QHT sədri: “İlin sonunda əmək müqavilələrinin sayı 2 milyona çatarsa...”
A A A
02/08/2019
Oxunma sayısı : 536

Yanvarın 1-dən Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər qüvvəyə minib. Xatırladaq k, son olaraq 221 maddədən ibarət Məcəlləyə 240-dan çox düzəliş və əlavələr edilib. Dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu ildən qeyri-neft və qeyri-dövlət sektorlarında çalışanlar (bu isə təxminən 600 min nəfər təşkil edir) yeddi il müddətinə gəlir vergisindən (14%) azad edilir. Dəyişiklik yalnız bu sektorlarda çalışan, aylıq məvacibləri səkkiz min manatdan çox olan şəxslərə şamil olunmur.

1 yanvar 2019-cu ilə kimi orta statistik işçi 173 manatdan yuxarı olan məbləğə görə 14% vergi, 3% məcburi dövlət sosial sığorta haqqı, 0,5% işsizlikdən sığorta haqqı ödəyirdi, işəgötürənə gəlincə, 22% məcburi dövlət sosial sığorta haqqı və 0,5% işsizlikdən sığorta haqqı ödəyirdi.

Yanvarın 1-dən isə bu ayırmalar dəyişilib. İşçi artıq gəlir vergisi verməyəcək, DSMF haqqının ödənişi isə bu qaydada gerçəkləşdiriləcək: 200 manata qədər olan məbləğlər üçün köhnə sistemlə (yəni 6 manat) və 200 manatdan yuxarı olan məbləğlər üçün həmin məbləğin 10%-i tutulacaq. İşəgötürən isə 200 manata qədər olan məbləğlər üçün köhnə qaydada, 200 manatdan yuxarı məbləğlər üçün isə həmin məbləğin 15%-ni ödəyəcək. 

Bu dəyişiklikləri qiymətləndirən Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bu yenilikləri çox ciddi, radikal dəyişiklik adlandırdı: “Vergilər Məcəlləsində edilən dəyişikliklərin xeyli hissə muzdlu işlə bağlı idi, bir də mülki –hüquqi müqavilə ilə xidmət göstərənlərlə bağlı idi. Bunlar çox ciddi , radikal dəyişikliklər idi. Qeyri-neft və qeyri-dövlət sektorunda gəlir vergiləri demək olar ki, ləğv olundu. Elə bir hədd qoyulub ki, 8 min manat nadir hallarda aşıla bilər. 8 min manata qədər qazanc  gəlir vergisindən azad edilir. Eyni zamanda 2500 manata qədər maaş alan şəxs də irəli düşəcək. Sosial sığorta və işsizlikdən sığorta ödənişinin tərkibi də dəyişdi. Əvvəl bu üst-üstə 26 faiz idi, 3,5-22,5 şəklikdə bölüşdürülürdü. İndi 200 manata qədər həcmdə bu formul qalacaq, ondan yuxarı maaşda isə 10,5-154,5 şəklində bölünəcək”.

sahib (2).jpg (182 KB)

S.Məmmədovun sözlərinə görə, bu dəyişiklərə əsasən həm işçi , həm də işəgötürən vergi və sosial müdafiəyə daha az vəsait ödəmiş olacaq: “Özəl sektorda vəziyyət belə idi ki, işçi işəgötürənlə təmiz maaşa danışırdı, deyirdi ki, məsələn, sənə 1000 manat maaş verəcəyəm. Onun vergisini, sosial ödənişlərini özün ödəyərsən. Bu mənada radikal bir fərq olmasa da, işəgötürənlər işçisinə verəcəyi pulda 14 faiz qabağa düşür. Eyni zamanda sosial sığorta ödənişində yükü 15,5 faizə düşür. Mən bu məcəllənin hazırlanmasında bütün ekspert müzakirələrində da iştirak etdim”.

