GTM illik hesabatını təqdim edib
A A A
02/07/2019
Oxunma sayısı : 257
Fəal gənclər təşkilatlarından olan Gənclər üçün Təhsil Mərkəzi 2018-ci ildəki fəaliyyətinə dair illik hesabatını təqdim edib. 
 
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, Mərkəz ənənəvi olaraq, başa çatmış ildə gördüyü işlərə qiymət vermək, fəaliyyətindəki şəffaflığı təmin etmək, o cümlədən yeni ildə qarşıda duran vəzifələr barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə bu formatda toplantılar təşkil edir. 
 
F. Həsənzadə qurumun ötən illərdə olduğu kimi, 2018-ci ildə də fəaliyyətini əlaqələndirmək məqsədilə Bakı, Gəncə, Mingəçevir, Şirvan, Qarabağ (Ağcabədi) və Quba regional ofislərinin imkanlarından istifadə etdiyini diqqətə çatdırıb.  Mərkəzin əhatə dairəsini genişləndirmək məqsədilə Sumqayıt, Şəmkir, Ucar, Oğuz, Şabran və Lənkəranda da müvəqqəti nümayəndəliklər yaratdığı vurğulanıb. 
Qeyd olunub ki, Mərkəz ötən il ərzində əsasən “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın  prioritet istiqamətlərinə uyğun olaraq, ümumi sayı 142 olmaqla 28 iri və 118 kiçik miqyaslı layihə həyata keçirmişdir. Mərkəz sözügedən layihələrin maliyyələşdirilməsində həm dövlət, həm də özəl təşkilatlarla əməkdaşlıq etmişdir. Layihələr Azərbaycanın 30-dan çox  şəhər və rayonunda həyata keçirilmiş, ümumilikdə 12 min nəfərdən çox insana təsir etmişdir.  
 
Mərkəzin rəhbəri gənclərin rəqabətə davamlılığını təmin etmək və onların beynəlxalq  aləmdə  Azərbaycanın maraqlarını müdafiə etməsinə şərait yaratmaq məqsədilə beynəlxalq əməkdaşlığa üstünlük verildiyini də qeyd edib. Bildirib ki, Avropa Gənclər Klubları Konfederasiyasının tamhüquqlu üzvü olan Mərkəz vasitəsilə 50-ə qədər gənc müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. Avropa İttifaqının “Erasmus+ proqramı çərçivəsində də çoxlu sayda gənc müxtəlif təlim, konfrans və forumlarda iştirak etmişdir. 2018-ci il ərzində Mərkəzin rəhbərliyi Avstriya Təhsil Nazirliyi yanında Təhsildə Bərabərlik Koalisiyasının idarə heyətində təmsil olunmuşdur. 
 
F. Həsənzadə region gənclərinin məşğulluğunun artırılması, gənclər arasında peşə təhsilinin stimullaşdırılması məqsədilə regionlarda Peşə Təhsili üzrə Regional Məsləhət Xidmətinin, eləcə də Karyera Planlama Xidmətinin fəaliyyət göstərdiyini, Quba rayonunda gənclər üçün Biznes Planlama Xidmətinin yaradıldığını da diqqətə çatdırıb. O, Füzüli rayonunda gənc xanımların peşə bacarıqlarının artırılması üçün bərbər və dərzi kursları, Ağcabədi rayonunda aztəminatlı ailələrin qız övladları üçün  tikiş və toxuculuq kursunun davam etdiyini də vurğulayıb. 
 
Geniş hesabat dinlənildikdən sonra F. Həsənzadə sualları cavablandırıb, 2019-cu ildə həyata keçiriləcək bir sıra yerli və beynəlxalq layihə barədə məlumat verib. 
 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Sağlamlığa Xidmət”in fəaliyyəti Avropa Koalisiyası tərəfindən ƏN YAXŞI LAYİHƏ adına layiq görülüb - 21 / 02 / 2019 20:03
“Mənəvi dəyərlərimiz gələcəyimizdir” adlı konfrans keçirilib - 21 / 02 / 2019 19:38
Tələbələr arasında “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində seçim turları davam edir - 21 / 02 / 2019 19:35
İpək Yoluna Dəstək Qrupunun toplansında mühüm qərarlar qəbul edilib - 21 / 02 / 2019 19:27
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peyntbol yarışı təşkil olunub - 21 / 02 / 2019 19:27
İsgəndərlinin indi söydüyü şəxsə türmədən şok məktubu - Video - 21 / 02 / 2019 19:20
Dini azadlıq, yoxsa dini təxribat komissiyası? - 20 / 02 / 2019 18:23
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - 20 / 02 / 2019 16:12
"Yardımlı rayonu Porsova kəndində tibb məntəqəsinin tikintisi" layihəsinin imzalama mərasimi keçirilib - 20 / 02 / 2019 16:01
Masallıda Region Gəncləri arasında Biznes Plan Çempionatı keçirilib - 20 / 02 / 2019 14:53
Aqrar inkişaf könüllüləri aqrar jurnalistika ilə bağli layihənin icrasina başlayib - 20 / 02 / 2019 14:43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QHT-ləri müsabiqəyə dəvət edir - 20 / 02 / 2019 14:38
"Səssizliyin Səsi Olaq" layihəsi Gəncə Dövlət Universitetində təqdim olunub - 20 / 02 / 2019 14:33
QHT FIFA-ya müraciət edib: "Xankəndində Avropa Kubokunun keçirilməsi qanunsuzdur - 20 / 02 / 2019 14:22
“Xocalı Şikəstəsi” adlı kitabının təqdimat mərasimi keçiriləcək - 20 / 02 / 2019 14:13
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə YOX dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 17:29
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16