"Azərbaycan gəncliyi bu etimadı daim doğruldub" - Sənan Nəcəfov
A A A
02/05/2019
Oxunma sayısı : 434
Son zamanlar ölkəmizdə gənclər siyasəti hərtərəfli inkişaf etməyə başlayıb. Gənclərə göstərilən diqqət və qayğı gənclərdə də situmul yaradıb. 

Qeyd edək ki, hər il Azərbaycanda 2 fevral gənclər günü kimi qeyd edilir. 

Qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov gənclər siyasəti ilə bağlı münasibət bildirərkən deyib ki, ölkəmizdə gənclər siyasəti mahiyyət etibarilə və keyfiyyətcə yeni mərhələni yaşayır:

“Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, inkişafı üçün yaradılan şərait və imkan təbii ki, bu sahəyə göstərilən böyük diqqətin nəticəsidir. Ötən illər ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm işlər görülüb, böyük nəticələr əldə edilib. Azərbaycanda bütün sahələrdə gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib, könüllülük hərəkatı genişlənib. Araşdırmalar göstərir ki, 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırıb. Son illər Bakıda və regionlarda istifadəyə verilən “Gənclər ev”ləri gənclərin fərdi inkiaşflarına və yetişməkdə olan nəslin maraq dairəsini genişləndirməsinə böyük təkan verib.

Bəllidir ki, Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə, vacib forum və konfranslara ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunun göstəricisidir. Bu tədbirlər həm də dövlətimizin uğurla həyata keçirdiyi gənclər siyasətinə də töhfələr verir. Belə ki, Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunur, əcnəbi həmyaşıdlaı ilə təmas qurur, ünsiyyətədə olur, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırırlar.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı bunu deməyə əsas verir ki, Prezident İlham Əliyevin bəyan etdiyi “Neft kapitalının insan kapitalına çevrilməsi” prinsipi istiqamətində görülən tədbirlərin ən böyük təsiri məhz gənclərə olub.

Prezident İlham Əliyevin, Birinci-vitse prezident Mehriban xanım Əliyevanın Azərbaycan gəncləri gününə həsr olunmuş respublika toplantısında iştirak etməsi, ölkə rəhbərinin geniş, əhatəli nitq söyləməsi bu sahəyə verilən dəyərin göstəricisidir. Dövlət başçısının nitqində gənclərin dövlət strukturlarında irəli çəkilməsi, idarəetmə prosesinə cəlb edilməsi, onların təcrübələrinin artırılması, gənc alimlərimizə dəstək göstərilməsi və digər prinsipial məsələlər mühüm yer tuturdu. Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxundu, onların cəmiyyətin fəal üzvləri olduğunu dedi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Prezident vurğuladı ki, bizim gənclərimiz Azərbaycanın dövlət müstəqilliyini həmişə hər şeydən üstün tutmalıdır. Müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır.

Dövlət başçısının çıxışında əsas məqamlardan biri də gənclərə çağırış etməsi oldu. O bildirdi ki, bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. “Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq. Əlbəttə ki, gənclər bu sahədə bizim ən birinci yardımçılar ola bilərlər və olmalıdırlar. Ona görə ictimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir. Ona görə mən gəncləri bu məsələyə diqqət yetirməyə dəvət edirəm”.

Möhtərəm Prezidentimizin “Bugünkü gənc sabah ölkəmizi idarə edəcək” tezisi dövlət başçısının gənclərə etimad və münasibətinin bariz ifadəsidir. Bu, cənab İlham Əliyevin yeritdiyi kadr siyasətində də aydın nəzərə çarpır. Deyim ki, belə bir prioritet istiqamət hər zaman mühüm rol oynayır və idarəetmə prosesində xüsusilə önə çəkilir.

Burada onu da vurğulayım ki, cənab İlham Əliyev prezidentlik fəaliyyətində hər zaman gəncliyə inanıb, ona arxalanıb, eyni zamanda, sərhədlərimizin keşiyində duran, erməni təcavüzkarları ilə üzbəüz səngərlərdə dayanan gənc nəslə güvənib. Azərbaycan gəncliyi də, öz növbəsində, bu etimadı daim doğruldub. Xalqımız Aprel döyüşlərində bunun bir daha şahidi olub.

