Əmlak Xidmətləri Məkanına info-tur təşkil edilib
A A A
02/12/2019
Oxunma sayısı : 672

|

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təşkilatçılığı ilə fevralın 12-də “Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə” adlı info-tur və açıq qapı günü keçirilib. Vətəndaşlara göstərilən xidmətlər əyani olaraq nümayiş etdirilib, prosedurlar izah olunub, iştirakçıların göstərilən xidmətlərlə bağlı sualları cavablandırılıb.

QHT.az  xəbər verir ki, tədbirin məqsədi komitənin göstərdiyi bütün xidmətlərin beynəlxalq standartlar əsasında vətəndaşlara vahid məkandan təqdim edilməsi, tətbiq olunan yeniliklər və elektron idarəetmə mexanizmi ilə ictimaiyyətin, QHT nümayəndələrinin, jurnalistlərin, ekspertlərin tanışlığı və onların məlumatlandırılması olub. Əmlak idarəçiliyi sahəsində, o cümlədən özəlləşmə, torpaq, kadastr, ünvan və qeydiyyatla əlaqədar göstərilən funksional xidmətlərin əlçatanlığının nümayişi tədbirin əsas vəzifələrindəndir.

İnfo-tur çərçivəsində ictimaiyyət nümayəndələri və jurnalistlər ilk dəfə olaraq burada baş tutan hərracın keçirilmə zalında olublar. Qeyd edilib ki, virtual özəlləşmə prinsipini reallaşdıran elektron hərrac sistemi vasitəsilə istənilən investor ölkədə və ya xaricdə olmasından asılı olmayaraq sifariş verdiyi əmlakı hərrac günü onlayn olaraq özəlləşdirə bilir. Komitənin elektron xidmətlər portalı üzərindən qeydiyyatdan keçmədən özəlləşdirmə hərraclarını onlayn rejimdə izləmək imkanı da mövcuddur. İnvestorlar isə özəlləşməyə çıxarılan əmlaklarla bağlı bütün məlumatları “Özəlləşdirilmə portalı” vasitəsilə əldə edir. Portalda hərracları canlı izləmək, habelə prosesə onlayn qatılaraq özəlləşmədə iştirak etmək mümkündür.

Daha sonra media nümayəndələri keçirilən real hərracı canlı olaraq izləyib. Budəfəki hərracda 30 əmlaka 36 sifariş verilib.

Hərracdan sonra tədbir iştirakçıları Əmlak Xidmətləri Məkanının (ƏXM) fəaliyyəti ilə tanış olub. ƏXM-da ümumilikdə komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət vətəndaşa daha operativ göstərilməklə onların işini sadələşdirir. Vətəndaşlar torpaq və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, əmlakın özəlləşdirilməsi, qiymətləndirilməsi, daşınmaz əmlakla bağlı alqı-satqı əməliyyatlarının birbaşa həyata keçirilməsi, kadastr və yerquruluşu planlarının hazırlanması, o cümlədən daşınmaz əmlak və ünvan reyestri ilə bağlı arayışların verilməsi xidmətlərindən yararlana bilərlər. Həmçinin daşınmaz əmlakın, yəni torpaqların, fərdi yaşayış sahələrinin və qeyri-yaşayış sahələrinin qeydiyyatını aparmaq imkanı var. Bununla yanaşı, ƏXM-da notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması xidmətləri də həyata keçirilir.

Qeyd olunub ki, məkanda gün ərzində orta hesabla 1000-dək vətəndaş müxtəlif əməliyyatlardan istifadə edir. Yüksək ixtisaslı 100-ə yaxın işçi həftənin bütün günləri (şənbə və bazar günləri daxil) məkana üz tutan insanların xidmətindədir. Qısa müddətdir fəaliyyətə başlamasına baxmayaraq ƏXM-a 20 mindən çox müraciət daxil olub. Gələcəkdə isə məkan arealını genişləndirməklə Gəncə-Qazax, Quba-Xaçmaz, Şirvan, Cənub bölgələrini əhatə edəcək.

Binada könüllülər masası yaradılıb və onların xidmətlərindən də istifadə olunur. Vətəndaşların məlumatlı olması üçün informativ monitorlar, tablolar da quraşdırılıb. Xidmətdən yararlanmaq üçün elektron növbəlilik prinsipi həyata keçirilir. Hər hansı bir əməliyyatı yerinə yetirmək istəyən vətəndaş sıra nömrəsini monitorlarda görə bilir. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binada əlillərin sərbəst hərəkəti üçün də bütün şərait var.

Tədbir iştirakçıları bəzi xidmətlərin, elektron informasiya sistemlərinin iş prinsipi ilə əyani tanış olub. Bildirilib ki, bina müasir İKT avadanlığı ilə təchiz edilib. Elektron idarəetmə sistemini həyata keçirən qurğular vasitəsilə xidmətlər daha dəqiq, proseduralar sürətli yerinə yetirilir. Daşınmaz əmlakın qeydiyyatı üzrə ödənilən xidmət haqqının və dövlət rüsumunun öyrənilməsi ilə bağlı “Əmlak kalkulyatoru” və “Elektron çıxarışın yoxlanması” kimi vətəndaşlara maraqlı olan digər elektron xidmətlər monitorda nümayiş edilib. Qeyd edilib ki, “Elektron çıxarış” sisteminin istifadəsi ilə vətəndaş-məmur ünsiyyəti olmadan, “virtual əl” prinsipi ilə çıxarışlar əldə olunur.

Məkanda xidmət haqqının və dövlət rüsumunun ödənilməsi üçün terminallar da quraşdırılıb. Ünvan məsələləri ilə bağlı bütün göstəriciləri bir virtual platformada cəmləşdirən “Ünvan portalı”nın da iş mexanizmi nümayiş olunub. Bildirilib ki, vətəndaşlar, dövlət qurumları və hüquqi şəxslər ünvanlarla bağlı rəqəmsal şəkildə toplanmış bütün məlumatları rəsmi, fasiləsiz və çevik qaydada portaldan əldə edə bilirlər.

Bundan əlavə, “Kadastr kalkulyatoru” xidmətinin üstünlükləri izah olunub. Bu xidmətlə vətəndaşlar, fiziki və hüquqi şəxslər əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilirlər. İnzibati binada uşaq oyun sahəsi, kafe, kitabxana da fəaliyyət göstərir. Bununla yanaşı, 1909-2018-ci illərdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını özündə əks etdirən sənədlərə dair arxiv guşəsi yaradılıb.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12