Türkdilli dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumu keçirildi
A A A
01/27/2019
Oxunma sayısı : 528

Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistanın dövlət və özəl sektorlarda çalışan PR mütəxəssislərini bir araya gəldilər


Bakıda Yanvarın 26-da Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu keçirildi. Foruma dövlət qurumları və özəl şirkətlərin mətbuat katibləri, PR mütəxəssisləri, media və ictimaiyyət və media nümayəndələri qatılmışdılar.


Forum Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.

Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri, "Baku School of PR" şirkətinin direktoru İlham Məmmədzadə forumun ölkədə PR mütəxəssislərinin hazırlanmasında ciddi rol oynayacağını bildirdi. O qeyd etdi ki, bu Forumun keçirilməsində məqsəd türkdilli dövlətlərin PR mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün yeni bir platforma yaratmaq, habelə bu ölkələrdə ictimaiyyətlə əlaqələr sektorunun inkişafına töhfələr verməkdir. İ.Məmmədzadə vurğuladı ki, ilk forumunun Bakıda keçirilməsi ölkəmizin türkdilli dövlətlərin inteqrasiya mərkəzinə çevrilməsinin bariz nümunəsidir: “Türkdilli Dövlətlərin PR (ictimaiyyətlə əlaqələr) Mütəxəssislərinin Birinci Bakı Forumu türkdilli dövlətlərin inteqrasiyasına yönəlmiş fəaliyyətinə dəstək olan, bu dövlətlərin PR mütəxəssislərini ilk dəfə olaraq bir araya yığan və onların əməkdaşlığı üçün platforma və şəbəkə yaratmaq, əməkdaşlıq yolları barədə müzakirələr aparmaq, müasir demokratik cəmiyyətlərin mühüm idarəetmə elementlərindən biri olan PR-ın bu ölkələrdə inkişafına yardım etmək və s. bu kimi məqsədlər üçün təşkil olunan beynəlxalq konqresdir. Forum Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistanın dövlət və özəl sektorlarda çalışan PR mütəxəssislərini bir araya gətirib”.

Bakı Forumunun birinci sessiyasında “Müasir kommunikasiya texnologiyalarının inkişaf trendləri” müzakirə edildi.

Spikerlər - Beynəlxalq PR Assosiasiyasının prezidenti Svetlana Stavreva “Rəqəmsal transformasiya və süni zəka dövründə hekayəmizi necə danışmalı?”, Türkiyə Halkla İlişkiler Dərnəyinin rəhbəri Gonca Karakaş “İctimaiyyətlə əlaqələrdə gələcəyin trendləri, Azərbaycan KeepFace şirkətinin həmtəsisçisi Emin Vəliyev “Müasir kommunikasiya kanalları və influenserlər, biznes məsləhətçi, “Afandi Consultancy Azərbaycan” şirkətinin rəhbəri İlham Əfəndiyev “Effektiv Dijital PR” mövzusunda çıxışlar etdilər.


İkinci sessiyada (“Ölkə brendi və PR”) spikerlər Ceyda Aydede (PR Mütəxəssisi, IPRA-Nın Keçmiş Prezidenti – Türkiyə) “Ölkənin marketinqi və PR-ı necə edilir?, Vəli Əlibəyov (Avropa Ekspertlər Şurasının üzvü – Azərbaycan): “Ölkə brend ola bilərmi?, Gülnurə Toraliyeva (Bishkek School of PR – Qırğızıstan) “PR-da strateji yanaşmalar və böhranəleyhinə kommunikasiyalar, Asif Usubəliyev (Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru – Azərbaycan): “Türk mədəniyyətinin təbliği işində PR texnologiyaların imkanları” mövzularında danışdılar.


