"Ara sözü ev yıxar" və yaxud müzakirələr niyə vacibdir?
A A A
02/11/2019
Oxunma sayısı : 178
Zaur İbrahimli


"Ara sözü ev yıxar" və yaxud müzakirələr niyə vacibdir?

Diskusiya mühitinin vacibliyi barədə qeydlər

Son həftələr ölkədə aparılan iqtisadi islahatlar, həyata keçirilən sosial müdafiə tədbirləri, onların təsiri və islahatların perspektivi ilə bağlı müzakirələrdə müşahidə olunan dinamika və pozitiv ruh müəyyən nikbinlik yaradır. Bu müzakirələrdə mövcud problemlər açıq şəkildə, siyasi maraqlar kontekstində yox, obyektiv təhlilin nəticəsi kimi qeyd olunur. Bu çətinlikləri meydana gətirən obyektiv amillərin də qeyd edilməsi, umumilikdə əksər hallarda qərəzsiz yanaşmanı göstrəir. Mən əlbətdə ki, ictiami-siyasi sektorda, vətəndaş cəmiyyətində, KİV-də uzun illərdir fəaliyyət göstərən peşəkar yanaşmaya üstünlük verən, ən azı buna çalışan şəxslərin qatıldığı müzakirə və mübahisələri nəzərdə tuturam. Pafosdan, formal tənqidçilikdən uzaq, necə deyərlər işçi rejimdə müzakirələrə, fikir mübadiləsinə, ideyalar axtarışına ciddi ehtiyac olduğu hər gün keçdikcə daha çox zərurətə çevrilir. İndiki informasiya əsrində ən müxtəlif mənbələrdən məlumat alan insanlar, cəmiyyət ətrafda nə baş verdiyini, nəyin doğru, nəyin yanlış olduğunu, perspektivin necə göründüyünü bilmək istəyirlər. 

Bu barədə düşünmək üçün yardım istəyirlər. Ən azı insanlar onları gündəlik narahat edən suallara cavab tapmaqda yardım almaq istəyirlər. Məsələn, hazırda qiymətlərin bahalaşmasına vergi dəyişikliklərinin təsiri nə qədərdir? Bu bahalaşma davamlı olacaqmı, yoxsa mövsümüdür? Yaxın perspketivdə hansı amillər onların alıcılıq qabiliyyətini yüksəldə bilər. Yeni məşğulluq strategiyası, məşğullquda yeni yanaşmalar nə vəd edir? Kreditlər Azərbaycanda niyə bahadır? və. s. Amma bu suallara dövlət qurumu əməkdaşlarının monoloq şəkilində ütülü cavabı artıq insanları qane etmir. Onlar istəyirlər ki, dövlət qurumu əməkdaşları, hakimiyyət nümayəndələri gerçək opponentlə müzakirələrdə öz mövqeyini əsaslandırsın. Tənqidlərə üzbəüz cavab versin. Nazirlər canlı yayımda jurnalistlərin, vətəndaşların suallarına cavab versinlər. İnsanlar hiss etmək istəyir ki, onlara vəziyyəti izah etməyə çalışırlar. Onların mövqeyini nəzərə almağa səy göstərirlər. Yəni ictimai iştirakçlıq mexanizmləri tətbiq edirlər. Artıq bu istiqamətdə ilk uğurlu təcrübə də var - Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov Feysbuk üzərindən canlı yayımda sualları cavablandırdı. 

Hazırda isə ictimai iştirakçılığın ən vacib komponenti kommunikasiyadır. Müasir dövrün tələbləri cəmiyyətlə, ayrı-ayrı təbəqələrlə səmərli kommunikasiyanı şərtləndirir. Kommunikasiya itəndə çox ciddi problemlər yaranır. Amma cəmiyyətlə kommunikasiya imitasiya xarakterindən uzaq olmalıdır. İndi çoxsaylı alternativlər var ki, insanlar imitasiyanı çox tez bir zamanda aşkarlaya bilirlər. Bu sadə həqiqətlər isə unudulur. Məhz buna görə, ayrı-ayrı şəxslər sosial şəbəkələrdə belə populyarlıq qazanırlar, 3 dostunun yanında sözünü keçirə bilməyənlər, adi dost məclisində iki kəlmə söz deyə bilməyənlər, bir bədii əsər belə mütailə etməmiş kəslər ictimai rəy liderinə çevriliblər. Açıq diskusiya vərdişlərini itirən cəmiyytələr məhz şarlatanlara qulaq verməyə başlayır, yaxud siyasi müzakirələr lətifələr müstəvisində aparılır və cəmiyyətdə deqradasiya başlayır. Ortada acı SSRİ təcrübəsi var. 

Dahi İmmanuil Kant deyirdi ki, “Təkzib edilməkdə qorxulu heç nə yoxdur, başa düşülməməkdən qorxmaq laızmdır” . İngilis publisisti və siyasətçisi Con Kenfild Molli isə hesab edirdi ki, “Susmağa məcbur etmək inandırmaq demək deyil”. Ulu xalqımızın ataları isə deyib ki, “Ara sözü ev yıxar”.

ŞƏRHLƏR
XƏBƏRLƏR
“Sağlamlığa Xidmət”in fəaliyyəti Avropa Koalisiyası tərəfindən ƏN YAXŞI LAYİHƏ adına layiq görülüb - 21 / 02 / 2019 20:03
“Mənəvi dəyərlərimiz gələcəyimizdir” adlı konfrans keçirilib - 21 / 02 / 2019 19:38
Tələbələr arasında “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində seçim turları davam edir - 21 / 02 / 2019 19:35
İpək Yoluna Dəstək Qrupunun toplansında mühüm qərarlar qəbul edilib - 21 / 02 / 2019 19:27
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peyntbol yarışı təşkil olunub - 21 / 02 / 2019 19:27
İsgəndərlinin indi söydüyü şəxsə türmədən şok məktubu - Video - 21 / 02 / 2019 19:20
Dini azadlıq, yoxsa dini təxribat komissiyası? - 20 / 02 / 2019 18:23
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - 20 / 02 / 2019 16:12
"Yardımlı rayonu Porsova kəndində tibb məntəqəsinin tikintisi" layihəsinin imzalama mərasimi keçirilib - 20 / 02 / 2019 16:01
Masallıda Region Gəncləri arasında Biznes Plan Çempionatı keçirilib - 20 / 02 / 2019 14:53
Aqrar inkişaf könüllüləri aqrar jurnalistika ilə bağli layihənin icrasina başlayib - 20 / 02 / 2019 14:43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QHT-ləri müsabiqəyə dəvət edir - 20 / 02 / 2019 14:38
"Səssizliyin Səsi Olaq" layihəsi Gəncə Dövlət Universitetində təqdim olunub - 20 / 02 / 2019 14:33
QHT FIFA-ya müraciət edib: "Xankəndində Avropa Kubokunun keçirilməsi qanunsuzdur - 20 / 02 / 2019 14:22
“Xocalı Şikəstəsi” adlı kitabının təqdimat mərasimi keçiriləcək - 20 / 02 / 2019 14:13
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə YOX dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 17:29
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16