Uğur üçün yaşayanlar
A A A
02/08/2019
Oxunma sayısı : 285

Bu yazılar, Mömin Sökmenin dediyi kimi, çox insana deyil, doğru insana danışmaq, hər kəsə, hər kəsimə deyil, uğur üçün yaşayanlara yazmaq, yüksəlmək üçün dünyaya gələnlərə göstərmək üçündür. Bu gün və ya bir gün bunun nə olduğunu, onun tam mahiyyətini, içindəkiləri mütləq anlayacaqlar.

Höte yüksək fikirlərini anlatdığı bir kitabı yazarkən deyirdi: “Bilirəm, dünya mənə, dənizdən minlərcə mil uzaqdakı dağın təpəsində, ixtiyari bir gəmi ixtira etmişəm kimi baxır. Amma zaman gələcək sular yüksələcək, mənim gəmim üzəcək və onu düzəldəni insan zəkasının heç çatmadığı bir yerə aparacaq”.

 

Tarix boyunca Çindən Qrinviçə, Barentsdən İynə burnuna qədər böyük coğrafi ərazidə “uçmağı bacaran ilk insan” olmaq üçün yüzlərlə, minlərlə macəra axtaran bəxtini sınayıb. Uğur taktikaları demək olar ki, fərqlənmirdi: quşları uğur örnəyi qəbul edir, qollara taxma qanad keçirilir və çox yüksək nöqtədən aşağı tullanırdılar. Praktik düşünməyə söykənən bu təcrübə əksər vaxt ya ölümlə, ya da qazanılmış əlilliklə bitirdi. Uçmağın nəzəri əsasları ilə maraqlanmadıqları üçün bu mövzunu araşdırmaq məqsədilə masa arxasında işləməyi boşuna itirilmiş vaxt sayırdılar. Onları maraqlandıran suallar sadə idi: uçmağa səbəb olan qanaddır, tüklərdir, yoxsa tüklü qanadın bədənə birləşməsi? Axı, dəvəquşunun qanadları və tükləri var, amma uça bilmir. Yarasanın qanadları var, tükləri yoxdur, uça bilir. Uçan sincabların qanadları, tükləri yoxdur, o da uça bilir. Bu qarışıq təcrübələr və nəzəriyyələr uçmaq arzusunda olan macəra axtaranların düşüncəsini alt-üst edirdi.

 

Məhz elə o ərəfədə holland-isveçrə kökənli riyaziyyatçı Daniel Bernouli “Hidrodinamika” kitabını yazır. Bu kitabda Bernouli, uçmağı deyil, uçduqdan sonra havada qala bilməyin sirlərini izah edirdi. Beləliklə, hazırda istifadə etdiyimiz modern uçuş texnologiyalarının təməli quş müşahidəçilərinin deyil, tutarlı riyazi formulları ilə ortaya iş qoyan dəqiq elmin nəticəsidir.

Uğur qapısına fərqli yönlərdən quraşdırılmış nərdivanlar qoyulub. Özünə inamı olmayanlar nərdivanların qarşısındakı ilk pilləyə ayaq qoymağa belə çəkinir, səhv yolla gedəcəklərindən qorxurlar. Orta təbəqə uğur nərdivanı ilə daha sürətlə necə qalxacağı üstündə baş sındırır. Oyun qurucuları isə üzərində hər kəsin qalxa biləcəyi bir uğur nərdivanı düzəldərlər. Bunlar həmin nərdivanı ən sürətlə qalxanlar deyil, sahibləridirlər. Niyə nərdivanla dırmaşmaq üçün növbəyə durursunuz? Özün yeni bir nərdivan inşa etsən, necə olar? Elə isə düşünün, başqa insanları da yüksəldəcək bir uğur platformasını necə yarada bilərsiniz?