Üçüncü sessiya (Türkdilli ölkələrdə PR-ın vəziyyəti: problemlər və perspektivlər) Kamran Əliyev (APRA-nın xarici əlaqələr koordinatoru – Azərbaycan): “Azərbaycanda ictimaiyyətlə əlaqələr: pərakəndə PR yoxsa kampaniya əsaslı PR?, Tariel Cəlallı (Action Global Communications, Qazaxstan Ofisinin Rəhbəri): “Qazaxıstanda PR bazarı və trendlər”, Afət Yaqubova (Laboratoriya PR Agentliyi, direktor – Azərbaycan): “Medianın pullu olduğu dövrdə PR PRdırmı?”, Jaloliddin Usmanov (Beynəlxalq Press Klub, sədr müavini – Özbəkistan): “Özbəkistanda PR” mövzularında çıxış etdilər.

Çıxışlardan sonra iştirakçılar və spikerlər arasında interaktiv debatlar aparıldı.

Foruma qatılan “Yeni Müsavat” qəzetinin redaktoru, “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli PR-dakı çatışmazlıqlar, dövlət qurumları və şirkətlərin media və ictimaiyyətlə əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşdü, spikerlərlə debat apardı.


Tədbirin sonunda mükafatlandırma mərasimi oldu. Daha sonra Forum iştirakçıları “Qala gecəsi”ində bir araya gəldilər.


M.MAHRIZLI
Musavat.com

51279093_2213152542336896_5480537668817256448_n.jpg (73 KB)

1548486031624376510_1000x669.jpg (76 KB)

50574824_10206071791949428_8020813904445702144_n.jpg (64 KB)

15484860311617829466_1000x669.jpg (172 KB)

15485018645775711141_1000x669.jpg (100 KB)

50625304_10206071888991854_9052526093315080192_n.jpg (42 KB)

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT "XOCALIYA ƏDALƏT" adlı tədbir keçirib - 22 / 02 / 2019 07:01
Prezident QHT-yə 1 milyon manat ayırdı - Sərəncam - 22 / 02 / 2019 06:38
“Sağlamlığa Xidmət”in fəaliyyəti Avropa Koalisiyası tərəfindən ƏN YAXŞI LAYİHƏ adına layiq görülüb - 21 / 02 / 2019 20:03
“Mənəvi dəyərlərimiz gələcəyimizdir” adlı konfrans keçirilib - 21 / 02 / 2019 19:38
Tələbələr arasında “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində seçim turları davam edir - 21 / 02 / 2019 19:35
İpək Yoluna Dəstək Qrupunun toplansında mühüm qərarlar qəbul edilib - 21 / 02 / 2019 19:27
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peyntbol yarışı təşkil olunub - 21 / 02 / 2019 19:27
İsgəndərlinin indi söydüyü şəxsə türmədən şok məktubu - Video - 21 / 02 / 2019 19:20
Dini azadlıq, yoxsa dini təxribat komissiyası? - 20 / 02 / 2019 18:23
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - 20 / 02 / 2019 16:12
"Yardımlı rayonu Porsova kəndində tibb məntəqəsinin tikintisi" layihəsinin imzalama mərasimi keçirilib - 20 / 02 / 2019 16:01
Masallıda Region Gəncləri arasında Biznes Plan Çempionatı keçirilib - 20 / 02 / 2019 14:53
Aqrar inkişaf könüllüləri aqrar jurnalistika ilə bağli layihənin icrasina başlayib - 20 / 02 / 2019 14:43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QHT-ləri müsabiqəyə dəvət edir - 20 / 02 / 2019 14:38
"Səssizliyin Səsi Olaq" layihəsi Gəncə Dövlət Universitetində təqdim olunub - 20 / 02 / 2019 14:33
QHT FIFA-ya müraciət edib: "Xankəndində Avropa Kubokunun keçirilməsi qanunsuzdur - 20 / 02 / 2019 14:22
“Xocalı Şikəstəsi” adlı kitabının təqdimat mərasimi keçiriləcək - 20 / 02 / 2019 14:13
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə YOX dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 17:29
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37