Psevdomedia nümayəndələrinin növbəti məyusluğu
A A A
01/25/2019
Oxunma sayısı : 690

Prezident İlham Əliyevin məhkum bloqer Mehman Hüseynov barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyəsi bir sıra antiazərbaycan qüvvələrin planlarını alt-üst etdi. Bu, dövlət başçısının hər zaman belə məsələlərə həssaslıqla yanaşdığını, öz fəaliyyətində daim ədalət və humanizm prinsiplərini rəhbər tutduğunu, həmçinin bütün dövlət məmurlarından da eyni yanaşmanı tələb etdiyini bir daha ortaya qoydu. Həmin siyasətin təzahürü kimi onlarca amnistiya aktını, əfv haqqında sərəncamları misal göstərə bilərəm. 


Cənab Prezidentin bu addımı ilə həm də Azərbaycana qarşı “qara piar” kampaniyası aparan bir sıra xarici təşkilatların əlaltılarının, eləcə də özlərini müxalifət təmsilçiləri hesab edən, əslində isə ölkəmizə qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparan, böhtan dolu saxta məlumatlar yayan psevdomedia nümayəndələrinin niyyətləri ifşa olundu.


Şübhəsiz ki, bu qüvvələrin marağında Mehman Hüseynovun azadlığa çıxması deyil, onların öz maddi və siyasi tamahları əsas idi. Ona görə də onlar yeri gələndə çirkin niyyətlərinin reallaşması üçün ölkədə iğtişaşlar törətmək niyyətlərini də gizlətmirdilər. Lakin yuxarıda vurğuladığım kimi, Azərbaycan Prezidentinin sözügedən məsələni şəxsi nəzarətinə götürməsi xalqa və dövlətə qarşı aqressiv çağırışlar edən həmin şəxsləri, necə deyərlər, tutduqları yoldan çəkindirdi. Beləliklə də, onlar Mehman Hüseynov şousundan yararlana bilmədilər. 


Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə dərinləşdirilməsini ehtiva edən və bu il imzalanması gözlənilən sazişlə bağlı aparılan danışıqların normal məcrada getdiyi bir dönəmdə belə şounun qurulması və bunun ətrafında “qara piar” aparılması, əlbəttə, düşmənlərimizin keçirdiyi narahatlığın ifadəsidir. 


Dövlətin güclənməsindən əndişələnən antiazərbaycan qüvvələrin varlığı heç kimə sirr deyil. Bu baxımdan, guya, blogerlə bağlı məlum qətnamənin qəbulu bir yandan Avropa Parlamentinin deputatlarının birtərəfli qaydada və yanlış informasiya vasitəsilə yönləndirilməsindən ­qaynaqlanırsa, digər tərəfdən, müvafiq lobbi qruplarının məqsədyönlü fəaliyyətindən irəli gəlir.


Doğrudur, real faktlara, həqiqətə söykənəcəyi halda fərdi qaydada insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çağırışları hardasa normal qəbul etmək (bunun təzyiq alətinə çevirilməməsi şərtilə) olar. Ancaq heç kim məni və eləcə də ictimaiyyətimizi 30 ilə yaxın müddətdə məcburi köçkün olan bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarını kobud şəkildə pozan Ermənistanın cinayətkar hakimiyyətinə qarşı sanksiya tətbiqindən yayınan bir qurumun bu tip qərarlarının səmimiyyətinə inandıra bilməz! 


Rəsmi qurumların açıqlamalarını bir kənara qoya bilərik, bəs Avropa İttifaqının ticarət komissarı Sesilia Malstromun müzakirələr zamanı etdiyi çıxışda Aİ ölkələrinin Azərbaycandakı diplomatlarının Mehman Hüseynova baş çəkdiyini və onun aclıq aksiyasını dayandırdığını deməsinin də antiazərbaycan qüvvələrin mövqeyində hər hansı dəyişikliyə səbəb olmamasını necə izah edək?! 


Yuxarıda xatırlatdığım kimi, məsələnin təfərrüatı Azərbaycan Prezidentinin diqqətinə çatdırıldıqdan sonra dövlət başçısı bu müraciətə dərhal reaksiya verərək məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun istintaq işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini respublika Baş prokuroruna tövsiyə etdi. 


Beləliklə, cənab İlham Əliyevin Azərbaycanın milli maraqlarının qorunması ilə bağlı həyata keçirdiyi qətiyyətli siyasət dövlətimizi əl buyruqçusu rolunda görmək üçün davamlı fəaliyyətdə olan ermənipərəst xarici dairələrin alətinə çevrilənlərin qoşulduqları “layihə”ni uğursuzluğa düçar etdi. 

 

Elməddin BEHBUD, 
“Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri


XALQ qəzeti

ŞƏRHLƏR
XƏBƏRLƏR
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10