QHT sədrinin kitabının imza günü keçirilib
A A A
02/09/2019
Oxunma sayısı : 682

Fevralın 9-da Gəncliyə Yardım Fondunda Zirvə Kitab Layihəsi çərçivəsində çap edilən şair-publisist Əkbər Qoşalının "Ürək daşı" şeirlər kitabının imza günü keçirilib.

QHT.az Musavat.com istinadən xəbər verir ki, tədbirdə deputatlar, qələm adamları, media nümayəndələri və digər ictimai şəxslər iştirak ediblər. 
Çıxış edən kitabın redaktoru Almaz Ülvi bidirib ki, əslində bu gün Əkbər Qoşalının şeir hesabatına toplaşmışıq:

"Əkbər Qoşalı şairdir, türkoloqdur, publisistdir. Bütün bunların fövqündə Əkbər Qoşalı özünü daha çox ictimai xadim kimi təsdiqləyib. 1990-ci illərdə yeni bir gənc nəsil ədəbiyyata gəldi. Onların sırasında Əkbər Qoşalının qələmi dərhal göründü. Həmin dövrdə Azərbaycanda Qarabağ problemi yaşanırdı. Əksər şeirlərində məhz Qarabağ məsələsini dilə gətirdi. Bütün türk dünyasına Qarabağ şüarı ilə çıxdı. Əkbər Qoşalı Dünya Gənc Türk Yazarlar Birliyini Azərbaycanda qeydiyyata aldırdı. Altaylardan ta ki, Balkanlara qədər hər kəs bu qurumun ətrafında oldu. Əkbər Qoşalının müəllifi olduğu şeirlər bütün türk dünyasına yayılıb. Onun şeirindəki eşq mili, bəşəri eşqdir. Bütün bunların hamısı onun qəlbindən doğan saf niyyətin nəticəsidir. Bir zamanlar onlar "Türkün səsi" adlı bir neçə almanax buraxdılar. Bu almanaxlarda bütün türk dünyasının əksi görünür. Əkbər bəyə bundan sonrakı yaradıcılığında, fəaliyyətində uğurlar arzu edirəm".

Daha sonra çıxış edən kitabın ön söz yazarı İbrahim İlyaslı bildirib ki, Əkbər Qoşalı uzun illərdir hər il kitab çıxarmaq imkanında olsa da sözə qarşı məsuliyyətindən 7 il sonra bir şeir kitabı ilə oxucuların görüşünə gəlib: "Kaş ki, bu cür sözə məsuliyyət hissi hər bir yazıçımızda olardı. Demirəm ki, Əkbər düz edib, 7 il sonra oxucuların görüşünə gəlib. Kaş ki, o, hər il kitab yazardı, ancaq hamısı da bu kitab kimi olardı".
İbrahim İlyaslı kitabdan bir neçə şeir səsləndirib. Daha sonra isə söz deputat Qənirə Paşayevaya verilib. O, bildirib ki, 
Uzun illər idi ki, bu kitabın yolu gözlənilirdi:" "Nəhayət görüşə gəldi. Əslində bizə elə gəlir ki, bir insan haqqında onu daha yaxından tanıdıqca danışmaq asanlaşır. Məncə elə deyil. Çünki bir insanı yaxından tanıyıb, onun haqqında danışanda haradan başlayıb, harada qurtaracağını bilmirsən. Mənim üçün Əkbər Qoşalı təpədən dırnağa Turanla bağlıdır. Onun şeirində də fəaliyyətində də biz bunu görə bilirik. Deyərdim ki, Əkbər Qoşalını bir amal güclü tutur ki, o da türk dünyasının birliyi düşüncəsidir. Əkbər bəyin yaradıcılığında bunu görə bilirik ki, əslində bu da gənclərimiz üçün ən böyük örnəklərdən biridir. Elə bir il yoxdur ki, Əkbər Qoşalı türk dünyasının şairlərini, yazarlarını bir araya toplamasın. Onlar bir araya toplanıb, dostluqlar, əlaqələr qururlar. Bu da türk dünyasının birliyi üçün çox önəmlidir. Əslində bu kitab Əkbər bəyi tanımayanlar üçün çox gözəl vəsaitdir çünki bu kitabın içərisində Əkbər Qoşalını tanımaq üçün kifayət qədər geniş düşüncə var.

