Təranə Məmmədova: "Əhalinin psixoloji durumunun tənzimlənməsi işində böyük inkişaf yaranacaq"
A A A
01/28/2019
Oxunma sayısı : 427

Təranə Məmmədova: "Yeni qanunun tətbiqi  ölkə başçısının "Mən hər bir azərbaycanlının Prezidentiyəm" fikrinin bir daha təsdiqidir"

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2018-ci il tarixində imzaladığı “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ölkə başçısı tərəfindən 25 yanvar 2019-ci ildə imzaladığı Fərmanla qüvvəyə mindi. 

Fərmanda qərara alınır ki, Nazirlər Kabineti qanun və aktların “Psixoloji yardım haqqında” Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Prezidentə təqdim etsin.  

Psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin, psixoloqların hüquq və vəzifələrinin müəyyən olunmasını, bu sahədə yaranan münasibətlərin tənzimlənməsini  özündə etiva edən Qanunun tətbiqi ilə ölkə vətəndaşlarının psixi durumunun tənzimlənməsi istiqamətində hansı yeniliklərin olacağına aydınlıq gətirmək məqsədilə Loqos Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq Təranə Məmmədova açıqlama ilə çıxış edib.

Öncə Qanunda istifadə olunan anlayışlar barədə izahat verən T.Məmmədova ilkin və təcili psixoloji yardım, psixoanaliz, böhran vəziyyəti, ailə terapiyası, davranış psixologiyası, neyropsixologiya, psixopatologiya, klinik psixologiya, psixoloq, psixoloji problem, psixoloji yardım anlayışlarının mənalarının lakonik və məzmunlu formada ifadə olunduğunu diqqətə çatdırıb. 

Psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlər yardımın tərkib hissəsidir. 
Mərkəz rəhbəri bildirib ki, qanunun tətbiqi nəticəsində yardımın növü, forması, müddəti, keyfiyyətinə  dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq olunan minimum tələblərin məcmusu, o cümlədən ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtləri, bu yardımı göstərmək hüququ olan şəxslərə dair tələblər, kliniki psixoloqlara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması, ləğv edilməsi  qaydası Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcək. 

T.Məmmədovanın sözlərinə görə, qanunun tətbiqi zamanı əhaliyə yüksək psixoloji yardımın əsas istiqamətləri üzrə nəzarəti şəxsən ölkə başçısının öz üzərinə götürməsi "Mən hər bir azərbaycanlının Prezidentiyəm" fikrinin növbəti dəfə təntənəli şəkildə təsdiqidir. 

Loqos Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru qanunda Psixoloji yardımın növləri və formalarının profilaktika, maarifləndirmə, konsultasiya, psixoloji dəstək, müayinə (diaqnostika), psixoterapiya, reabilitasiya, korreksiya, treninq - təlim anlayışları əsasında dəqiqliyi ilə göstərildiyini deyib. 
O, yardımın prinsipırinə də aydınlıq gətirib. Bildirib ki, psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir, yardımın anonimliyi qorunur.

Qanunda psixoloji yardım göstərmək hüququ olan şəxslərin vəzifələri də göstərilib. T.Məmmədovanın sölərinə görə,  peşəkar, keyfiyyətli və standartlara uyğun psixoloji yardım göstərmək; onun hüquqları, vəzifələri, növləri, formaları, şərtləri, qaydaları və ehtimal edilən nəticələri haqqında məlumat vermək; yardım göstərməkdən imtina etdikdə, səbəbləri barədə şəxsə və ya onun qanuni nümayəndəsinə məlumat vermək; şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; psixoloji yardım standartlarına və qaydalarına, psixoloqun peşə etikasına riayət etmək; şəxs haqqında məlumatın konfidensiallığını təmin etmək; müayinənin nəticələrinə uyğun olaraq digər yüksək ixtisaslı mütəxəssislərlə psixoloji konsilium təşkil etmək bu vəzifələrə aiddir. 

Mərkəz rəhbəri onu da vurğulayıb ki, belə bir mütərəqqi qanunun tətbiqi nəticəsində əhalinin psixoloji durumunun tənzimlənməsi işində böyük inkişaf yaranacaq, hər kəs cəmiyyətin saflaşması, dövlətin inkişafı, Vətənin çiçəklənməsi uğrunda öz üzərinə düşən məsuliyyəti daha dərindən və dəqiqliyi ilə dərk edəcək. 

Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Sağlamlığa Xidmət”in fəaliyyəti Avropa Koalisiyası tərəfindən ƏN YAXŞI LAYİHƏ adına layiq görülüb - 21 / 02 / 2019 20:03
“Mənəvi dəyərlərimiz gələcəyimizdir” adlı konfrans keçirilib - 21 / 02 / 2019 19:38
Tələbələr arasında “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində seçim turları davam edir - 21 / 02 / 2019 19:35
İpək Yoluna Dəstək Qrupunun toplansında mühüm qərarlar qəbul edilib - 21 / 02 / 2019 19:27
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peyntbol yarışı təşkil olunub - 21 / 02 / 2019 19:27
İsgəndərlinin indi söydüyü şəxsə türmədən şok məktubu - Video - 21 / 02 / 2019 19:20
Dini azadlıq, yoxsa dini təxribat komissiyası? - 20 / 02 / 2019 18:23
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - 20 / 02 / 2019 16:12
"Yardımlı rayonu Porsova kəndində tibb məntəqəsinin tikintisi" layihəsinin imzalama mərasimi keçirilib - 20 / 02 / 2019 16:01
Masallıda Region Gəncləri arasında Biznes Plan Çempionatı keçirilib - 20 / 02 / 2019 14:53
Aqrar inkişaf könüllüləri aqrar jurnalistika ilə bağli layihənin icrasina başlayib - 20 / 02 / 2019 14:43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QHT-ləri müsabiqəyə dəvət edir - 20 / 02 / 2019 14:38
"Səssizliyin Səsi Olaq" layihəsi Gəncə Dövlət Universitetində təqdim olunub - 20 / 02 / 2019 14:33
QHT FIFA-ya müraciət edib: "Xankəndində Avropa Kubokunun keçirilməsi qanunsuzdur - 20 / 02 / 2019 14:22
“Xocalı Şikəstəsi” adlı kitabının təqdimat mərasimi keçiriləcək - 20 / 02 / 2019 14:13
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə YOX dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 17:29
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16