"Həmrəylik kuboku"nun açılış mərasimi keçirilib
A A A
02/12/2019
Oxunma sayısı : 654

|

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsində qaliblərdən biri olan Elmar Rzalının icra etdiyi “Həmrəylik kuboku” məktəblilər arasında basketbol turniri” layihəsinin açılış mərasimi və ilk oyunları keçirilib.

 Qonaqları və iştirakçıları salamlayan E.Rzalı qeyd edib ki, layihənin icrasının başlıca məqsədi basketbol idman növünü təbliğ etmək, yeniyetmə və gənclərin sağlam həyat tərzinə yiyələnməsinə töhfə vermək, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdan ibarətdir. Daha sonra çıxış edən Qazax Rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi İsmayıl Süleymanov bu layihə ilə Qazax rayonunda basketbol yarışlarının ənənəsinin qoyulduğunu vurğulayıb. İ.Süleymanov basketbolun digər idman növlərinə nisbətən gənclərin fiziki inkişafına daha tez və qalıcı müsbət təsir göstərmək baxımından da əhəmiyyətli olduğunu bildirib. Sonra çıxış üçün söz “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyevə verilib. A.Əliyev çıxışında gələcəyin basketbolçularının təməlinin məhz məktəblərdə qoyulduğunu, buna görə də basketbolun inkişaf etdirilməsi, məktəblilər arasında bu idmana həvəsi artırmaq üçün bu tip layihələrin həyata keçirilməsinin zəruriliyini qeyd edib. 

Qazax Olimpiya İdman Kompleksində reallaşan tədbirdə çıxışlardan sonra püşkatma keçirilib. Qazax rayonun 8 orta ümumtəhsil məktəbinin VII-XI sinif şagirdlərindən təşkil olunmuş komandalar 4 cütlüyü müəyyənləşdiriblər. Yarışın ilk matçında S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin basketbolçuları E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin komandasına qalib gəlib. Turnirin ikinci oyununda Qazax şəhər M.Hüseyn adına məktəb-liseyin komandası gərgin idman mübarizəsinə səhnə olan görüşdə M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbindən olan basketbolçu həmyaşıdlarını üstələyib. Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin basketbolçuları da ilk qarşılaşmadan qələbə ilə ayrılıb. Onlar Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin komandasından güclü olub. Adını növbəti mərhələyə yazdıran sonuncu komanda İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbi üzərində texniki qələbə qazanan A.Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin basketbolçuları olub. Sabah yarışın yarımfinal mərhələsində S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin komandası ilə Qazax şəhər M.Hüseyn adına məktəb-liseyin idmançıları, eləcə də, Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin kollektivi ilə A.Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin basketbolçuları üz-üzə gələcək. Bu mərhələdə qələbə qazanan komandalar 14.02.2019-cu il tarixdə finalda, məğlub olanlar isə bürünc medallar uğrunda görüşdə qarşılaşacaqlar.

Turnirdə uğur əldə komandalar kubok, medal və diplomlarla təltif olunacaqlar. 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24