Qədim romalılara görə, insan həyatını şəkilləndirən iki zər var. İlk zər doğuşdan atılır, ikincisi isə insanın mübarizəsi, təhsili və özünü inkişaf etdirməsinə görə şəkillənir. Mömin Sökmen isə daha bir zər əlavə edir. Onun nəzəriyyəsinə görə, 3 zərdən ilki doğuşdan atılıb, ikinci zər nəzarətimizdədir, ətrafımızla, daxil olduğumuz qarşılıqlı təsirlə formalaşır, üçüncü zər isə haradasa tam nəzarətimizdədir. Bura iradə, mübarizlik, əzm, hərəkət, intizam daxildir. Taleyimiz və karyeramız bu üç zərin toplamı əsasında qurulur. Bəs, insanın uğur imkanlarını nə bəlli edir?

 

Türk motivatorun fikirlərinə görə, insanın uğur formulu 3 şeydən formalaşır: 1)doğuşdan gələn, 2)sonradan inkişaf etdirilən 3)uğur imkanlarını istifadə etmə bacarığı. Yəni, ilk bacarıq anadagəlmədir, ikinci təhsil, təlim və ətraf mühitlə qazanılır, üçüncü isə özünü inkişaf etdirməklə, yeni şeylər öyrənməklə, öyrəndiklərini gündəlik həyatında tətbiq etməklə.

Bütün bu qeyd etdiklərimiz heç də o anlama gəlməsin ki, bu işartıları olmayanlar uğursuz, bacarıqsızlardılar. Bunun əksini sübut edə bilərik. Ümumiyyətlə, uğursuzluq varmı? Əslində, uğursuzluğu müvəfəqqiyyətsizlik kimi beynimizə hopdurmuşuq. Uğursuzluğu həyatın bir parçası hesab edən motivatorlar, fərdi inkişaf ustaları var. Hətta inkişafımız üçün uğursuzluğa ehtiyacımızın olduğunu deyənlər də tapılır. Burada önəmli olan uğursuzluqdan uğur üçün nə öyrəndiyimizi müəyyənləşdirmək, ayağa qalxıb, mücadilə etməkdir. Bütün tarixi şəxsiyyətlər, elm adamları, dünyaya ilkləri gətirənlər uğursuzluqla tanış olublar, onun acı suyunu içiblər. Guya biz rastlaşmamışıq? İməkləmədən sonra ilk addımı atarkən nə qədər yıxılmışıq? Uğursuzluq deyil? Tələbə olana qədər imtahan veririk, kəsilənlər olur, bu uğursuzluqdur? Hər yarışmanın, matçın bir qazananı, bir məğlubu var. Bu, həyat prinsipidir.

 

Bütün uğurlu insanların həyatlarında uğursuzluq olub. İnsanlıq tarixinə hədsiz çox dəyər vermiş şəxsiyyətlərin həyatlarını oxuyanda adamı həyəcan bürüyür. Bunlardamı? Bəli!

Maykl Cordan - adını NBA-nın gəlmiş-keçmiş ən yaxşı oyunçusu siyahısında ilkə yazdırmış birisi xərçəngə qalib gəlib. Buna qədər isə o, liseydə oxuduğu zaman basketbol komandasından bacarıqsızlığına görə qovulub, bu səbəbdən basketbolu da atıb. Dünyaca məşhur siyasətçi Çörçil orta məktəbdə oxuyarkən sinifdə qalıb. Henri Ford 40 yaşı olanda 5 dolları belə yox idi, ilk maşını satıb şirkətini iflasdan qorumağa çalışmış, 5 dəfə müflis olmuşdu. ABŞ prezidenti olmuş Abraham Linkolnun həyatı uğursuzluq kitabıdır. Əlini nəyə atıbsa, yandırıb. Çarlz Dikkens yüzlərlə qapıdan “səndən yazıçı olmaz” arqumenti ilə qovulub. Bethovenin ilk müəllimi “bunda musiqi duyumu yoxdur”, - demişdi.