Bu kitab sözün məsuliyyəti ilə yazılmış bir kitabdır. Ona görə də həcm olaraq bəlkə də balaca görünsə də içərisindəki düşüncə baxımından onlarla cild kitab yükündədir. İnşallah bu kitabın təqdimatını Tovuzda keçirəcəyik. Düşünürəm ki, Bakıdan da çox bölgələrimizdə bu cür tədbirlərə ehtiyac var. Bilirəm ki, Əkbər Qoşalının qəlbində bir hiss var ki, bu cür tədbirləri Şuşada, Xocalıda Qarabağda etsin. Arzu edirəm ki növbəti kitabını məhz Dağlıq Qarabağda oxucularına təqdim etsin".

Əkbər Qoşalı da çıxış edərək hər kəsə dəvət buyurduğu üçün təşəkkür edib. Əkbər Qoşalı bildirib ki, onlarla kitabın redaktoru, tərtibçisi, həmmüəllifi, müəllifi olsa da, indiyədək cəmi iki şeirlər kitabı gün üzü görüb: "Birincisi, 2007-ci ildə ("Vektor"da) çıxan "Ölümlərin ötəsi",
ikincisi isə sizləri "İmza günü"nə çağrıdığımız "Ürək daşı".

2007-lərdə yeni ədəbi nəsil arasında "İmza günü" - filan ya keçirilmirdi ya da dəbdə deyildi.

Çıxış edən deputat Jalə Əliyeva bildirib ki, bu gün əslində bayrama toplaşmışıq:
"Bu gün ədəbiyyatın şeirin bayramına toplaşmışıq. Ona görə bu günü bayram olaraq qeyd edirəm ki, buraya toplanan hər bir insan özündə nur, ziyalılıq gəzdirən insanlardır. Əkbər bəy 45 illik yaşında türk dünyasına müqəddəs bir səfərə çıxmış dostumuzdur. O, qəlbinin səsi ilə ürəyinin hökmü ilə Turan dünyasını qarış-qarış gəzərək bu böyük dünyanı bir araya gətirməyə çalışır. Bir ədəbin dəyəri onun yazdıqlarının həcmi ilə deyil, yazısının sanbalı ilə ölçülər. Əkbər Qoşalı bu baxımdan çox dəyərlidir".

Jalə Əliyeva da Ə. Qoşalının şeirlərindən oxuyub.

Tədbirdə iştirak edən digər ictimai şəxslər də çıxış edərək, Əkbər Qoşalı və onun yaradıcılığı haqqında fikirlər bildiriblər. 
Tədbirdə həmçinin aşıq ifaları səsləndirilib.

Sonda isə imzalanma mərasimi keçirilib.

Əli Rais,
Musavat.com
Fotolar müəllifindir.

0ccb1ac3-5799-4388-b851-d928ed7867ba.jpg (102 KB)

3dd21147-3596-4a2c-84f4-fda97eead5ab.jpg (149 KB)

3f69ba0f-9cd9-486c-a635-058e4bf8ecfc.jpg (99 KB)

5b3bc879-3974-44b7-929a-0318f2c1d9f4.jpg (130 KB)

86c2d6c1-450a-456a-bfbb-81bafb8c3b4d.jpg (121 KB)

86c29a0d-b0c3-4e01-a315-c1820dcd93dd.jpg (103 KB)

89ac4f69-b3f6-44dc-8e32-592eb45dc86e.jpg (78 KB)

46167e0f-14cd-4203-a93d-f3e11c52ea8a.jpg (106 KB)

a70d2196-8c8f-40f3-b819-a65be4415d81.jpg (106 KB)

ae9a9bbd-eb7b-4014-a41f-b9f87d70f6b3.jpg (96 KB)

f50cf72d-e40b-470b-87b9-f81c60883f1c.jpg (100 KB)

cbfd3560-c992-4777-aed4-b5a73682c840.jpg (91 KB)

a0998cc9-341d-4816-ae1b-8a8af7ff34c9.jpg (83 KB)

bcf32a0f-dfcf-47ba-a4aa-a8b86252ce7b.jpg (92 KB)

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Təranə Məmmədova: Bizə əzab verən hisslərdən necə qurtula bilərik? - 26 / 04 / 2019 06:55
SƏLİS-in e-vətəndaş proqramı bu dəfə ADU-da təqdim olundu -FOTO - 25 / 04 / 2019 18:04
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər - 25 / 04 / 2019 14:40
“ Kaфказъ и Средняя Азия” foto jurnalının 130 illik yubileyi. - 25 / 04 / 2019 12:00
“Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü keçirdi - 25 / 04 / 2019 11:55
“Nikah müqaviləsi”nin mahiyyəti və verdiyi təminatlar…- - 25 / 04 / 2019 11:40
"Loqos" elmi-publisistik psixoloji jurnalı Şuraya üzv edilib. - 25 / 04 / 2019 10:29
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22