“63 yaşlı AzTV” -QHT rəhbərlərinin TƏƏSSÜRATLARI
A A A
02/13/2019
Oxunma sayısı : 962


QHT.az xəbər verir ki,Azərbaycan Televiziyasının yaranmasından 63 il ötür. Bu əlamətdar günülə bağlı Vətəndaş cəmiyyətinin rəhbərləri arasında sorğu keçirilib. QHT rəhbərlərinin Azərbaycan Televiziyası barədə fikirlərini təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev:

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra qarşıda duran əsas məsələlərdən biri həm də milli diasporumuzun təşkilatlanması və inkişaf etdirilməsinə nail olmaq idi. Dünya azərbaycanlılarının vahid mərkəzdə birləşməsi ideyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu ideyanın daha geniş vüsət alması, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların axtarılıb onların barəsində verilişlər hazırlanması missiyasını da məhz AzTV öz üzərinə götürdü.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri Rufiz Qonaqov :


AzTV qədim Odlar Yurdunun tarixini, Azərbaycan həqiqətlərini dünyaya peşəkarlıqla çıxarır. Ana dilimizin inkişafında, mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynayır.

Ortaq Dəyərlər ictimai birliyinin sədri Aqil Camal:



Bu gün cəmiyyətdə tənqid hədəflərindən biri də ölkənin televiziya məkanındakı durumdur. Ən müxtəlif səviyyələrdə televiziya proqramları, televiziyaların maaarifçi missiyasını kənara qoyaraq yalnız kommersiya maraqlarından çıxış etməsi tənqid edilir. Bununla belə, siyasi görüşündən, mövqeyindən asılı olmayaraq hər kəsin televiziya standartı olaraq qəbul etdiyi bir AzTV televizyonçuluğu var.

Bu gün AzTV milli mənəvi dəyərlərin qorunmasında, efir mədəniyyətinin, aparıcı, diktor örnəyinin təqdimində məktəb rolunu oynayır.  Hesab edirəm ki, cəmiyyətin qınaqlarına önəm verən və etimad qazanmaq istəyən telekanallar bu məsələdə AzTV-ni örnəkl ala bilərlər.

Əliliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək ictimai birliyinin sədri Səbinə Kərimova:



AzTV digər televiziyalardan çox fərqlənir. Televiziya proqramlarında keyfiyyət, ciddilik, maarifçilik, dövlətçilik ruhu yaşadılır. Azərbaycan Televiziyasında ana dilində gözəl, səlis və anlaşıqlı danışılır. Görünür yaradıcı heyət də bacarıqlı , yüksək intellektli, savadlı və dünyagörüşü olan əməkdaşlardan formalaşdırılıb.

Beynəlxalq İnformasiya və Regional Araşdırmalar ictimai birliyinin sədri Zaur Qəriboğlu :



Azərbaycan Televiziyasının salnaməsinin səhifələrində tariximizin izlərini görərik. Son zamanlar AzTV-nin efirini bir-birindən maraqlı, rəngarəng verilişlərin bəzəməsi bu ənənənin uğurla davam etdirilməsindən xəbər verir. Azərbaycan Televiziyasında çalışan hər kəsi təbrik edirəm. Vətən naminə fəaliyyətlərində uğurlar diləyirəm.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Vətəndaş cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı:



AzTV məktəbdir. Onun öz ənənələri, informasiya yayımına və sənətə münasibətdə klassik mövqeyi var. AzTV hər zaman dövlətçilik prinsiplərini dəstəkləyib. AzTV-nin veriliş və reportajlarında təsvir və mətn qüsuru tapmaq faktiki olaraq mümkün deyil. Redaktor və rejissor işi mükəmməldir. Bu televiziyadakı bütün başqa proqramlar kimi, hərb-vətənpərvərlik verilişləri də əsasən strateji hədəflərə tuşlanıb. Yayımlanan maarifləndirici proqramlar müasir gəncliyin sağlam ictimai-siyasi tərbiyəsinə, vətənə və dövlətə bağlılıq hislərinin möhkəmləndirilməsinə layiqli töhfələr verir.

Mətbuat Şurası İH-nin üzvü Azər Həsrət:



AzTV Azərbaycan dövlətinin ən əsas təbliğat vasitəsidir. Bu TV özünün milliliyilə seçilir. Həmişə dövlət maraqlarından çıxış edib. Efiri rəngarəngdir, operativdir. Hər zaman verilişlərdə iştirak etmək imkanlarımız yüksəkdir. Qonaqlara çox diqqətlə yanaşılır. Bir tamaşaçı olaraq məni qane edir.

Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Vətəndaşların Sosial Rifahı Naminə ictimai birliyin sədri İradə Rizazadə:


AzTV-də aparılan gəncləşdirmə siyasəti, televiziya və radio verilişlərinin yeni ruhda və daha müasir texnoloji vasitələrlə təqdim olunması, proqramların milli maraqlar və müasir standartlar çərçivəsində hazırlanması tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Dünya Azərbaycanlıları Vətənpərvərləri ictimai birliyinin sədri Nəsimi Qarabağlı Həsənov :



Həqiqətən AzTV dövlətimizin tarixini, Azərbaycan həqiqətlərini dünyaya peşəkarlıqla çıxarır. Ana dilimizin inkişafında, mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynayır.

İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri, QHT.az QHT.TV-nin baş redaktoru Cəsarət Hüseynzadə:



Azərbaycan Televiziyasına ailənlə rahat əyləşib baxa bilərsən. Çünki burada mənəvi dəyərlər ön plandadı. Elə televiziyalar var ki, göstərdikləri proqramlarda kanalı dəyişməli olursan, çünki həmin material milli mentallitetimizə uyğun deyil. Bu televiziyanın proqramlarında millilik əsas şərtdi. Gənclərin vətənpərvərlik tərbiyəsində də bu televiziyanın xidməti əvəzsizdir.

Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədr müavini, şəhid atası Sabir Mirzəyev:



Bu televiziyadakı bütün başqa proqramlar kimi, hərb-vətənpərvərlik verilişləri də əsasən strateji hədəflərə tuşlanıb. Yayımlanan maarifləndirici proqramlar müasir gəncliyin sağlam ictimai-siyasi tərbiyəsinə, vətənə və dövlətə bağlılıq hislərinin möhkəmləndirilməsinə layiqli töhfələr verir. Azərbaycan Televiziyası gözümüz önündə inkişaf etdi. Bu televiziyanın uğurları elə bilirəm ki, hər bir vətəndaşın uğurudu. Çünki hər gün evimizin qonağı olan televiziya bizə bütün xəbərləri çatdırır.

Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İB-nin sədri Şəbnəm Rəfaelqızı:



İnanıram ki, arzusunda olduğumuz Qələbə xəbərinin müjdəçisi məhz Azərbaycan Televiziyası olacaq. Bayramınız mübarək əziz televiziya işçiləri!

Hazırladı :
Şəbnəm Rəfaelqızı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12