 

Yəni heç səhv etməmiş insan heç danışmayan, hərəkət etməyən, alıb-verməyən insandır. Hərəkət varsa, yanlışlıq da olacaq. Təkrarlanan uğursuzluqlar uğur yolundakı mayak kimidir. Əgər itirməkdən narahatsınızsa, sınamaya bilərsiniz. Demək, sınamırsınızsa, bacarmazsınız. İtirəcək bir şeyiniz də olmaz. Sınamaq hər şeyin əvvəlidir. Sınamırsınızsa, uğursuzluğu qəbul edirsiniz. Uğursuzluq dediyimiz şey bir insanı tutursa, ən asan, ən məntiqli olan imtina etmək görünür, elə deyilmi?  Çox insanın etdiyi səhv də budur. Uğur bəlkə də insana nəsə öyrətməz, amma uğursuzluq mütləq öyrədir.

Müvəffəqiyyət üçün yaşamaq şərtlərin və insanların tətbiq etməsi deyil, öz xarakterlərinin və qərarlarının nəticələrini yaşamaq deməkdir. Anadan olduğumuz yeri biz deyil, taleyimiz seçər, yaşayacağımız yeri karyeramız. Uşaq vaxtındakı şərtləri taleyimiz seçər, ahıllıq dövründəkiləri karyeramız.

 

Elə isə qayıdaq söhbətimizin əvvəlinə və özünüz üçün bu suallara cavab tapmağa çalışın. Daniel Bernouli “Hidrodinamika” kitabında uçmağı deyil, uçduqdan sonra havada qala bilməyin sirlərini bəlli edirdi. Siz necə, uğur qazanıb, onu əldə saxlamağın yollarını bilirsiniz? Yoxsa, quş müşahidəçiləri kimi yüksək bir yerə çıxıb, taxma qanadlarla uçmağı sınaqdan çıxarırsınız?

 

Sənan NƏCƏFOV

 

www.muallim.edu.az

ŞƏRHLƏR
XƏBƏRLƏR
“Sağlamlığa Xidmət”in fəaliyyəti Avropa Koalisiyası tərəfindən ƏN YAXŞI LAYİHƏ adına layiq görülüb - 21 / 02 / 2019 20:03
“Mənəvi dəyərlərimiz gələcəyimizdir” adlı konfrans keçirilib - 21 / 02 / 2019 19:38
Tələbələr arasında “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində seçim turları davam edir - 21 / 02 / 2019 19:35
İpək Yoluna Dəstək Qrupunun toplansında mühüm qərarlar qəbul edilib - 21 / 02 / 2019 19:27
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peyntbol yarışı təşkil olunub - 21 / 02 / 2019 19:27
İsgəndərlinin indi söydüyü şəxsə türmədən şok məktubu - Video - 21 / 02 / 2019 19:20
Dini azadlıq, yoxsa dini təxribat komissiyası? - 20 / 02 / 2019 18:23
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - 20 / 02 / 2019 16:12
"Yardımlı rayonu Porsova kəndində tibb məntəqəsinin tikintisi" layihəsinin imzalama mərasimi keçirilib - 20 / 02 / 2019 16:01
Masallıda Region Gəncləri arasında Biznes Plan Çempionatı keçirilib - 20 / 02 / 2019 14:53
Aqrar inkişaf könüllüləri aqrar jurnalistika ilə bağli layihənin icrasina başlayib - 20 / 02 / 2019 14:43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QHT-ləri müsabiqəyə dəvət edir - 20 / 02 / 2019 14:38
"Səssizliyin Səsi Olaq" layihəsi Gəncə Dövlət Universitetində təqdim olunub - 20 / 02 / 2019 14:33
QHT FIFA-ya müraciət edib: "Xankəndində Avropa Kubokunun keçirilməsi qanunsuzdur - 20 / 02 / 2019 14:22
“Xocalı Şikəstəsi” adlı kitabının təqdimat mərasimi keçiriləcək - 20 / 02 / 2019 14:13
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə YOX dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 17:29
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16