Əmək müqavilələrinin sayının az olmasına toxunan ekspert bunun həm dövlətə , həm də vətəndaşa ziyan vurduğunu açıqladı: “Problem odur ki, bizdə əmək müqavilələrinin həcmi kotostrafik  dərəcədə azdır. Bir pensiyaçıya 1 muzdlu işçi düşür. Əmək müqavilələrinin də bir neçə yüz mini qara mühasibatlıqla bağlanıb, faktiki maaş göstərilmir. Bu müqavilələrin təxminən 950 mini dövlət sektorunun və ya büdcə təşkilatlarının payına düşür. Bir neçə yüz min müqavilə özəl sektorun payına düşür. Vəziyyət belədir. Mən nazirliyin işçilərinə də demişəm ki, ilin sonunda sizin sistemdə əmək müqavilələrinin sayı 2 milyona çatarsa  reformaların nəticəsindən danışmağa dəyər. Bu olmayacaqsa, nəticə adlandırmaq olmaz. İlin sonunda təbii ki, artım olacaq. Ancaq 10-15 il öncə əmək müqavilələrinin sayı daha çox idi, nəinki indi. İndi əmək müqavilələri qeyri-formal əmək müqavilələrinin, mülki-hüquqi müqavilələrin, ailə-kəndli təsərrüfatlarının hesabına artıb. Əmək müqavilələrinin olmaması hər üç tərəfə ziyan vurur. Dövlətə ziyanı odur ki, büdcəyə yığım getmir. 1 milyarddan daha çox sosial müdafiə fondu itirir. Yardım milyarddan daha çox dövlət gəlir vergisi itirir. Bütövlükdə dövlət  1,5 milyard manata yaxın itirir. İşçi qeyri-formal əmək bazarının iştirakçısı olur, onun itkiləri daha çoxdur. Onun hesabına yığım getmir və sosial sığorta hadisələrindən bəhrələnə bilmir. Doğuşa gedəndə, müvəqqəti əmək qabiliyyətini itirəndə və ən nəhayət pensiyaya gedəndə bunlardan yararlana bilmir”.

Nərgiz LİFTİYEVA,
Musavat.com,
Foto: Samir Mirzə

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib - 19 / 04 / 2019 14:44
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10
Dünya Hemofiliya Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilib- FOTO - 16 / 04 / 2019 19:02
“Rəqəmsal foto” kursunun ilk məzunları öz işlərini təqdim etdilər - 16 / 04 / 2019 18:38
Gənclər üçün Təhsil Mərkəzi “Gələcək üçün” ümumrespublika marafonuna start verdi - 16 / 04 / 2019 14:24
Ziba Nəbiyeva: "Bir dəfə, o da müqavilə imzalandığı gün Şuraya gəldim" - 16 / 04 / 2019 14:20
Büllur Cavadqızı: “SƏLİS və RAHAT: QHT-lərə xidmətdə mükəmməl yenilik” - 16 / 04 / 2019 04:13
Regional QHT-lərin iştirakı ilə “VCT ölçü meyarı” müzakirə olunub - 15 / 04 / 2019 18:51
Niyaməddin Orduxanlı: “Azay Quliyev QHT-lər üçün mükəmməl SƏLİS xidməti yaradıb - 15 / 04 / 2019 14:13
QHT sədri: “Adı da özü kimidir: rahatlıq və SƏLİSlik” - 15 / 04 / 2019 14:00
QHT sədri: Düşünürdüm ki, necə olacaq, amma çox rahat oldu - 15 / 04 / 2019 12:56
MQF prezidenti Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda iştirak edir - 15 / 04 / 2019 12:50
“Danışan qəlblər”adlı foto layihə - 15 / 04 / 2019 12:00
3rd International Photo Salon «Georgian Drag – 2019» - 15 / 04 / 2019 11:58
Dübəndi Qayalıqlarında təmizlik aksiyası. - 15 / 04 / 2019 11:55
Ostrava Universitetində fotosərginin açılışı baş tutmuşdur. - 15 / 04 / 2019 11:52
Azərbaycanlı məktəblilər beynəlxalq müsabiqədə qalib gəldilər - FOTO - 14 / 04 / 2019 16:01
Təranə Məmmədova: "Məktəblilərə diqqət, qayğı və sevgi ilə yanaşaq" - 13 / 04 / 2019 07:58
"Mehriban Əliyevanın rəhbərliyi altında komissiyanın yaradılması islahatların sürətlənməsinə təkan verərdi" - 12 / 04 / 2019 15:22
Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO - 12 / 04 / 2019 15:17
“Məhkəmə hüquq sistemində islahatlar və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 12 / 04 / 2019 14:24