QHT sədri Avropa Parlamentinə müraciət etdi
A A A
01/31/2019
Oxunma sayısı : 725
Niyaməddin Orduxanlı Avropa Parlamentinə müraciət etdiTanınmış Qeyri-Hökmət Təşkilatının ( QHT ) sədri Niyaməddin Orduxanlı Avropa Parlamentinə və Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatına (ATƏT) rəsmi müraciət ünvanlayıb.

Bununla bağlı QHT.az saytına açıqlama verən QHT sədri bildirib ki, beynəlxalq təşkilatlara müraciət etməsinin əsas səbəbi Ermənistan Respublikasının "Nubarasen” təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və "Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan 52 günlük açlıq aksiyasından sonra vəfat etməsidir:
" Təşkilatımın adından Avropa Parlamentinin nümayəndələrinə müraciət etdi ki, Ermənistan Respublikasının "Nubarasen” təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və "Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan 52 günlük açlıq aksiyasından sonra vəfat edib. Bu şəxs siyasi fəaliyyətinə görə qondarma ittihamlarla həbs edilib və buna etiraz olaraq keçən il dekabrın 5-də aclıq aksiyasına başlayıb. Ermənistanda siyasi hakimiyyət dəyişəndən dərhal sonra yüzlərlə siyasi fəal, partiya üzvləri, keçmiş hərbiçilər həbs olunub. Ölkənin keçmiş prezidenti Robert Koçaryan hal-hazırda həbsdədir. Ermənistanda yaşanan proseslər Avropa Parlamenti (AP) kimi qurumların diqqətindən kənarda qala bilməz. Demokratik ənənələri, insan hüquqlarını əsas meyar tutan Avropa Parlamenti baş verən hadisəni sükutla qarşılamamalıdır. Xatırlatmaq istərdik ki, Avropa Parlamenti yanvar ayının 17-də təcili qaydada azərbaycanlı bloqçu Mehman Hüseynovun işi ilə bağlı Azərbaycanda qətnamə qəbul etmişdi. Orada Mehman Hüseynovun guya açlıq elan etdiyinə, bu şəxsə qarşı guya yenidən ittiham irəli sürüldüyünə etiraz ifadə olunurdu. Halbuki, bu iddiaların heç biri tam təsdiqini tapmadı və Mehman Hüseynova qarşı da heç bir yeni ittiham irəli sürülmədi. Təcridxanada mübahisə etdiyi şəxslə barışdı və məsələ müsbət həll olundu. Avropa Parlamenti Mehman Hüseynov məsələsini araşdırmadan dərhal Azərbaycan qarşı qətnamə qəbul etdi. Bu gün Azərbayan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Ermənistanda aclıqdan ölən siyasi məhbusla bağlı Avropa Parlamentinin analoji addımı ataraq obyektivlik naminə Ermənistana qarşı dərhal qətnamə qəbul edəcəyini gözləyir. Əks halda Azərbaycan xalqı Avropa Parlamentinin qərəzli, demokratik prinsiplərdən uzaqlaşmış, ikili standartlarla fəalliyyət göstərən qurum kimi qəbul edəcək. Parlamentarilər Ermənistanda siyasi məhbusun ölümünü sıradan bir hadisə kimi qiymətləndirməməlidir.

Sizə sual edirik: Niyə susursunuz?!

Azərbaycanı olmayan hadisələrdə ittiham edən, hədəf seçən və ona qarşı yubanmadan qətnamə çıxaran Avropa Parlamenti Ermənistanda baş verən daha ağır hadisəni niyə görməməzliyə vurur? Hər bir parlamentari üzvülərini post sovet ölkələrinə münasibət də ayrıseçkiliyə son qoymağa çağırıram! Bərabər hüquqli münasibətin olmasına əməl etməyə dəvət edirəm! Bütün bunlara son qoyulmalıdır! Müsəlman ölkələrinə ədalətli yanaşmağı və Avropada islamafobiyanın yayılmamasına imkan verməməlisiniz! Bu, bir insanlıq borcudur!”
Niyaməddin Orduxanlının sözlərinə görə, müraciət ingilis dilinə tərcümə olunaraq, hər iki qurumun rəsmi elektorn ünvanlarına göndərilib: " Bizim təşkilatın bu sahədə təcürəbəsi var. Bu günə qədər Azərbaycanın dövlət və milli maraqlarını, həmçinin Qarabağ məsələsinə dair bir necə rəsmi müraciətmiz olmuşdu. Hətta Avropa Parlamentinin bir necə deputatı rəsmi cavab məktubu da göndərmişdi. İnanıram ki, bu dəfə də beynəlxalq qurumlar və parlament üzvüləri bizim təşkilatın rəsmi müraciətinə cavab verəcəklər.”

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10