Bu gün cənab Prezident gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmasını, onların məşğulluğunun təmin edilməsini, dövlət idarəçilik sistemində iştirakı istiqamətində kompleks tədbirlər həyata keçirilməsini əsas hədəflər kimi qarşıya qoyub. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini də dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi ¬strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsinə öz töhfəsini verməyə çalışır.

Yekunda bir məsələni də qeyd etmək istərdim. Çox böyük ehtimal ki, Milli Məclisin yaz sessiyasında “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa ediləcək dəyişikliklərə baxılacaq. Bu dəyişikliklər gənclərin hərtərəfli inkişafı, onların məşğulluq məsələsinin təminatı, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi ilə bağlıdır. Qanunda yeni istiqamətlərdən biri peşə hazırlığı, sahibkarlığın dəstəklənməsi, ümumilikdə, dövlətin gənclər siyasəti ilə bağlı həyata keçirdiyi tədbirlərlə bağlı bütün təşəbbüslərin dəstəklənməsidir. Bundan başqa, müvafiq icra hakimiyyəti orqanları peşə, orta ixtisas və ali təhsilli gənclərin elektron uçotunu aparmağı nəzərdə tutur. Qanun layihəsində diqqət çəkən əsas məqamlardan biri odur ki, sosial müdafiəyə ehtiyacı olan, risk qrupu altında olan gənclərin, cəzaçəkmə müəssisələrindən çıxan, özlərindən asılı olmayan səbəblərdən işdə ixtisara düşən, hərbi xidmətdən tərxis olunan gənclərin işlə təmin olunma məsələləri və müvafiq icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının bu istiqamətdə proqramlara cəlb olunması nəzərdə tutulur.

Bütövlükdə, dövlət başçısı tərəfindən ölkədə həyata keçirilən gənclər siyasətinin məqsədi gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir”.

hafta.az

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib - 19 / 04 / 2019 14:44
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10
Dünya Hemofiliya Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilib- FOTO - 16 / 04 / 2019 19:02
“Rəqəmsal foto” kursunun ilk məzunları öz işlərini təqdim etdilər - 16 / 04 / 2019 18:38
Gənclər üçün Təhsil Mərkəzi “Gələcək üçün” ümumrespublika marafonuna start verdi - 16 / 04 / 2019 14:24
Ziba Nəbiyeva: "Bir dəfə, o da müqavilə imzalandığı gün Şuraya gəldim" - 16 / 04 / 2019 14:20
Büllur Cavadqızı: “SƏLİS və RAHAT: QHT-lərə xidmətdə mükəmməl yenilik” - 16 / 04 / 2019 04:13
Regional QHT-lərin iştirakı ilə “VCT ölçü meyarı” müzakirə olunub - 15 / 04 / 2019 18:51
Niyaməddin Orduxanlı: “Azay Quliyev QHT-lər üçün mükəmməl SƏLİS xidməti yaradıb - 15 / 04 / 2019 14:13
QHT sədri: “Adı da özü kimidir: rahatlıq və SƏLİSlik” - 15 / 04 / 2019 14:00
QHT sədri: Düşünürdüm ki, necə olacaq, amma çox rahat oldu - 15 / 04 / 2019 12:56
MQF prezidenti Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda iştirak edir - 15 / 04 / 2019 12:50
“Danışan qəlblər”adlı foto layihə - 15 / 04 / 2019 12:00
3rd International Photo Salon «Georgian Drag – 2019» - 15 / 04 / 2019 11:58
Dübəndi Qayalıqlarında təmizlik aksiyası. - 15 / 04 / 2019 11:55
Ostrava Universitetində fotosərginin açılışı baş tutmuşdur. - 15 / 04 / 2019 11:52
Azərbaycanlı məktəblilər beynəlxalq müsabiqədə qalib gəldilər - FOTO - 14 / 04 / 2019 16:01
Təranə Məmmədova: "Məktəblilərə diqqət, qayğı və sevgi ilə yanaşaq" - 13 / 04 / 2019 07:58
"Mehriban Əliyevanın rəhbərliyi altında komissiyanın yaradılması islahatların sürətlənməsinə təkan verərdi" - 12 / 04 / 2019 15:22
Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO - 12 / 04 / 2019 15:17
“Məhkəmə hüquq sistemində islahatlar və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 12 / 04 / 2019 14:24