Elməddin Behbud: ... Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq
A A A
01/18/2019
Oxunma sayısı : 898

Əminəm ki, Cənab Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarının qorunmasıyla bağlı həyata keçirdiyi qətiyyətli siyasət dövlətimizi əl buyruqçusu rolunda görmək üçün davamlı fəaliyyətdə olan ermənipərəsət xarici dairələrin alətinə çevrilənlərin iştirak etdiyi bu "layihəni" də uğursuzluqla bitirəcək və Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq. 

QHT.az xəbər verir ki, bunu Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud deyib. O bildirib:

"Avropalıların "Rədd olsun bir pors, yaşasın yarım pors!" sərsəmliyinə qahmar çıxması.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətli ölçüdə dərinləşdirilməsini ehtiva edən və bu il imzalanması gözlənilən sazişlə bağlı aparılan danışıqların normal məcrada inkişafından narahat olan antiazərbaycan qüvvələrin varlığı heç kimə sirr deyil. Bunlar demək olar ki, fasiləyə çıxmadan çalışırlar. Sadəcə biz bu cinahın bəzən yaxın, bəzən də uzaq məsafədən açdığı atəşin səsini eşidirik. Mövzuyla bağlı vurğulanması vacib olan bir neçə önəmli məsələ var. 

Bunlarla bağlı fikirlərimi geniş şəkildə yazmağa xüsusi ehtiyac görmədiyimdən sadəcə bir neçə məqamın üzərində dayanacam. Regionda geosiyasi aktorların gedişlərini davamlı izləyənlər yaxşı anlayır ki, ölkəmizlə münasibətlərin pisləşməsinə xidmət edən bolşeviklərin Azərbaycanı işğal etdikləri ilk dövrlərdə irəli sürdükləri "rədd olsun papaq, yaşasın kepka" devizindən daha məntiqsiz görünən "rədd olsun bir pors, yaşasın yarım pors" sərsəmliyi və prinsipsizliyilə ilə "aclıq" aksiyası keçirdiyi iddia olunanın müdafiəsi üçün qəbul olunduğu deyilən dünənki qətnamə heç Avropa İttifaqının da mənafeyinə xidmət etmir. Bu baxımdan məlum qətnamənin qəbulu bir yandan Avropa Parlamentinin deputatlarının birtərəfli qaydada və yanlış informasiya vasitəsilə yönləndirilməsindən qaynaqlanırsa, digər tərəfdən isə məlum "aclıq aksiyası" şousunun öncədən planlaşdırıldığının və müvafiq lobbi qruplarının məqsədyönlü fəaliyyətindən irəli gəlir. Bu əsnada təbii ki, beşinci kalonun fəallığını artırmasını da diqqətdən kəbarda qoymaq olmaz.

Doğrudur, real faktlara, həqiqətə söykənəcəyi halda fərdi qaydada insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çağırışları hardasa normal qəbul etmək (bunun təzyiq alətinə çevirilməməsi şərtilə) olar. Ancaq heç kim məni və eləcə də ictimaiyyətimizi 30 ilə yaxın müddətdə məcburi köçkün olan bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarını kobud şəkildə pozan Ermənistanın cinayətkar hakimiyyətinə qarşı sanksiya tətbiqindən yayınan bir qurumun bu tip qərarlarının səmimiyyətinə inandıra bilməz! 

Rəsmi qurumların açıqlamalarını bir kənara qoya bilərik, bəs Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malstromun müzakirələr zamanı etdiyi çıxışda Aİ ölkələrinin Azərbaycandakı diplomatlarının Mehman Hüseynova baş çəkdiyini və onun aclıq aksiyasını dayandırdığını deməsinin də antiazərbaycan qüvvələrin mövqeyində hər hansı dəyişikliyə səbəb olmamasını necə izah edək?! 

Əminəm ki, Cənab Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarının qorunmasıyla bağlı həyata keçirdiyi qətiyyətli siyasət dövlətimizi əl buyruqçusu rolunda görmək üçün davamlı fəaliyyətdə olan ermənipərəsət xarici dairələrin alətinə çevrilənlərin iştirak etdiyi bu "layihəni" də uğursuzluqla bitirəcək və Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq. 

Bu birmənalıdır! Ancaq bir məsələnin üzərindən sükutla keçsəm olmaz. Qətnamədə xüsusi vurğulanan məqamlardan biri də ölkəmizdə LGBT "icma"sı adlanan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müddəanın olmasıdır. Görəsən Azərbaycan əlehinə qəbul edilən hər bir sənədi doğum günləri kimi sevinclə qeyd edən radikallar bu qətnamənin hansı tələbinə görə daha çox şad olublar?!" – Elməddin Behbud qeyd edib.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10