Avropa Parlamentinin riyakarlıq və qərəz simasızlığı – Sorosdan Harmsa qədər…
A A A
01/17/2019
Oxunma sayısı : 648

Mehman Hüseynovla bağlı təcili qətnamə”nin çirkin məqsədləri bəlli oldu!

Sirr deyil ki, bloqer Mehman Hüseynovla bağlı bəlli Avropa və Qərb təşkilatları Azərbaycan dövləti əleyhinə fəaliyyətlərini davam etdirirlər və bu fəaliyyətin pərdə arxasında dayanan əsas tərəflərdən biri də Cors Sorosdur. Məhz yanvarın 17-də

Avropa Parlamenti tərəfindən qəbul olunmuş “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin həmmüəlliflərindən biri olan Rebekka Harms da bilavasitə Sorusun təsiri altında şəxsdir və maraqlıdır ki, o bunu nəinki inkar, hətta açıq şəkildə etiraf edir. Belə ki, R.Harmsın C.Sorosla sosial şəbəkələrdə çoxsaylı yazışmaları, şəkilləri də mövcuddur. Məhz bu baxımdan, həm də ilk növbədə belə qənaətə gəlmək mümkündür ki, sözügedən qətnamə M.Hüseynov amilindən istifadə edilən, həmçinin, qəsdən şişirdilən, habelə Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir.

AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan XİN-nə, nə də Azərbaycanın Brüsseldəki Səfirliyinə hər hansı müraciət daxil olmayıb

Digər ilginc nüans isə budur ki, qeyd edilən tarixdə, yəni adıçəkilən qərəzli qətnamə qəbul edilərkən, onun qəbulu istiqamətində müzakirələrdə çıxış edən AP üzvü, eləcə də, Avronest Parlament Assambleyasının həmsədri R.Harms (Almaniya, Yaşıllar qrupu) məsələ ilə bağlı guya azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Maraqlıdır ki, AP-də keçirilən təcili dinləmələr ilə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan XİN-nə, nə də Azərbaycanın Brüsseldəki Səfirliyinə hər hansı müraciət daxil olmadığı bildirilir. Bu isə, R.Harmsın heç də həqiqəti söyləmədiyini, onun sadəcə yalan və qərəz üzərində danışdığını sübuta yetirir.

Daha bir məsələ isə, bədnam müzakirələr zamanı Azərbaycanda insan hüquqlarından dəm vuran AP üzvlərinin ən vacib amilə toxunmamalarıdır. Daha dəqiq desək, onların heç biri öz çıxışlarında fundamental hüquqları pozulmuş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün yurd-yuvalarından didərgin salınması, erməni işğalçıları tərəfindən qarşılaşdıqları vəhşiliklər barədə bir kəlmə də olsun danışmayıblar və ümumiyyətlə yada salınmayıblar. Əlbəttə ki, belə məqamda biz, AP-üzvlərinin riyakarlıqlarının, ikiüzlülüklərinin şahidlərinə çevrilmiş oluruq!

Sesilia Malstrom öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb

Onu da qeyd edək ki, sözügedən müzakirələrdə çıxış edən (müzakirələrdə iştirak edən Aİ-nin ən yüksək səviyyəli rəsmisi) Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malstrom öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb və qeyd edib ki, Aİ diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur.

AP-ni 1 milyon qaçqınımız deyil, Mehman Hüseynov üzərində qurulmuş şou və LGBT maraqlandırır…

Həmçinin, qətnamədə xüsusi ağırlıq verilən məqamlardan biri də, Azərbaycan gey, lesbiyan və digər seksual azlıqların və ya LGBT icması adlanan şəxslərin hüquqlarının müdafiəsidir. Ümumiyyətlə, 1 milyon insanımızın hüquq pozuntuları, zorla yurd-yuvalarından qovulmaları və bütün bunların təcavüz, işğal nəticəsində baş verdiyi halda, digər lüzumsuz məsələlərin qabardılması AP-nin Azərbaycan dövləti ilə təzyiq, qərəz dilində danışmaq cəhdlərinin göstəricisidir. Lakin bəri başdan onu da qeyd edə bilərik ki, müstəqil siyasət yürüdən Azərbaycan dövləti heç bir halda, bu cür siyasi-teatral tamaşa-şoularını ciddi olaraq qəbul etmir. Çünki bütün bunlar həm də Azərbaycan xalqının iradəsinə qarşı hesablanmış mənfur addımdır.

Emin Hüseynov niyə əl-ayağa düşüb və məyus olub?

Diqqət çəkici və önəmli bir məqam isə M.Hüseynovun qardaşı Emin Hüseynovun qətnamə üzrə səsvermədən az öncə AP üzvlərinə təlaş içində elektron məktub ünvanlamasıdır. Bu məktubunda Komissar Malstromun çıxışında M.Hüseynovun aclıq aksiyası keçirmədiyi sözlərindən böyük peşmançılıq hissi yaşadığı hiss edilən qardaş Hüseynov özü, bunu “şok oldum” kimi yazır. Çox maraqlıdır ki, görəsən o, yüksək səviyyəli Aİ rəsmisinin həqiqəti dilə gətirəcəyini gözləmədiyi üçün şok keçirdib, yoxsa M.Hüseynovun əldə olunmuş razılığa əməl etmədiyindən dərin məyusluq keçirib?! Strasburqa AP üzvləri ilə görüşlər keçirərək hər kəsi sifariş əsasında qurduqları şouya inandırmağa çalışan E.Hüseynovun səsvermə öncəsi deputatlara isterik şəkildə yazdığı müraciəti bir daha isbat edir ki, bu insanı qardaşı M.Hüseynovun taleyi maraqlandırmır, o, bu oyundan əldə edəcəyi şəxsi maraqlarını güdür və onun havadarlarının sifariş verdiyi musiqini ifa edərək, onların xoşhal olmalarına çalışır.

