“Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib
A A A
02/08/2019
Oxunma sayısı : 595

|

Binəqədi rayon İcra Hakmiyyəti, Loqos Psixoloji və Nitq İnkişaf Mərəzi və Psixoloji Xidmət və Tədqiqatlar İB-nin  təşkilatçılığı ilə  283 saylı tam orta məktəbdə “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib.

Keçirilən tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, “Loqos” Psixoloji və Nitq İnkişaf  Mərkəzinin rəhbəri , psixologiya üzrə fəlsəfə doktoru  Təranə Məmmədova, 283, 3 saylı məktəblərin və 83 saylı məktəb liseyin müəllim, valideyn heyəti iştirak ediblər.

Tədbiri açıq elan edən 283 saylı məktəbin direktoru Tünzalə Zeynalova belə bir mövzuda tədbirin məhz rəhbərlik etdiyi məktəbdə keçirilməsini təqdirəlayiq hesab edib və təşkilatçılara təşəkkürünü bildirib.

Sonra çıxış edən “Loqos” Psixoloji və Nitq İnkişaf  Mərkəzinin rəhbəri Təranə Məmmədova tədbiri təşkilində göstərdikləri diqqətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib və natiq  ilkin və təcili psixoloji yardım, psixoanaliz, böhran vəziyyəti, ailə terapiyası, davranış psixologiyası, neyropsixologiya, psixopatologiya, klinik psixologiya, psixoloq, psixoloji problem, psixoloji yardım anlayışlarının mənalarının lakonik və məzmunlu formada ifadə olunduğunu diqqətə çatdırıb. Natiq qeyd edib ki, psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlər yardımın tərkib hissəsidir.

Daha sonra tədbirin moderatoru “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin  baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva tədbirin proqramı haqqında geniş məlumat verib.

Məruzə ilə çıxış edənlər psixoterapevt-psixoanalitik Elmir Əkbər, uşaq psixoloqu Aygül Məlikova və psixoloq Sara Sadıqlı müxtəlif psixoloji mövzular haqqında geniş məlumat veriblər və auditoriyanın suallarını cavablandırıblar.

Sonda çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir.  Natiq bildirib ki, mütəmadi olaraq rayonda belə mövzuda tədbirlərin təşkil edilməsi adət halını alıbdır. Psixi sağlamlığın qorunması geniş spektrli fəaliyyəti əhatə edir. Bu fəaliyyət birbaşa və ya dolayı yolla fiziki, mənəvi və sosial əmin-amanlığı təmin edir. Buraya sağlamlığın möhkəmləndirilməsi, psixi pozğunluğun profilaktikası, eləcə də psixi pozğunluqdan əziyyət çəkən insanların müalicəsi və reabilitasiyası aiddir. Dövlətimiz tərəfindən bu sahənin inkişaf etdirilməsi istiqamətində kifayət qədər işlərin görüldüyünü bildirib.

Tədbirdən sonra psixoloji müayinə üçün sualları olanlarla söhbət aparılıb.

 

Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi

ŞƏRHLƏR
XƏBƏRLƏR
Təranə Məmmədova: Bizə əzab verən hisslərdən necə qurtula bilərik? - 26 / 04 / 2019 06:55
SƏLİS-in e-vətəndaş proqramı bu dəfə ADU-da təqdim olundu -FOTO - 25 / 04 / 2019 18:04
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər - 25 / 04 / 2019 14:40
“ Kaфказъ и Средняя Азия” foto jurnalının 130 illik yubileyi. - 25 / 04 / 2019 12:00
“Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü keçirdi - 25 / 04 / 2019 11:55
“Nikah müqaviləsi”nin mahiyyəti və verdiyi təminatlar…- - 25 / 04 / 2019 11:40
"Loqos" elmi-publisistik psixoloji jurnalı Şuraya üzv edilib. - 25 / 04 / 2019 10:29
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22