanılması faktları bütün dünya tərəfindən izlənilir. Biz, məhkum edilmiş bloger Mehman Hüseynovla bağlı  Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən verilən bəyanatın əsassız olduğnu bildirir və Azərbaycan dövlətinə qarşı bu kimi addımları pisləyir, dünya ictimaiyyətini bu kimi yanlış təxribatlara inanmamağa çağırırıq.


Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyi
Beynəlxalq Dialoq və İnkişaf Alyansı 
İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Mərkəzi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib - 19 / 04 / 2019 14:44
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10
Dünya Hemofiliya Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilib- FOTO - 16 / 04 / 2019 19:02
“Rəqəmsal foto” kursunun ilk məzunları öz işlərini təqdim etdilər - 16 / 04 / 2019 18:38
Gənclər üçün Təhsil Mərkəzi “Gələcək üçün” ümumrespublika marafonuna start verdi - 16 / 04 / 2019 14:24
Ziba Nəbiyeva: "Bir dəfə, o da müqavilə imzalandığı gün Şuraya gəldim" - 16 / 04 / 2019 14:20
Büllur Cavadqızı: “SƏLİS və RAHAT: QHT-lərə xidmətdə mükəmməl yenilik” - 16 / 04 / 2019 04:13
Regional QHT-lərin iştirakı ilə “VCT ölçü meyarı” müzakirə olunub - 15 / 04 / 2019 18:51
Niyaməddin Orduxanlı: “Azay Quliyev QHT-lər üçün mükəmməl SƏLİS xidməti yaradıb - 15 / 04 / 2019 14:13
QHT sədri: “Adı da özü kimidir: rahatlıq və SƏLİSlik” - 15 / 04 / 2019 14:00
QHT sədri: Düşünürdüm ki, necə olacaq, amma çox rahat oldu - 15 / 04 / 2019 12:56
MQF prezidenti Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda iştirak edir - 15 / 04 / 2019 12:50
“Danışan qəlblər”adlı foto layihə - 15 / 04 / 2019 12:00
3rd International Photo Salon «Georgian Drag – 2019» - 15 / 04 / 2019 11:58
Dübəndi Qayalıqlarında təmizlik aksiyası. - 15 / 04 / 2019 11:55
Ostrava Universitetində fotosərginin açılışı baş tutmuşdur. - 15 / 04 / 2019 11:52
Azərbaycanlı məktəblilər beynəlxalq müsabiqədə qalib gəldilər - FOTO - 14 / 04 / 2019 16:01
Təranə Məmmədova: "Məktəblilərə diqqət, qayğı və sevgi ilə yanaşaq" - 13 / 04 / 2019 07:58
"Mehriban Əliyevanın rəhbərliyi altında komissiyanın yaradılması islahatların sürətlənməsinə təkan verərdi" - 12 / 04 / 2019 15:22
Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO - 12 / 04 / 2019 15:17
“Məhkəmə hüquq sistemində islahatlar və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 12 / 04 / 2019 14:24