Qərəzli qətnamə üzə çıxan kimi, onu ilk ictimailəşdirən məhz erməni KİV-ləri olub!

Diqqətlərdən yayınmayan bir məqam da AP-nin qəbul etdiyi qətnamə barədə ilk məlumatın məhz erməni mətbuatında işıqlandırılmasıdır. Bu isə belə nəticəyə gəlməyə əsas yaradır ki, ermənilər Azərbaycan əleyhinə yönəlmiş həmin qətnamənin qəbulunu gözləyirdilər. Şübhəsiz ki, bu kimi məsələlərdə AP-nin dəyirmanına su tökənlərin kim olduğu kimsəyə sirr deyil. Çünki daha öncələr də ani-Azərbaycan xarakterli qətnamələr, hesabatlar, bəyanatlar səslənərkən, onların hər biri dərhal Ermənistan mediasında işıqlandırılır, bunun ardınca isə, özlərini “Azərbaycan müxalifətinin liderləri” kimi zorən xalqa sırımağa cəhd edən xəyanətkar ünsürlərin sosial şəbəkələrindəki səhifələrini “bəzəyir”...

Bu əsassız qətnamə də əlbəttə ki, rədd edilənlər siyahısına əlavə edilərək, tarixin zibil urnasına atılacaq!

Beləliklə, bütün bunlardan məntiqi nəticə hasil edərək bu cür qənaətə gəlmək olar ki, AP-nin böhtan və qərəz xarakterli qətnaməsinin heç bir qüvvəsi, təsiri yoxdur. Çünki bizlər zaman-zaman bəzi məlum qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etdiklərinin şahidi olmuşuq. Bu da bir həqiqətdir ki, belə alətlərdən istifadə edən şəxslər elə M.Hüseynov kimilərinin taleyi üzərində öz məkrli planlarını reallaşdırmağa çalışırlar. Lakin belə cəhdlərin uğursuzluqla nəticələnəcəyini də bəri başdan vurğulamaq mümkündür. Nə Azərbaycan xalqı, nə də heç bir vətənsevər şəxs, kimlərinsə çirkin maraqlarına görə öz dövlətinin maraqlarına, xalqın iradəsinə qarşı çıxış edən mənfur addımları dəstəkləmir, əksinə rədd edir. Bu əsassız qətnamə də əlbəttə ki, rədd edilənlər siyahısına əlavə edilərək, tarixin zibil urnasına atılacaq!

Rövşən RƏSULOV

SİA

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib - 19 / 04 / 2019 14:44
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10
Dünya Hemofiliya Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilib- FOTO - 16 / 04 / 2019 19:02
“Rəqəmsal foto” kursunun ilk məzunları öz işlərini təqdim etdilər - 16 / 04 / 2019 18:38
Gənclər üçün Təhsil Mərkəzi “Gələcək üçün” ümumrespublika marafonuna start verdi - 16 / 04 / 2019 14:24
Ziba Nəbiyeva: "Bir dəfə, o da müqavilə imzalandığı gün Şuraya gəldim" - 16 / 04 / 2019 14:20
Büllur Cavadqızı: “SƏLİS və RAHAT: QHT-lərə xidmətdə mükəmməl yenilik” - 16 / 04 / 2019 04:13
Regional QHT-lərin iştirakı ilə “VCT ölçü meyarı” müzakirə olunub - 15 / 04 / 2019 18:51
Niyaməddin Orduxanlı: “Azay Quliyev QHT-lər üçün mükəmməl SƏLİS xidməti yaradıb - 15 / 04 / 2019 14:13
QHT sədri: “Adı da özü kimidir: rahatlıq və SƏLİSlik” - 15 / 04 / 2019 14:00
QHT sədri: Düşünürdüm ki, necə olacaq, amma çox rahat oldu - 15 / 04 / 2019 12:56
MQF prezidenti Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda iştirak edir - 15 / 04 / 2019 12:50
“Danışan qəlblər”adlı foto layihə - 15 / 04 / 2019 12:00
3rd International Photo Salon «Georgian Drag – 2019» - 15 / 04 / 2019 11:58
Dübəndi Qayalıqlarında təmizlik aksiyası. - 15 / 04 / 2019 11:55
Ostrava Universitetində fotosərginin açılışı baş tutmuşdur. - 15 / 04 / 2019 11:52
Azərbaycanlı məktəblilər beynəlxalq müsabiqədə qalib gəldilər - FOTO - 14 / 04 / 2019 16:01
Təranə Məmmədova: "Məktəblilərə diqqət, qayğı və sevgi ilə yanaşaq" - 13 / 04 / 2019 07:58
"Mehriban Əliyevanın rəhbərliyi altında komissiyanın yaradılması islahatların sürətlənməsinə təkan verərdi" - 12 / 04 / 2019 15:22
Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO - 12 / 04 / 2019 15:17